Bazar ertəsi günü, 09 noyabr 2026
     

Elçin Sadıqov Vəkillər Kollegiyasından çıxarıldı - səbəbi isə...

Image


Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun və digər 2 vəkilin peşə fəaliyyətlərini həyata keçirərkən yol verdikləri intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan, onlar barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 8-ci bəndinə əsasən məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub.

Bu barədə Trend-ə Vəkillər Kollegiyasından bildirilib.

Qeyd edilib ki, Vəkillərin İntizam Komissiyasının fəaliyyəti “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynalxalq təcrübəyə uyğun təşkil olunmuşdur. Belə ki, 2017-ci ildə Rəyasət Heyətində seçkilər və dəyişiklikdən sonra “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) davranış qaydaları əsasında hazırlanıb:

"Daha sonra, Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) və CCBE-nin əlavə təklifləri də nəzərə alınmaqla, Vəkillərin ümumi yığıncağında (konfransı) bu Əsasnaməyə müvafiq dəyişikliklər edilib. Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə ilə bağlı məsələ məhkəmə qərarı əsasında həll edildiyindən, həmçinin vəkillərin işgüzar nüfuzunu nəzərə alaraq fəaliyyətləri dayandırılaraq barələrində məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul olunmuş vəkillərin kimliyi barədə məlumatlar Kollegiya tərəfindən, bir qayda olaraq açıqlanmır".

Vəkil Elçin Sadıqovla bağlı məlumatlar isə artıq onun özü tərəfindən ictimailəşdirildiyindən, Kollegiya bu məsələ ilə əlaqədar aşağıdakıları qeyd edir:

Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müvafiq müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.

Komissiya vəkil Elçin Sadıqovun publik açıqlamasını və toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlinib ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar onun tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozulub.

Belə ki, Elçin Sadıqov “Baku Steel Company” Şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan hallara dair publik qaydada - “... O gündən sonra Əvəz dayanmadı hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.”; “... Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox sənədlər verdiyimi deyim. Özü də elə dedi.” - məzmununda paylaşım etmişdir.

Bununla, vəkil Elçin Sadıqov özünün etdiyi etirafa əsasən, qeyri-qanuni vasitəçiliyə əl ataraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb etmişdir.

Belə ki, həmin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən, vəkillər öz fəaliyyətlərində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdirlər. Lakin göründüyü kimi, vəkil Elçin Sadıqov qanunvericiliyə zidd olaraq öz fəaliyyətində qanunsuz, vəkil etikasına zidd olan üsul və vasitələrdən istifadə etmişdir. Halbuki, Əsasnamənin 2.10-cu bəndinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır.

Qeyd edək ki, vəkil Elçin Sadıqovun Kollegiyadan xaric olunması ilə bağlı qərar vəkil kimi icraatında olan digər işlərlə deyil, məhz bu məsələ ilə bağlı yol verdiyi ciddi qanun pozuntusu ilə birbaşa əlaqəlidir.

Eyni zamanda bildirmək istərdik ki, qeyd olunan hallarla bağlı vəkil Elçin Sadıqovun barəsində hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işinin mövcudluğu məlumdur. Amma Vəkillər Kollegiyasının araşdırdığı məsələlərin əməlin cinayət olub-olmaması, əmələ bu nöqteyi-nəzərdən hüquqi qiymətin verilib-verilməməsi ilə hər hansı bir bağlılığı yoxdur. Çünki Vəkillər Kollegiyasında aparılan intizam icraatı əmələ məhz etik çərçivədən qiymət verməyə yönəlir ki, bu da öz növbəsində etik qaydada olan məsuliyyətin cinayət, yaxud digər məsuliyyətlərə təsir edəcək bir gücdə olmaması deməkdir. Odur ki, barəsində intizam icraatı aparılan vəkillə bağlı hansısa qurum tərəfindən cinayət işinin aparılması, hətta sözügedən cinayət işi araşdırılan intizam işində olan əməllərlə bağlı olsa belə, intizam icraatının araşdırılmasına, rəy verilməsinə və həmin rəyə əsasən onun barəsində VK RH tərəfindən müvafiq qərar qəbul edilməsinə maneə deyildir və qeyd olunanlar heç bir halda vəkilin peşə məsuliyyətinə cəlb olunmasını istisna edən halı təşkil etmir.

Vəkil Elçin Sadıqovun göstərilən xüsusatları yaxşı bildiyi halda cəmiyyətə və KİV-də Vəkillər Kollegiyasının qanunla tənzimlənən fəaliyyəti olan intizam icraatının güya əsassız və qanunsuz aparılması barədə tamamilə yanlış, qərəzli və əsassız fikirlər bildirməsi təəssüf hissi doğurur. Ehtimal olunur ki, Elçin Sadıqov bunu özünü müdafiə etmək və cəmiyyətdə onun “təqib qurbanı” obrazının formalaşması məqsədilə etmişdir.

Həmçinin, bəzi kütləvi informasiya vasitələrində vəkil Elçin Sadıqovun bəyanatına istinadən Eynulla Fətullayevin məsələ ilə bağlı maraqlı olmayan şəxs kimi çıxış etməsi və bu səbəbdən Vəkillər Kollegiyasının həmin müraciəti araşdırmaqdan imtina etməli olması ilə əlaqədar yazılar dərc olunmuşdur. Bunlara münasibətdə bildirmək istərdik ki, əvvəla, Rəyasət Heyətinin vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə müvafiq qərarı mövcuddur. Digər tərəfdən, hər bir fiziki və hüquqi şəxs onlarla birbaşa əlaqəli olmasa belə, vəkillərin peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar davranışlarında yol verdikləri pozuntu halları ilə bağlı Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər. Vəkillər Kollegiyasının təcrübəsində də indiyədək belə qəbildən olan müraciətlərin araşdırılaraq müvafiq qərarların qəbul edilməsi halları olmuşdur.

Bunlardan başqa, vəkil Elçin Sadıqov İntizam Komissiyasının və Rəyasət Heyətinin iclaslarında iştirak etməsi üçün dəfələrlə lazımı qaydada məlumatlandırılmışdır. Amma buna baxmayaraq o, heç bir iclasda iştirak etməmişdir. Xüsusilə vurğulamaq istərdik ki, İntizam Komissiyasının müvafiq iclası ilə bağlı bildirişin mətni Elçin Sadıqov tərəfindən sosial şəbəkədə dərc edilmişdir. Bu da onun lazımi qaydada məlumatlandırıldığını və iclaslar barədə məlumatlı olmasını bir daha təsdiq edir.

Habelə, bildirmək istərdik ki, VKRH-nin sözügedən qərarı ilə vəkil E.Ə.Sadıqova 06.07.2023-cü il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan bütün işləri yekunlaşdırmağa icazə verilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna görə vəkilin Kollegiya üzvlüyünə xitam verilməsi ölkədaxili məhkəmənin araşdırmasına və səlahiyyətinə daxildir. Bu səbəbdən hər bir maraqlı şəxs tərəfindən məsələ ilə bağlı məlumatlar paylaşılarkən dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan və təhrif olunmuş xəbərlərin yayılmasından çəkinilməlidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ