Cümə günü, 13 noyabr 2026
     

İnsan hüquqları müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır

Image


İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var.

Hüququ olmaq, qanadlı quş olub mavi səmanın ənginliklərində pərvazlanıb uçmaq kimidir. İnsan kimi var olmaq özü bir xoşbəxtlikdir. Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona duymaq, hiss etmək, sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır.

  • Bərabərlik demokratiyanın ən vacib prinsipidir

İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi "bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu" və "bütün insanlara xas olan" əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

  • Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəldilib

Avropada ilk dəfə insan hüquqları anlayışı intibah dövrünə təsadüf edir və ilk dəfə olaraq "insan hüquqları" ifadəsinə 1789-cu ildə qəbul edilmiş Fransanın İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində rast gəlinib. İkinci Dünya Müharibəsindən və Holokost hadisələrindən sonra inkişaf etmiş insan hüquqları hərəkatını canlandıran bir çox əsas fikirlər, BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu ilə nəticələnib.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.

Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-dən Avropa Şurasının üzvüdür.

  • Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin ən mühüm hadisələrindən biridir

Xalqımız bu il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyini qeyd etdi. Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Müxtəlif illərdə (2002, 2009, 2016) referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəldilib.

  • Hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur

Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 71 ili tamam olur. Yuxarıda qeyd etdiyimiz kimi, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

  • Dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstisnasız olaraq, hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Azərbaycanın İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması prosesi milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi zərurətini yaradıb. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. Məhz bu məqsədlə 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul olunub. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili postuna Elmira Süleymanova təyin edilib. Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir. Sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların böyük rolu var. Qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd qəbul olunub. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700-dən çox təklif verilib və onların əksəriyyəti icra edilib. Bunların içərisində qadın hüquqlarının effektiv təminatı, qanunvericilik islahatları, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində təklifləri qeyd etmək olar. Bundan başqa, indiyədək 11 amnistiya aktı qəbul edilib və bu akt on minlərlə insana şamil olunub. Ombudsmanın fəaliyyəti dövründə indiyədək 699 məhkum azadlığa buraxılıb.

  • Ombudsman insan hüquqlarının müdafiəsinə xidmət edir

Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamın imzalanmasından artıq 12 il keçir. Bütün bunlar onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • Şərqdə ilk dəfə qadınlara seçki hüququ Azərbaycanda verilib

Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib.

Azərbaycan qadınları müasir dövrümüzdə rəhbər orqanlarda kişilərlə bərabər çiyin-çiyinə çalışır, azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında öz layiqli töhfələrini verirlər. Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır.

  • İnsan hüquqlarına hörmət müasir dünyaya qovuşmağın əsas yoludur

İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız adi insan hüquqlarından məhrum edilib. Çətin sınaqlardan çıxan Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olub, regionda sülhün, əmin-amanlığın təmin edilməsi istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatların xətti ilə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Prezidenti İlham Əliyev milli əsaslar zəminində dövlətimizin maraqlarını daim müdafiə edərək yüksək siyasi tribunalardan xalqımızın haqq sözünü dünyaya çatdırır. Dövlət başçısının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasındakı, eləcə də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə və Dünya dini liderlərinin II Bakı Sammitindəki çıxışları bunu bir daha təsdiqləyir.

Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində haqq-ədalət bərpa olunacaq, Ermənistanın işğal altında saxladığı torpaqlarımız azad edildikdən sonra məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar.

Səadət HAKIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ