Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ali Attestasiya Komissiyasının işçisi olmayan şəxs satdığı diplomları haradan və kimdən alırdı?

Image


Yaşadığımız cəmiyyətdə hər şeyin dəllalı var, çox təəssüf ki, onların arasında elm dəllalları da az deyil. Elmi iş, dissertasiya, elmi dərəcə, alimlik diplomu alverçilərinin olması bu sahədə vəziyyətin hansı şəkildə acınacaqlı olduğunu göstərir.

Elm sahəsində dəllallıq edənlərin məqsədi pul qazanmaqdır, amma cəmiyyətin saxta alimlərə ehtiyacı yoxdur. Dəfələrlə tanınmış alimlərin bir qismi deyirdi ki, elmi dərəcələri, elmi adları pulla da almaq mümkündür, amma inandırıcı görsənmirdi. Elmi dərəcələri satan vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi alimlərin dediklərini təsdiqlədi.

Məlum olduğu kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ş.Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsi xəbəri elm aləmində böyük əks –səda yaratdı.  Özünə qapalı müəssisə titulu qazandıran Ali Attestasiya Komissiyası elmi dərəcələri satan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xəbərlərinə münasibət bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Trend-ə bildirilib ki, Komissiyanın nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşı olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir. Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksək ixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.

"Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tartixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilmişdir.

Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcəkdir", - deyə məlumatda qeyd olunub.

Ali Atestasiya Komissiyasının işçisi olmayan şəxs satdığı diplomları haradan və kimdən alırdı?

  • Məhərrəm  Zülfüqarlı: “O cür şəxsləri komissiyaya dəvət edib onları orada yerləşdirən şəxslərin də bu məsələdə məsuliyyəti var, onlar bundan qaça bilməzlər” 

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində “Bu barədə məlumatı oxudum. Sumqayıt Dövlət Universitetinin professoru olan Ali Attestasiya Kimissiyasının İqtisadiyyat komissiyasının məsul katibinə kimlərinsə iddiası ilə cinayət işi qaldırılıb, ev dustaqlığı cəzası verilib.

İndi sizə prosesin necə getdiyini izah edim. Ali Attestasiya Komissiyasının (AAK) ştatda olan işçiləri var, bir də hər ixtisas üzrə komissiya var. Bu komissiyanın sədri, üzvləri və məsul katibi dəvət olunur. Dissertasiya ekspert komissiyasına daxil olandan sonra burada dissertasiyaya baxıb müsbət rəy verəndən sonra Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə çıxarılır və təsdiq olunandan sonra diplom verilir. Ali Attestasiya Komissiyası məlumat verir ki, o onların ştatlı işçisi deyil, bu düzdür. Amma ştatlı işçi olmasa da, o Ali Attestasiya Komissiyasının rəhbərliyinin dəvəti ilə ora gəlirlər, seçilirlər, təyin olunurlar, çox ciddi bir məsələdə məsuliyyət daşıyırlar . Yəni dissertasiya ilkin mərhələdə əgər ekspert komissiyasından keçməsə geri qaytarılır, heç Rəyasət Heyətinə gəlmir. Demək məsələ birinci mərhələdə orda həll olunur. Mənə belə gəlir ki, bu hadisənin baş verməsinə görə heç kəs özünü kənara çəkməməlidir. Həmin o kadrları AAK-a dəvət edən, onları ora yerləşdirən şəxslər də burada məsuliyyət daşıyırlar. Çünki onlar daha təmiz, daha korrupsiyadan uzaq, rüşvətdən kənar insanları ora dəvət edə bilərlər. Elm sahəsində çoxlu nöqsanlar var, bunu biz də deyirik, jurnalistlər də deyir. Amma hələ ki, burada problemlər qalmaqdadır. Hesab eidrəm ki, burada bir tərəfi tənqid  etməklə  paralel olaraq digər məsələyə də tənqidi yanaşmaq lazımdır. Rüşvəti doğuran səbəb nədir? AAK tərəfindən ekspertlər komissiyasına dəvət edilən mütəxəssislərə əməkhaqqı verilmir. Onlar gəlib saatlarla iclasda otururlar, dissertasiyaları oxuyub rəy bildirirlər. Amma onlara əməkhaqqı ayrılmır. Son illər deyirdilər ki, bunalara əməkhaqqı veriləcək. Məndə olan məlumata görə, bu əməkhaqqı çox cüzidir. Hesab edirəm ki, neqativ halların yaranmasında bu amil mühüm rol oynayır”-deyə bildirdi.

M.Zülfüqarlının sözlərinə görə, gələcəkdə AAK-ın ekspertlər komissiyasında belə halın olmaması üçün ora dəvət edilən mütəxəssislər ciddi yoxlanılmalıdır və onlara əməkhaqqı ayrılmalıdır ki, gözləri orda-burda olmasın. “Elmə, təhsilə ayrılan pul millətin gələcəyidir, ora daha çox vəsaitin ayrılmasına səlahiyyətli qurumlar diqqət etməlidir. Mən özüm uzun illərdir ali məktəbdə işləyirəm, elmlər doktoruyam, professoram, amma gördüyünüz kimi, bu cür komissiyalara dəvət edilmirəm. Burada təvəzökarlqldan uzaq olaraq onu demək istəyirəm ki, nisbətən obyektiv insanlar kənarda qalır, müəyyən neqativ işlərə bulaşmış insanların ora dəvət olunması bu hallara gətirib çıxarır. Hesab edirəm ki, o cür şəxsləri komissiyaya dəvət edib onları orada yerləşdirən şəxslərin də bu məsələdə məsuliyyəti var, onlar bundan qaça bilməzlər.   O şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Bir şeyi də deyim ki, keçən il 242 nəfərin dissertasiya işi AAK tərəfindən geri qaytarılıb, təsdiq olunmayıb, ləğv edilib. İndi həmin şəxslərin haqqı var desin ki, 242-nin içində elə dissertasiyalar var ki, onlar təsdiq oluna bilərdi, amma bu neqativ hallar imkan verməyib. Bu fakt artıq onlara əsas  verir ki, öz işlərinə yenidən baxılmasını tələb etdinlər”-deyə bildirən M.Zülfüqarlı əlavə etdi ki, problemlər çoxdur, bunların həlli üçün isə ciddi islahatlara ehtiyac var.

  • Vüsalə Ağabəyli: “AAK bu məsuliyyətdən yayınaraq xəbərsiz olduqlarını qeyd edirsə, bunun özü də cinayətdir”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin isə məsələyə münasibəti belə oldu:  “Biz iddia edəndə ki, AAK tələblərini və iş prinsipini düzgün qurmur, boş yerə demirdik. Çünki gözümüzün önündə baş verir müdafiə prosesləri, elmi məqalələrin beynəlxalq indeksli jurnallarda çapı və nəhayət diplomların verilməsi. Biz şübhəli məqamları dəfələrlə qeyd edirdik. Elə tədqiqatçılar var illərini, bütün enerjilərini tədqiqata sərf edir, lakin diplom alması uzun müddət çəkir, digərləri isə 2 il ərzində dissertasiya işlərini "yazırlar", "müdafiə edirlər", 2 ay ərzində də diplomlarını alırlar. Bu qədər ədalətsizlik uzun müddət gizli qala bilməzdi, təbii ki, çözüləcəkdi, biz bunu gözləyirdik. Bəyəm dissertasiya işini başqa müəlliflərə yazdıran, tərcümə etdirən, müdafiədə öncədən hazırlanmış sualların cavabını üzündən çətinliklə oxuyan, beynəlxalq indeksli jurnallarda elmi məqaləsini 1000-2000 dollar verib yazdıran və elmi işindən xəbərsiz olan alimlər bu ölkənin təhsil sisteminə lazımdır? Onlardan necə bəhrələnə bilərik ki biz?

Ölkədə ən aparıcı qurumun nəzdində bu cür neqativ vəziyyətin yaranması çox acınacaqlı haldır. AAK bu məsuliyyətdən yayınaraq xəbərsiz olduqlarını qeyd edirsə, bunun özü də cinayətdir. Necə ola bilər ki, bu boyda aparıcı bir strukturda İqtisad elmləri üzrə ekspert şurasının üzvü - elmi katibi Şəfa Əliyev qanun pozuntusu etsin və qurumun xəbəri olmasın? Bəs indiyə kimi pul vəsaitləri hesabına paylanılan diplomlar və "elm xadimləri" necə olacaq? Bu məsələdə günahkar təkcə Şəfa Əliyevdir? Diplomları təsdiqləyən AAK sədri Famil Mustafayev şübhəli məqamları indiyə qədər sezmirdi ki?

Biz tələb edəndə ki, AAK əslində ləğv olunmalıdır, düzgün anlamırdılar. Lakin görünür ki, məsələ düzgün anlamaqda deyil, AAK-ın fəaliyyətini qanunsuz gəlir əldə etmək üçün istifadə etməkdə idi. AAK-da fəlsəfə doktorluğu, elmlər doktorluğu, həmçinin dosent və professor elmi adlarının verilməsi üçün ildən-ilə sərtləşən tələblər yalnız və yalnız dürüst şəkildə tədqiqat işi aparan əsl elm adamlarının qarşısında maneə yaratmaq üçün idi, digərləri isə kənarda durub sifarişini verib, diplomunu da rahatlıqla alan təbəqədir.

Burda bilirsiz, məsələ çox ciddidir. Çünki sərtləşdirilmiş tələbləri ödəyə bilmək, dözmək hər kəsə xas olmur, hətta düşünəndə ki, nə mənası bunun müqabilində 60-70 manat maaşa əlavə olunacaq, çoxları artıq həvəsdən düşür və geri durur. Aylıq cüzi əməkhaqqı ilə dolanan tədqiqatçı 1000-2000 dollar verib beynəlxalq indeksli jurnallarda məqalə çap etdirmək niyyətində deyil. Bu zaman, aydın məsələdir ki, təsdiqlənən 10 diplomdan biri əsl tədqiqatçıya məxsus olursa, digərləri sifarişçi tədqiqatçılarındır. Görün, indi biz elm və təhsil sistemindən şikayət ediriksə, yaxın gələcəkdə bütün rəhbər vəzifələr həmin sifarişçi tədqiqatçıların əlinə keçəndə nələr olacaq. Azərbaycanda addımbaşı xəstəxanalar var, lakin analiz verib müayinələrdən keçməyə laboratoriyalara inam yoxdur. Eləcə də, diplomlu "alimlərin" elmə verəcəkləri töhfəyə. Plagiatlığı əlində bayraq edib, bütün elm və təhsil müəssisələrinin müdafiə şüalarını ədalətə səsləyən bir qurumun nəzdində qanunsuzluq bu cür iyrənc həddə çatıbsa, bu qurumun fəaliyyəti tamamilə ləğv olunmalıdır. Yenə də qeyd edirəm, burda yalnız Şəfa Əliyev günahkar deyil, digərləri də onunla bərabər cəza çəkməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ