şənbə günü, 07 noyabr 2026
     

Hərbi çağırışın ilkin qeydiyyatı xaosa çevrilib - 14-15 yaşlı uşaqlar Bakının xəstəxanalarını dolaşır...

Image


İbrahim Rüstəmli: “Bütün bu problemlər aradan qaldırılmalıdır, daha sadələşdirilmiş bir sistem tətbiq olunmalıdır”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbələrində kişi cinsindən olan 14 yaşlı vətəndaşların ilkin hərbi-tibbi qeydiyyatı prosesi həyata keçirilir. SHXÇDX rayon şöbələrində təşkil olunan tibii komissiyada müxtəlif xəstəlikləri aşkarlanan uşaqlar göndərişlə hərbi çağrışçılar üçün müəyyən edilən xəstəxanalara göndərilir.

Yəni uşaqlardan kimlərin ki xəstəliyi var, gözündə, ayağında, boyunda, çəkisində və sair problem olanları təkrar tibbi müayinəyə göndərirlər. Üstəlik, 18 yaşlı sağlamlığında problem olan çağırışçılar da eyni qaydada müayinəyə cəlb edilir. Bu müsbət haldır və aşkarlanan problem vaxtında həll olunur. Amma burda bir məsələ var ki, müayinə üçün ayrılan xəstəxanalar bir-birindən çox uzaq məsafədə yerləşir. Göndərişin biri M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına, biri Sabunçu Xəstəxanasına, o biri Xətai rayonu ərazisində yerləşən “Nizami” kilinikasına və sairə verilir, bir gün ərzində göstərilən klinikaların hamısına getmək olmur.

Məsələn, elə uşaqlar var, bir yox, bir neçə müayinədən keçməlidir, buna görə də o bir neçə klinikaya getməli olur ki, müayinə olunsunlar. Bu xəstəxanalara da Azərbaycanın paytaxt rayonları ilə yanaşı kənd rayonlarından, başqa şəhərlərin də ilkin hərbi-tibbi qeydiyyatdan keçməli olanlar və çağrışçılar göndərilir.

Xəstəxanalarda növbə o qədər böyük olur ki, heç sözlə deyiləsi deyil. Uşaqlar və valideynlər saatlarla növbədə dayanmalı olur ki, həkim qəbuluna gedib müayinə olunsun, tibbi komissiyadan keçsinlər.

İnsafən deyək ki, təyin olunmuş komissiya öz işinə vicdanla yanaşır, fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər. Həkimlərdən heç bir narazılıq yoxdur. Əsas narazılıq xəstəxanaların bir-birindən uzaq məsafədə yerləşməsi və növbələrin saatlarla vaxt aparmasıdır.

Xüsusən də Azərbaycanın ayrı-ayrı rayonlarından gələnlər iki-üç qat əziyyət çəkirlər. Məsələn, Şəkidən, Qazaxdan, Qaxdan, İmişlidən, başqa rayon və şəhərlərdən gələnlərin bir çoxu deyir ki, gecə qalmağa yerləri belə yoxdur, bəziləri oteldə qalır, bəziləri də qohum-əqraba evində gecələməli olurlar. Bəzən günlərlə Bakıda qalan insanlar həm maddi cəhətdən, həm də mənəvi baxımdan çətinliklə üzləşirlər. Bizimlə söhbətlərində valideynlər deyirlər ki, bu komissiya əvvəllər rayonlarda təşkil olunurdu və əziyyət çəkmədən övladlarını müayinə üçün aparıb gətirirdilər. Valideynlərin sözlərinə görə, rayonlarda bu komissiyalar ona görə fəaliyyət göstərmir ki, guya həkimlər valideynlərdən pul alıb uşaqların sənədlərinə “hərbi xidmətə yararsız” yazırlar. Valideynlər deyir ki, bu quru iddiadır, həkimlər öz işlərinə vicdanla yanaşır. Söhbətimiz zamanı qeyd etdilər ki, rayonlarda tibb ocaqları, diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilib istismara verlib, o tibb müəssisələrinin birində belə bir komissiya təşkil edilərsə yaxşı olar, canları əziyyətdən qurtar.

Yaxsi olmazmı ki, rayonların özlərində ayrıca bir xəstəxana ayrılsın, komissiya həmin yerdə fəaliyyət göstərsin və bütün müayinələr orda aparılsın. Bəlkə bu halda uşaqların və valideynlərin qarın-yağışın altında uzun növbələrdə dayanmaqdan canları qurtara.

SHXÇDX təkrar tibbi müayinə prosesini rayonların özlərində olan xəstəxanalardan birində mərkəzləşdirilmiş qaydada apara bilməzmi?

“Ucqar dağ kəndlərindən, rayonlardan uşaqların müayinə üçün Bakıya göndərilməsi valideynlər üçün çox ciddi problem yaradır”

Tanınmış hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, orta məktəbdə hərbi müəllim kimi, 14 yaşı tamam olmuş uşaqların ilkin hərbi-tibbi qeydiyyatdan keçməsi ilə bağlı məsələlərdə təmsil etdiyi təhsil ocağının adından iştirak edir. “Bəri başdan sizə bildirim ki, bu məsələ ilə bağlı müəyyən islahatlar aparılır. Yəni ötən illə müqayisədə bu il yeni dəyişikliklərə imza atılıb. Bu dəyişikliklər ondan ibarətdir ki, uşaqların konkret hansı poliklinikalarda müayindən keçməlidirlər. Yəni siyahıda adı olan uşaqlar təyin olunmuş poliklinikalarda ilkin tibbi müayinədən keçirlər. Orda qan və sidik analizi verirlər, ağ ciyərin fülaqrafiyasını, şəklini çəkdirirlər, eyni zamanda digər müayinələrdən rahat şəkildə keçə bilirlər. Fikrimcə, bu məsələlərlə bağlı hazırda ciddi işlər gedir, yeni dəyişikliklər olacaq. Ancaq bununla belə, sizin dediklərinizlə razıyam. O mənada ki, tutalım, rayonlarda çox çətin şəraiti, yol, nəqliyyat problemi olan dağ kəndləri var. Ucqar dağ kəndlərindən rayonlardan uşaqların müayinə üçün Bakıya göndərilməsi validyenlər üçün çox ciddi problem yaradır. Həqiqətən ciddi problem yaradır. Bu problemin özəyində əlbəttə, valideynin maddi şəraiti dayanır, valideyn kifayət qədər böyük vəsait ayırır ki, uşağını bu çətin coğrafi şəraitdə, qarda, yağışda Bakıya gətirir. Məsələn, Lerikdə bir metrə qar var. Bu şəraitdə uşağı rayona gətirir. Bəzi uşaqların da sağlamlığında problemlər olur və o xəstəliklərin mərkəzi klinkalarda təsdiq olunması üçün onların Bakıya göndərilməsi məsələsi ortaya çıxır. Əlbəttə, bu valideyn üçün həm maddi, həm də vaxt baxımından ciddi problem yaradır. Yəni hamının imkanı eyni deyil ki. Kənd yerlərində bəzi adamların maddi durumu çox ağır olur və onlar üçün bu böyük bir problem olur. Ona görə də güman edirəm ki, bu məsələyə praktik yanaşılacaq. Yəni hansısa rayonda ilkin hərbi-tibbi qeydiyyatdan keçən və sağlamlığında ciddi problem olan uşağın, yaxud hər hansı bir çağrışçının Bakıya göndərilməməsi üçün həmin regionda mərkəzləşdirilmiş bir xəstəxana təyin olunmalıdır. Tutalım, Cənub bölgəsində bir ixtisaslaşdırılmış tibb müəssisəsi müəyyənləşdirilsin ki, Biləsuvardan, Masallıdan, Lənkərandan, Lerikdən, Astaradan, Cəlilabadan uşaqların, yaxud çağrışçıların Bakıya gəlməsinə ehtiyac olmasın. Rayonlardan uşaqların Bakıya gəlməsi xəstəxanalarda müəyyən sıxlıq yaradır. Halbuki, rayonların mərkəzi xəstəxanalarında o sıxlıq yaşanmır. Tutaq ki, Şimal bölgəsində Qusar, Quba, Xaçmaz rayonları üçün də orda mərkəzləşdirilmiş bir xəstəxana nəzərdə tutulsun, uşaqlar ora göndərilsin, Bakıya göndərilməklərinə ehtiyac qalmasın. Əlbəttə, uşağın səhhətində problem varsa bu mərkəzləşdirilmiş qaydada təsdiqini tapmalıdır”.

İ.Rüstəmlinin sözlərinə görə, uşaqların ilkin hərbi-tibbi qeydiyyata alınması xüsusi strateji əhəmiyyət daşıyan və ordu quruculuğunun fundamental prinsipial məsələdir: “Bu dövlətin ümumi işidir, həm də strateji məsələdir. Bilirsiz ki, ordu quruculuğu məsələsi bu prosesdən başlayır. Bunun vətənpərvərlik və sair tərəflərini bir kənara qoyuram, amma 14 yaşına çatmış uşaqların ilkin hərbi-tibbi qeydiyyatdan keçməsi məsələsi ordu quruculuğu işinin əsas tərkib hissələrindən biridir. Yəni bunun əsasında konkret statistikalar aparılır, planlar cızılır. Bu gün 14 yaşı olan uşaq təqribən 4 ildən sonra artıq ordumuzun potensial əsgəri sayılır, hərbi mükəlləfiyyətli şəxs hesab olunur”.

İ.Rüstəmli hesab edir ki, bu məsələdə obyektivlik son dərəcədə gözlənilməlidir, gözlənilir də. İ.Rüstəmli qeyd etdi ki, əvvəlki illərlə müqayisədə indi neqativlər yoxdur. “Əvvəllər uşaqlara müxtəlif diaqnozlar qoyurdular, 90 kloqramlıq uşağa elə xəstəlik yazırdılar ki, adam mətəl qalırdı. Yəni indi bu saxtakarlığın qarşısı alınıb. Bu işdə Dövlət Təhlükəsizlik Xidmətinin çox böyük rolu olub. Yəni SHXÇDX-nin ayrı-ayrı rayon şöbələrində, şəhər idarələrində çox ciddi yoxlamalar aparılıb, bu cürt halların qarışısını almaqdan ötrü çox konkret və kordinal addımlar atılıb. Hazırda belə məsələrələr əgər baş verirsə çox nadir hallarda baş verə bilər. İndiki dövrdə insanların maddi vəziyyətini, vaxtını, müəyyən məsələləri nəzərə alaraq bu məsələlər mərkəzləşdirilmiş qayda aparılsın. Tutaq ki, Mil-Muğan bölgəsi üçün bir mərkəz təyin edilsə yaxşı olar. Bütün bölgələr üzrə bunu etmək olar və bölgələrdə xəstəxanalarımız da var, orda ali kateqoryalı həkimlər işləyirlər. Bu işi bölgələrdəki tibb müəssisələrinə etibar etməklə, onların fəaliyyətinə nəzarəti gücləndirməklə daha optimal şəkildə qurmaq mümkündür. Təbii ki, sizinlə razıyam, bu məsələyə ciddi yanaşılmalıdır. Sadə insanlarımızın mövqeyi praktik şəkildə nəzərə alınmalıdır və onların vaxtı, maddi durumu dəyərləndirilməlidir. Amma bilirsiz ki, rayon poliklinikalarında, SHXÇDX rayon şöbələrində həkim komissiyası işləyir. Həkim komissiyasında müvafiq xəstəliklərlə bağlı hər hansı bir şübhə yaranararsa məsələn, Lənkəranda bir mərkəz təyin edilsin və bölgə üzrə uşaqlar ora göndərilsin. O çox rahat həll olunar. Həm insanlarımız öz işlərini rahat qurarlar, həm də işin faydası artar. Yoxsa, Bakıda hamını bir tibb müəssisinə göndərirlər, orda da saatlarla növbələr olur, bir günə, iki günə keçmək olmur, üstəlik də bəzi müayinələr müəyyən zaman tələb edir. Bəzən acqarnına gəlməlidir tox gəlir, deyirlər ki, get, sabah gəl. Əlbəttə, bütün bu problemlər aradan qaldırılmalıdır, daha sadələşdirilmiş bir sistem tətbiq olunmalıdır. İlk növbədə bu ordunun özəyində bu xalqın övladları dayanır, o övladları da böyüdən valideynlər var. Valideynlərin də vəziyyəti nəzərə alınmalıdır. Bu məsələ günün ən vacib məsələlərindən biridir”-deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ