Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Müasir hacılar ziyarətgahlara və kimsəsizlərə yox, şou müğənnilərinə pul tökür

Image


Vaxtilə “hacı” titulu daşıyan adamlara cəmiyyətdə xüsusi münasibət vardı. Müqəddəs Kəbəni ziyarət edib, necə deyərlər kirlə gedib nurla qayıdan adamlar olan “hacı”lar kasıb-küsubun, yetim-yesirin pasibanı, dayağı olardı. Əslində, dediklərimiz hacıların missiyasına daxildir və bu bir Allah borcudur ki, hacılar buna əməl edirdi.

Təəssüflər olsun ki, bu gün “hacı” statusundan sui-istifadə edən kifayət qədər insanlar var. Bu insanlar öz neqativ əməlləri ilə bu titulun, statusun gözdən salınmasına xidmət edirlər. Azərbaycanda Həcc ziyarətinə getmək dəb halına çevildikdən sonra kimin pulu, imkanı var üz tutu bu müqəddəs ziyarətə. Amma çoxu qayıdanda üzlərində, könüllərində nur, xeyirxahlıq gətirmədilər. Doğrudur, bu gün “hacı” statusunu çox yüksək səviyyədə daşıyan insanlar da var. Amma onlarla yanaşı bu statusa layiq olmayanlar da az deyil. Onlar hacı statusunu nüfuzdan salanlardır. Hazırda bir sıra hacıların adları şou-biznesçilərlə yanaşı hallandırılır. O hacıların özləri gözə görünməsə də, müğənnilərin paylaşdıqları fotolarda onların “qolları” görsənir. Yəni müğənnilər bu şəkilləri paylaşmaqla demək istəyirlər ki, həqiqətən də sevgililəri “hacı”dır və onunla dini kəbinlə yaşayırlar. Hətta həmin “hacı”lardan dünyaya uşaq gətirən şou-biznesçilər də var. Bu “hacı”lar həmin istedadsız, səssiz, ifası bir qəpiklik olan şou-biznesçilərə əməlli-başlı havadarlıq edir, onlara evlər alır, villalar tikir, olduqca bahalı maşınlar alırlar. Şou-biznesdə olan bəzi xanımlar “hacı” sevgililəri ilə “qürur duyduq”larını deyir və “hacı”larının onlara daha bahalı hədiyyələr aldığını etiraf edirlər. Məsələ burasındadır ki, o müğənnilər “hacı”larla yaşadıqları eşq macəralarını aləmə faş edirlər, bununla da sanki öz əməllərinə bəraət qazandırmaq istəyirlər. Heç şübhəsiz ki, onların telekanallardan, sosial şəbəkələrdən verdikləri bu tipli açıqlamalar cəmiyyətdə qıcıqla, narazılıqla qarşılanır. Müğənnilərin “hacı” sponsorlarını tez-tez piar etməsi xüsusən də cəmiyyətin həssas təbəqəsini narazı salır.

Şou-biznesçilər “hacı”larını o qədər reklam edirlər ki, bu da xalq arasında “həci ürəkdir” lağlağısının yaranmasına səbəb olub.

Yeri gəlmişkən, bəzi mütəxəssislər qeyd edirlər ki, “hacı” bir mənəvi statusdur, yəni Azərbaycanda sözügedən bu statusu alanların rəsmi sənədlərində onların bu titulu yazılmır.  

Mütəxəssislərin sözlərinə görə, bu gün özünü bəzi şou-biznesçilərin havadarları, sponsoru kimi göstərən “hacı”lar əslində Həcc ziyarətinə məqsəd üçün gedənlərdir. Onlar hesab edir ki, belə insanlar “hacı” titulunu qazanmaqla özlərinə cəmiyyətdə əlavə bir xal qazanmaq istəyənlərdir. Belə insanların bu titula layiq olmadığını deyən ekspertlərin fikrincə, bu adamlar şou-biznesçilərə dayaq olmaqla sənəti düşünmür, onlar müğənnilərin özlərinə şəxsi münasibətlərinə görə pul xərcləyirlər. Belələrinin “hacı” statusuna ləkə gətirdiyini qeyd edən mütəxəssislərin sözlərinə görə, o insanların mahiyyəti bəzi yüngül əxlaqlı şou-biznesçilərin mahiyyətindən qətiyyən fərqlənmir.

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli də mövzu ilə əlaqədar baki-xeber.com-a bildirdi ki, son zamanlar dəbdəbəli villaların, var dövlətin, həddən artıq bahalı avtomobillərin, bir sözlə, dünya malının yanında “hacı” adının səsləndirilməsi onun daşıdığı titulla təzad təşkil edir. O, vurğuladı ki, Həcc ziyarətinə gedən insanların hər biri zəngin ola bilməz, ola bilsin, kimsə imanına, dininə görə zəngin bir insan tərəfindən Həccə göndərilir, yaxud bir başqasının yerinə bu müqəddəs məkana gedib. “Çox təəssüf ki, son zamanlar bəzi “hacı”ların adları şou-biznesçilərlə bir yerdə hallandırılır. Son zamanlar tez-tez eşidirik ki, onsuz da kifayət qədər varlı-imkanlı olan, toylardan kifayət qədər pul qazanan bir xanım sənətçiyə  “hacı” filan şeyi də alıb hədiyyə etdi, “hacı” ona daha bahalı avtomobil aldı, hacı pulun üstünə pul gətirdi və s. Hacı titulu daşıyan belə insanların adlarının bu cür məsələlərdə hallanması nəinki cəmiyyətimiz, eləcə də bütün dünya insanları tərəfindən sualla qarşılanır. Birmənalı olaraq deyirəm ki, ola bilsin, kimsə sənətə gəlib pis-yaxşı səsi var, oxuyur, pul qazanır, ümumiyyətlə onun var-dövlətini saymaq insanlara düşməz. Əlbəttə, haram pulu Allah insana qismət etmir, onu insan özü əldə edir. Deyək ki, pulu bizim hacılar halaldan qazanıb, xüms-zəkatını verib və pulu çoxdur. O nə qədər zəngin olsa da zəngin bir şou-biznesçinin, müğənninin zənginliyini artırınca, daha çox öz yaşadığı kəndin, yaxın qohum-əqrabalarının, yaxud da cəmiyyətin elə ehtiyaclı insanları var ki, həmin “hacı”lar öz maddi potensialını ora yönəldə bilər.

Qaldı ki, “hacı” adının şou-bieznesdə hallandırılmasına bu müsbət hal deyil. Şou-biznesçilər deyəndə ki, “mən həci ilə ailə qurmuşam, həci mənə bunu aldı verdi” bu qıcıq yaradır. Halbuki cəmiyyətdə o pula ehtiyacı olan daha çox insan var. Ola bilsin, hacının həyat yoldaşı bir deyil, şəriətə görə 4 olsun, yaxud daha artıq. Amma gərək “hacı”nın da həyat yoldaşı onun özünə oxşasın, uyğunluq yaransın. Yəni o bir neçə xanımı öz kəbininə alıbsa onların həyat tərzində islami prinsiplər həyata keçirilsin. Yoxsa “hacı” öz şəhvət hissinə, öz əyləncəsinə pul xərcləsə, hamının tamah saldığına tamah salsa, pulu belə məqsədlərə xərcləsə bu qəbul edilə bilməz. Bunu Allah götürməz. Onlara xərclədiyi 10, 100 min manatı ehtiyaclı insanlara xərcləsə daha yaxşı olar. Allah tala zənginlərə kasıbların əmanətini verib, onlar da götürüb bu əmanəti öz şəxsi əyləncələrinə, eyş-işrətinə görə xərcləyirlərsə nəticə də “bu müğənnini filan hacı aldı, bu müğənni hacı ilə ailə qurdu” kimi söhbətlər ortaya çıxacaq. O müğənnilər çox zəngindirlər və onların heç biri “hacı” arvadına da oxşamırlar. Onlar yenə öz işlərindədir” - deyə H.T.Hüseynli bildirib.

H.T.Hüseynlinin sözlərinə görə, hacı adı müqəddəsdir. O, vurğuladı ki, kimlərsə təsadüfən Həcc ziyarətinə gedibsə hələ də indiyə qədər hara və niyə getdiklərini, “hacı” adı ilə bağlı hansı mənəvi yükü daşıyırlar, bunu bilmirlər: “Təklif edirəm ki, təsadüfən Həccə gedənlər aldıqları bu titulun məsuliyyətini anlamadıqları, bu statusu gözdən saldıqları üçün “hacı” adından imtina etsinlər. Desinlər ki, biz bu addan imtina edirik və öz bildiyimizi edirik, halaldan-haramdan qazanırıq və kimə, nəyə pul xərclədiyimizi özümüz bilirik. Bunu desələr daha yaxşı olar, yoxsa “hacı” adını belə məsələlərdə hallandırmasınlar”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ