Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev bir sıra açıqlamalrla çıxış edib. Baş prokuror bildirib ki, bu konfransın keçiriləməsi Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir. K.Əliyev diqqətə çatdırıb ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib. “Daha çox müzakirə olunan məsələ Ermənistanı sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir. Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Prezident Qoşulmama Hərəkatında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq.”
Mətləb