Bazar günü günü, 08 noyabr 2026
     

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Alim AMEA-da həyata keçirilən islahatlar barədə danışaraq müasir elmin çağırışlarına müvafiq olaraq aparılan tədqiqatların, qazanılan yeni elmi nailiyyətlərin müstəqillik dövrü Azərbaycan elminin uğurları olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-da müstəqil Azərbaycan dövlətinin çağırışlarına müvafiq olaraq, yeni elmi nəslin yetişdirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin önəmini vurğulayıb. O, həmçinin tədbirdə yeni ensiklopediya və tibbi lüğətlərin tərtib olunması ilə bağlı tövsiyələrini səsləndirib. AMEA rəhbəri gələcəkdə BTEB-in hesabatlarına sahibkarların da dəvət olunmasının elmin kommersiyalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA prezidenti görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ötən ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması və tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar BTEB-ə daxil olan institut və təşkilatlarda, o cümlədən digər tibb müəssisələrində keçirilmiş tədbirlər, konfrans və simpoziumlardan bəhs edib, bölməyə daxil olan elmi müəssisələrdə bu münasibətlə çoxsaylı elmi nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Akademik İsa Həbibbəyli Vətən müharibəsində qazanılmış Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdışın bu gün ölkəmiz üçün mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrildiyini bildirib. O, Prezident İlham Əliyevin elan etdiyi Böyük Qayıdışın Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan dövlət əhəmiyyətli proqram olduğunu deyib. Alim BTEB-ə daxil olan institut və təşkilatlarda Böyük Qayıdışla bağlı fəaliyyətin daha da intensivləşdirilməsinin, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb, ölkə üzrə elmi müəssisələrin fəaliyyətini müzakirə etmək, elmin qarşısında qoyulan vəzifələri müəyyən etmək baxımından bölmələrin üzərində böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.  

AMEA rəhbəri 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu qeyd edərək, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladıb. O, bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə töhfələr verdiklərini söyləyib. Akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin də 2024-cü ildə ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonra AMEA-nın vitse-prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, "Azərbaycan Respublikası Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin,  "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı", "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" və s., eləcə də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", Azərbaycan Respublikası "Qırmızı kitab"ının III nəşrinin hazırlanması və çapı, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqlar çərçivəsində tədqiqatlar aparılıb, o cümlədən "Heydər Əliyev İli" və akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı mühüm işlər həyata keçirilib.

Həmçinin bölmənin institutlarında və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Elm və Təhsil, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin tədqiqat və təhsil müəssisələrində, TƏBİB-in tədqiqat müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

Vitse-prezident diqqətə çatdırıb ki, bölmə və institutlar işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər işçi qruplarının işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin aparılmasında, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak ediblər. Belə ki, işğaldan azad edilmiş ərazilərdə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb. Xüsusən Oxçuçay və Bəsitçayın monitorinqləri üzrə fəaliyyətlər, ekspedisiyalar və nümunələrin analizi prosesi 4 institutun əməkdaşlarından ibarət işçi qrupları tərəfindən davam etdirilib.

Azərbaycan Respublikasının "Qırmızı kitab"ının III nəşrinin hazırlanması ilə bağlı görülmüş işləri diqqətə çatdıran akademik İradə Hüseynova hesabat dövründə Qarabağ regionundan "Qırmızı Kitabın III nəşrinə daxil edilən növlərin monitorinqləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə intensiv fəaliyyətlərin həyata keçirildiyini deyib. Bildirib ki, qəbul olunan və həyata keçirilən qərarlar, çoxsaylı tədbirlər, məqsədyönlü şəkildə görülən işlər, aparılan ekspedisiya və kameral tədqiqatlar, bütünlükdə prosesə rəhbərliyin yüksək diqqəti və nəzarəti öz müsbət nəticələrini vermiş, "Qırmızı Kitab"ın III nəşri nəfis şəkildə çapdan çıxmışdır. O, yaradıcı kollektivin Ulu Öndərin şanlı yubileyinə dəyərli töhfəsi olan nəşrə nadir və itmək təhlükəsində olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız, 39 məməli, 78 quş, 18 sürünən, 11 balıq, 7 növ su onurğasızları, 82 həşərat, 6 amfibi növü) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk) daxil edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, hesabat ilində Xəzər dənizinin Azərbaycan sektorunun və ətraf ekosistemlərin tədqiqi, dənizin bioloji resurslarının öyrənilməsi üzrə fəaliyyətlər davam etdirilib, bu məqsədlə AMEA ilə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı mövcud Anlaşma Memorandumu çərçivəsində müvafiq işlər görülüb.

Ötən il biologiya, aqrar və tibb elmləri üzrə tədqiqatlar əsasən, biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, o cümlədən yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, həmçinin patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanması, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətləri üzrə aparılıb.

Məruzəçi bildirib ki, qeyd olunan istiqamətlərdə hesabat ilində 21 problem, 78 mövzu, 234 iş, 489 mərhələ üzrə tədqiqatlar aparılıb, 1 mövzu, 104 iş və 362 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 144 mövzu (19-u tamamlanıb) və 301 işi (40-ı tamamlanıb) əhatə edən 479 (88-i tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. Hesabat ilində bölmənin institutları tərəfindən 1-i xaricdən olmaqla 8, aqrar tədqiqat və təhsil müəssisələrində isə 24 yerli, 4 xarici patent əldə edilib.

Bölmə alimləri tərəfindən nəşr olunmuş elmi əsərləri diqqətə çatdıran akademik İradə Hüseynova qeyd edib ki, hesabat dövründə bölmə institutları tərəfindən 1244 elmi əsər, o cümlədən 10 kitab (3-ü xaricdə), 15 monoqrafiya (2-si xaricdə), 511 məqalə (293-ü xaricdə, onlardan 228-i impakt faktorlu jurnallarda, 91-i "Web of Science" və "Scopus" bazalarında), 708 tezis (154-ü xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3288 istinad edilib. Bölmədənkənar tibb yönümlü müəssisələr tərəfindən 1233 elmi əsər, o cümlədən 5 kitab (2-si xaricdə), 28 monoqrafiya (1-i xaricdə), 1383 məqalə (549-u xaricdə, onlardan 196-sı "Web of Science" və "Scopus" bazalarından olan jurnallarda), 2193 tezis (495-i xaricdə) nəşr olunub, elmi əsərlərə 783 istinad edilib.

Vitse-prezident, həmçinin hazırda bölmənin 16 gənc mütəxəssisinin tanınmış xarici universitetlərdə doktorantura təhsili aldığını söyləyib.

Bundan başqa, hesabatda elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.

Hesabat dinlənildikdən sonra məruzə ətrafında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, BDU-nun kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, eləcə də Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Həmçinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, hazırda Böyük Britaniyanın Oksford Universitetinin doktorantı olan Gülnar Abdullayeva tədbirə onlayn qoşularaq xərçəng hüceyrələri ilə bağlı apardığı tədqiqatlar haqqında məlumat verib. 

Daha sonra Lənkəran Regional Elmi Mərkəzinin  direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Mərkəzin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. O, ötən il Lənkəran Regional Elmi Mərkəzində altı mərhələdə üç problemi əhatə edən altı mövzu üzrə altı işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin altı mərhələdə başa çatdırıldığını söyləyib.

Mehman Əliyev qeyd edib ki, aparılan elmi-tədqiqat işləri Azərbaycanın cənub-şərq regionunda yaşayan ədiblərin yaradıcılığının öyrənilməsi, folklor, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi və kataloqlaşdırılması, eləcə də Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji və bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, Cənub regionunda uzunömürlülüyün populyativ, sosial-bioloji xüsusiyyətlərinin ekoloji və genetik faktorlarının, həyat tərzinin, yaşla bağlı patoloji dəyişikliklərin intensivliyinin, sosial statusun, ailə-məişət ənənələrinin, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin tədqiqi və s. məsələlərə həsr olunub.

Diqqətə çatdırılıb ki, Lənkəran Regional Elmi Mərkəzində rayonlaşdırılmış Fərmançay, Lənkəran, Xəzər və Fərmançay Çəhrayı, Azərbaycan-2 çay sortlarından 2023-cü ildə istehsal olunmuş quru çay (yarımfabrikat) məhsulunun biokimyəvi əlamətləri öyrənilmişdir. Bundan başqa, hesabat ilində Mərkəzin təcrübə bazasında şeddok - Citrus grandis, sitron - Citrus medica, iri pompelmus - Citrus maxima, dekorativ naringi və s. sitrus bitkilərinin introduksiyası aparılmış, quayava bitkisinin bölgənin torpaq-iqlim şəraitinə adaptasiyası öyrənilmişdir. Direktor "Heydər Əliyev İli" çərçivəsində Mərkəzdə görülən işləri, keçirilən tədbirləri də diqqətə çatdırıb.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatları, müəyyənləşdirilmiş yeni elmi istiqamətləri, yaxın profilli müəssisələrin birgə fəaliyyətini, gənc mütəxəssislərin xaricdə doktorantura təhsili almasını, yeni elmi nəslin yetişdirilməsi istiqamətində görülən işləri, impakt faktorlu jurnallarda çıxan məqalələrin sayının artmasını, işğaldan azad olunmuş ərazilərdə yerinə yetirilən elmi işləri yüksək qiymətləndirib.

Sonda Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2023-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ