Tuareqlər Əlcəzair, Mali, Nigeriya arasındakı geniş bölgədə məskən salan ən çoxsaylı, döyüşkən, eyni zamanda matriarxat xaldırlar. Burada qadın həyatda aparıcı qüvvə olduğu kimi, son söz də onundur. Qəbilədə bütün əsas işlərini zərif cinsdən olanlar görür, dünyaya gələn uşaqlar da ananın soyadını daşıyır. Ailə həyatı qurmağa gələndə nikah qızların istəyi əsasında olur. Daha bir maraqlı cəhət odur ki, oğlan tuareq qızla evlənmək istəyəndə mütləq ona sevgi şeirini həsr etməlidir. Şeir xanımın xoşuna gəlsə, oğlana ərə getməyə razılıq verir. Şeirsiz subaylığın daşını atmaq burada qeyri-mümkündür.
İndi bəziləri elə düşünərlər ki, tuareqli kişilər arvaddan qorxurlar. Əksinə, onlar bütün Afrikada ən cəsur, amansız, döyüşkən insan olaraq yaxşı ad qoymuşlar. Matriarxat isə bu xalq üçün ululardan qalma adətdir, ona əməl etməyi müqəddəslik sayırlar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü