Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan universitetlərində "Azərbaycan tarixi" fənninə düşmən kəsilən kim(lər)dir...

Image


Azərbaycan tarixini bilmək hər bir vətəndaşın borcudur. Hansı ixtisas sahibi olmağımızdan asılı olmayaraq hər birimiz Vətən tarixini öyrənməliyik. Ali məktəblərdə “Azərbaycan tarixi” fənni tədris edilir və bu tariximizin təbliği baxımından misilsiz bir məsələdir.  Amma təəssüflər olsun ki, ali məktəblərimizdə “Azərbaycan tarixi” fənninə ayrılan saat azaldılıb.

Son bir neçə ildir ki, “Azərbaycan tarixi” fənninin tədrisi 120 saatdan 60 saata endirilib. Buna görə də ali məktəblərdə işləyən tarix müəllimləri narazılıq edir. Əslində, 44 günlük Vətən müharibəsindən sonra ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin saatı  daha da artırılmalı idi, amma bizdə azaldılıb.

  • “Problemin həlli üçün nazirlikdən heç bir təşəbbüs yoxdur…”

Bu məsələdən narazılıq edən alimlərdən biri, AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Azərbaycan tarixi” fənni Sovet dövründə ancaq ali məktəblərdə humanitar fakültələrdə keçilirdi, texniki fakültələrdə isə keçilmirdi: “Sovet dövründə  Azərbaycan tarixi əsasən saxtalaşdırılmış şəkildə öyrədilirdi, təbliğ eidlirdi. Vətənpərvər müəllimlərin hesabına tələbələr tariximiz barədə əlavə məlumat ala bilirdilər. O da çox çətinliklə olurdu. 1988-ci ildə məlum hadisələr başladı, Qarabağda erməni separatizmi tüğyan edirdi. Xalq erməni separatizminə ayağa qalxanda məlum oldu ki, Azərbaycan xalqı öz tarixini bilmir. Bu dövrdə məmurlara da bu toxunurdu, çünki onlar da artıq “qış yuxusundan” oyanmışdı. Baxmayaraq ki, Sovet rejiminin təsiri var idi. Amma 1985-ci ilin “Yenidənqurma” hərəkatı bir qədər yumşaltma həyata keçirdi və 1988-ci ildə bütün ali mıəktəblərdə “Azərbaycan tarixi” fənni tədris edilməyə başladı. Yəni ixtisasından asılı olmayaraq bütün tələbələrə “Azərbaycan tarixi” fənni tədris edildi, bütün ali məktəblərdə  bu fənn öz yerini tutdu. Mən o zaman Neft Kimya İnstitutunun Sumqayıt filialında dərs deyirdim. İndi ora Sumqayıt Dövlət Universitetidir. Birinci kursdan başlayaraq əyani, qiyabi, gündüz və gecə oxuyanlara “Azərbaycan tarixi” tədris edilməyə başladı. Qəribəsi, budur ki, o zaman müəllimlərin çoxu “Azərbaycan tarixi”ni tədris etməkdən imtina edirdi. Çünki dərsə hazırlaşmaq lazım idi. Həmin universitetdə “Azərbaycan tarixi” fənnini keçməyə başladım. İnanın ki, auditoriyada oturmağa yer yox idi. Tələbələr öz yerində, kənardan gəlib qulaq asırdılar. Deyilən fikirləri uşaqlar maqnit kimi özlərinə çəkirdilər. Azərbaycanda milli hissin , milli oyanışın yeni dövrü idi. Xalq çox böyük sevgi ilə öz tarixini öyrənməyə çalışırdı, bu da bizi sevindirirdi. Bilirsiz ki, bu prosesyüksələn xətt üzrə getdi, Azərbaycan dövlət müstəqilliyini bərpa etməsində bu prosesin də rolu oldu. O dövrdə jurnalistlər, mətbuat da böyük rol oynadı. Bir şey deyim ki, o zaman Sumqayıtda “Haray” qəzeti çıxırdı, mən axşam ora Azərbaycan tarixinə aid  məqalə yazırdım səhərisi gün qəzet çap edirdi. O dövrdə qəzetlərin çıxması, auditoriyada mühazirələrin olması Azərbaycan dövlətçiliyi üçün böyük əhəmiyyət kəsb edirdi. Bu da dövlət müstəqilliyinin bərpasında mühüm rol oynadı, xalqın birliyinə gətirib çıxardı. Lakin sonradan vəziyyət yavaş-yavaş dəyişməyə başladı. Əvvəllər ali məktəblərdə  “Azərbaycan tarixi”nə 120 saat ayrılırdı və bunun 60 saatı mühazirə, 60  saatı isə seminar idi. Bu 120 saat kifayət etməsə də, bizi  müəyyən qədər qane edirdi, bunun tədrisdə mühüm rolu var idi. Lakin sonradan başlayaraq bu prosesə rəhbərlik edən şəxslərin bilmirəm, səhvi, yoxsa bu xalqa yad olması, yaxud da Azərbaycan tarixinə mənfi münasibəti nəticəsində “Azərbaycan tarixi” fənninə ayrılan saat azalmağa başladı. Yəni 120 saat 60 saat oldu, 60ssatın da 30 saatı mühazirə, 30 saatı isə seminardır. 30 saat mühazirə də o deməkdir ki, cəmi 15 mövzu keçirik. Hər dərs iki saatdır, hər dərsə də bir mövzu düşür. Biz xalqımızın beş minillik tarixini sıxışdırıb 15 mövzuya “yerləşdirmişik”. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Amma sözümüzü dediyimiz insanlar bilmirəm daşdır, divardır, nədir ki, onlara heç nə təsir etmir. Heç olmasa 44 günlük şanlı qələbədən sonra “Azərbaycan tarixi” fənninin tədrisini iflic vəziyyətə salanlar titrəyib ayılmalı idilər. Prezidentin 44 günlük Vətən müharibəsi dövründə dünya mətbuatna verdiyi müsahibələrin özləri ayrıca fənn kimi tədris olunamalıdır. Biz iki dəfə Təhsil Nazirliyinə (Elm və Təhsil Nazirliyi) rəsmi məktub yazdıq, özü də millət vəkilinin imzası ilə. “Azərbaycan tarixi” fənninin tədrisinin saatlarının artırılması ilə bağlı təkliflər irəli sürdük. Nazirlik məsələni həll etmək əvəzinə bildirdi ki, bu bizim səlahiyyətimizdə olan məsələ deyil, universitetlərin səlahiyyətində olan məsələdir. Nazirliyin cavabından sonra universitet rəhbərləri ilə görüşdük, onlarsa bunu gülüşlə qarşıladılar. Yəni universitetlər də “Azərbaycan tarixi fənni”nin saatlarının artırılmasının onların səlahiyyətində olmadığını deyirlər. Yaxşı, necə olur ki, krediti nazirlik müəyyən edir. Tutaq ki, 5 kredit müəyyən edilir və 5 kreditdə də müəyyən saat var, ondan artıq vermək olmaz. Dərs saatlarını nazirlik özü qəlibə qoyur, narazılıq olanda da universitetin üstünə artır. Nazirlik də, universitetlər də Azərbaycana aiddir, bu fənn də azərbaycanlılara tədris edilir. Siz jurnalistlər, biz müəllimlər buna yanırıqsa, məmurlar da bu fənnin tədrisinə ürək yanğısı, məhəbbətlə yanaşmalıdır. Bunlar sanki başqa ölkədən gəlmiş başqa xalqların nümayəndələridir biz də onlardan xahiş edirik ki, “Azərbaycan tarixi” fənninin  tədrisini artırın. Problemin həlli üçün nazirlikdən heç bir təşəbbüs yoxdur, nazirlik anca qgözləyir ki, “yuxarıdan” kim nə desə ona əməl etsin”.

M.Zülfüqarlı deyir ki, Elm və Təhsil Nazirliyi problemi həll etməkdən yayınır və bu problemi yalnız Prezident Administrasiyası həll edə bilər. M.Zülfüqralı qeyd etdi ki, yoxsa nazirlik könüllü şəkildə  “Azərbaycan tarixi” fənninin saatını artırmayacaq. O, hesab edir ki, “Azərbaycan tarixi” fənninin tədris saatların artırılması həm dövlətçiliyimizin, həm vətənpərvərliyin, həm də Prezidentin apardığı siyasətin təbliği baxımdan çox əhəmiyyətli olardı. “Biz Prezidentin apardığı siyasətin təbliğini həyata keçirmək məqsədilə bu fənnin saatının artırılmasını istəyirik, bu məmurlar da heç bir hərəkət etmirlər. Hətta olsa bilsin, bizə qarşı nifrət hissləri də var ki, bunlar niyə bizim kabinetimizdə rahat oturub maaşımızı almağa   imkan vermir? Sən rahat kabinetdə oturmaq istəyirsənsə, get başqa işlə məşğul ol. Azərbaycan tarixi dövlətçilik, vətən  məsələsidir. Vətənin tarixi ilə oynamaq olmaz. Mənə belə gəlir ki, bbiz dediyimiz fikirləri birbaşa Prezident Adminstrasiyasının humanitar şöbəsinə yönəltməliyik ki, problemin həllində bizə kömək etsinlər. Bir komissiya yaratsınlar, mütəxəssisləri ora cəlb etsinlər. Çünki naizrlikdə tədrisi bilən, tədrislə məşğul olmuş  adamlar dmeək olar ki, yoxdur. Tədrisi, onun çətinliyini auditoriyaya girib 90 saat mühazirə deyən müəllimlər bilir. Biz xalqa öz tarixini öyrədirik. Bizim müraciətlərə cavab verməsələr gələcəkdə gənclərin davranışında, ideologiyasında olan mənfi halların məsuliyyəti səlahiyyətli şəxslərin üzərinə düşəcək. Ümid edirəm ki, vətənpərvər məmurlar buna reaksiya verərlər, gələcəkdə bu problem öz həllini tapar”-deyə M.Zülfüqralı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ