Cümə axşamı günü, 10 sentyabr 2026
     

İki qardaşın şəhid olduğu cəmi 3-4 ailə var - Xatirə Kitabı və “Bakı-Xəbər” Cavid və Çingizin xatirəsini belə əbədiləşdirdi... - FOTO

Image


“Şəhid atası olmaq ağırdır, çox ağırdır. Dözmək olmur. Mənim iki şəhid oğlum, minlərlə şəhid oğullarım, qazilərimiz özlərini düşmənin üstünə atıb torpaqlarımızı işğaldan azad etdilər. Mənim oğlanlarım Cavid və Çingiz Vətən uğrunda şəhid olublar. Nə qədər ağır olsa da, bu bizi qürurlandırır”.

Bu fikirləri iyulun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının AMEA-nın Milli Elm Kitabxanasında  “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi “Şəhid qardaşlar” kitabının təqdimat mərasimində şəhid qardaşlar Cavid və Çingizin atası İlham Məmmədov bildirdi.

Şəhid balalarının adına, döyüş yoluna həsr edilən kitabın Məmmədovlar ailəsi üçün böyük təsəlli olduğunu vurğulayan İ.Məmmədov “Şəhid qardaşlar” kitabını ərsəyə gətirənlərə öz təşəkkürünü bildirdi...

Bu dünyada ən yüksək trubunada söz demək haqqına şəhid atası, şəhid anası malik olduğu üçün yazıya İlham atanın ürək sızladan sözləri ilə körpü saldıq. İlham ata dedi ki, şəhid balaları onların canının yarısını alıb özləri ilə aparıb.

  • “Hər birimizin vəzifəmiz şəhid ailələrinin yanında olmaqdır”

“Şəhid qardaşlar” kitabının təqdimat mərasimini açan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid əvvəlcə Xatirə Kitabı Redaksiyasının yaranma tarixinə, fəaliyyətinə, missiyasına diqqət yetirdi. R.Məcid qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabının məram və məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsini əbədiləşdirməkdir. O qeyd etdi ki, redaksiya indiyə qədər İkinci Dünya müharibəsində həlak olan azərbaycanlılardan tutmuş regional və lokal müharibələrdə həyatını itirən, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan, habelə Birinci Qarabağ müharibəsi dövründə itkin düşən  və girov götürülən vətəndaşlarımızla bağlı sənədlər əsasında çox vacib əhəmiyyətli nəşrlər hazırlayır.

R.Məcid əlavə etdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında ərsəyə gələn “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən növbəti kitab - “Şəhid qardaşlar” nəşri çox təqdirəlayiqdir.  “Hər birimizin vəzifəmiz şəhid ailələrinin yanında olmaqdır və onlara dəstək göstərməkdir”-deyə MŞ sədri qeyd etdi.

  • “Qanla yazılanları heç nə ilə pozmaq olmur...”

Kitabın müəllifi və tədbirin aparıcısı Rəfail Tağızadə çıxışında “şəhidlər bizim üçün o qədər doğma, o qədər əziz insanlardır ki, onlar haqda nə qədər yazılsa azdır. Çünki şəhidlərin özlərinin yazdıqlarının yanında bu yazılanlar çox cüzi görünür. Qanla yazılanları heç nə ilə pozmaq olmur. Şəhidlər torpağı qanla suvararaq onu bizim üçün vətən etdilər. Son 200 illik tariximizdə heç zaman qazanmadığımız qələbəni bizə qazandırdılar”-deyə bildirdi.

Sonra R.Tağızadə sözü Mədəniyyət Nazirliyinin təmsilçisi Kəmalə Əlyarovaya verdi. K.Əlyarova çıxışında  “Xatirə Kitabı” Redaksiyasının fəaliyyətinə toxundu və “Şəhid qardaşlar” kitabını təqdir etdiyini bildirdi: “Cavid və Çingiz Məmmədovların timsalında bütün şəhidlərin qəhrəmanlığının ifadəsi verilib. Biz onların arxasında gözüyaşlı qalan atalarını, analarını, həyat yoldaşlarını, övladlarını oxucuya çatdırmaq istəyirik. Doğma Qarabağın düşməndən azad edilməsində onların qəhrəmanlığı misilsizdir və bu kitabda onların ömür və döyüş yolu ifadə olunub”.

Cavid və Çingiz Məmmədovlar cəbhəni yarıb ordumuza yol açan oğullardan olublar. Çingiz döyüşün qızğın vaxtında qardaşının şəhidlik xəbərini alsa da, komandirinin “geri qayıt qardaşının dəfn mərasimində iştirak et” çağırışına “Vətən sağ olsun” cavabını verib, qardaşının və vətənimizin qisasını almaq üçün irəliyə gedib... 

  • “Ölkəmizdə iki oğlunu şəhid verən dörd ailə var”

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova da çıxışında “Şəhid qardaşlar” kitabını ərsəyə gətirənlərə təşəkkür edərək bildirdi ki, Müdafiə Nazirliyi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsinə çox ciddi əhəmiyyət verir. Təmsil etdiyi nazirliyin daim şəhid ailələri ilə təmasda olduğunu və onlara hər zaman qayğı göstərdiyini qeyd edən Z.Səmədova “Ölkəmizdə iki oğlunu şəhid verən dörd ailə var. Bu ailələrdən biri Məmmədovlar ailəsidir ki, “Şəhid qardaşlar” kitabı onların övladlarına həsr edilib. Digər iki qardaş şəhidlər barədə də kitabların yazılmasını vacib hesab edirik”-deyə bildirdi.

  • “Şəhidlərimizin adlarının əbədiləşdirilməsi işinə bizim də bir qatqımız olubsa, nə xoş bizə...”

Layihənin tərəfdaşı olan “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də çıxışında  bildirdi ki, Respublika “Xatirə Kitabı”nın zəhmətkeş kollektivi ilə əməkdaşlıqdan məmnunluq duyur. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsində təmsil etdiyi qəzetin də qatqısının olduğundan qürur duyduğunu deyən A.Quliyev “Şəhidlərimizin adlarının əbədiləşdirilməsi işinə bizim də bir qatqımız olubsa, nə xoş bizə. Cavid və Çingiz qardaşlarının qəhrəmalığı gələcək nəsillər üçün bir örnəkdir. Nəzakət xanımın rəhbərlik etdiyi redaksiya çox vacib iş görür. Şəhidlərə həsr edilən kitablar çap edir. Nəzakət xanım bu layihə ilə bağlı mənə müraciət edəndə bunu çox böyük məmnunluqla qarşıladım. İndiyə qədər layihə çərçivəsində 10-a yaxın kitab çap olunub və bu kitabların da hər birinin materialları ilkin olaraq “Bakı-Xəbər” qəzetində çap olunub. Şəhidlərə həsr olunan kitablar Nəzakət xanımın şəxsi təşəbbüsü ilə meydana çıxır ”-deyən A.Quliyev qeyd etdi ki, “Şəhid qardaşlar” kitabı Xatirə Kitabı ilə birgə əməkdaşlığın hələ ki, son örnəyidir və bundan sonra da yeni kitablar yazılacaq, oxucular bu kitabın ilkin səhifələrini “Bakı-Xəbər”dən oxuyacaq. O, həmçinin vurğuladı ki, hər birimiz şəhid alələrinə yaxından dəstək göstərməliyik, onların yanlarında olduqlarını hiss etdirməliyik.

  • “Biz Çingizin nəşini üç aydan sonra tapdıq...”

Şəhidlərin yaxın qohumu Cümşüd İrzaquliyev də bu kitabın nəşr edilməsinə görə Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, layihə rəhbəri Nəzakət Məmmədovaya, “Bakı-Xəbər” qəzetinin  baş redaktoru Aydın Quliyevə, kitabın müəllifi Rəfail Tağızadəyə təşəkkür etdi. “Mən Cavid və Çingizlə bağlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Faya və İlham Cavid və Çingizi çox çətinliklə böyüdüblər, uzun illər kiçik daxmada yaşayıblar, amma belə igid oğullar yetişdiriblər. Fikir vermişəm, bütün şəhidlər çətinliklə böyüdülən uşaqlar olub.  Qəhrəmanlıq təsadüfi hal deyil, bu onların uşaqlıqdan canında-qanında olur. Cavid şəhid olanda Çingiz ön cəbhədə döyüşürdü, komandirinin israrlarına baxmayaraq geri dönmədi...O da şəhid oldu. Biz Çingizin nəşini üç aydan sonra tapdıq. Belə kitablar şəhid ailələrinə təsəllidir. Amma mən onlarla çox görüşmüşəm, şəhid ailələrinə təsəlli vermək yox, onların yanlarında olmaq lazımdır”-deyə o bildirdi.

Respublika Veteranlar Şurasının üzvü Rasim Məmmədov da çıxışında görülən işləri təqdir etdi və bildirdi ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etməlidir.

Yazar Təranə Məmməd şəhidlərin qəhrəmanlığından, torpağımız uğrunda canlarını fəda etdiklərindən danışdı. O qeyd etdi ki, Xatirə Kitabı bu nəşrlərlə qəhrəman şəhidlərimizə bir abidə qoyur. Əməkdar artist Azad Şükürov da bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların hamısı qəhrəmandır. “Şəhidlərimiz və qazilər bizim ürəyimizin başındadır”-deyən əməkdar artistin sözlərinə görə, “torpaq uğrunda vuruşanları, şəhid olanları heç zaman unutmayacaq. Cavid və Çingiz qardaşları bu torpaq uğrunda şəhid olduqları üçün hər zaman yaşayacaqlar”-deyə bildirdi.

Filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə, vətənpərvər mahnılar müəllifi Şahin Musaoğlu, professor Maarifə Hacıyeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Əkbər Rüstəmov, şairə Adilə Nəzər kapitan Taleh Əliyev də çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanların ruhlarının əziz tutulduğunu və şəhidlərin əbədiyaşar olduğunu qeyd etdilər.

  • “Nəzakət xanım çox məsuliyyətli missiyanı öz üzərinə götürüb”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi Zülfyyə Eldarqızı da çıxışında N.Məmmədovanın rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən danışdı. Bildirdi ki, Nəzakət xanım bu ağır və məsuliyyətli vəzifəni çox böyük şərəflə daşıyır: “Nəzakət xanım çox məsuliyyətli missiyanı öz üzərinə götürüb və onu çox mətanətlə, əzmlə daşıyır. Bəzən öz-özümə sual verirəm ki, Nəzakət xanım bunlara necə dözür? Bu kitabın ilk təqdimatı şəhidlərin doğulduğu Şəmkirdə oldu. Biz də təqdimatda iştirak etdik, şəhidlərin ailəsi ilə tanış olduq...Cavid və Çingizin adları heç zaman tarixdən silinməyəcək, bu cür kitablarda yaşayacaq”.

Z.Eldarqızı həmçinin şəhid Cavid və Çingizə həsr olunan şeirləri ifa etdi.      

Sonra "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından şəhid Əmrah Abışova həsr olunmuş “Vətən daşı..." sənədli filminin təqdimatı oldu. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur.

  • “Allahdan bir arzum var ki, sonuncu şəhidin də adını yazaq və redaksiya öz müqəddəs missiyasını yekunlaşdırıb tarixə ötürsün”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova sonda çıxış edərək “Bu gün bizim gördüyümüz bu iş o ailəyə kiçik təsəlli olsa da, gələcək nəsillər üçün bir örnəkdir. 20 ildən çoxdur ki, çalışdığım bu kollektivdə minlərlə şəhidimizin xatirəsi əbədiləşdirilir”-deyə bildirdi.

N.Məmmədova dedi ki, hər şəhid bir fərddir və onların hər biri barədə daha geniş yazılmalıdır. Şəhidlər haqda ayrıca kitablar hazırlanması layihəsi ilə bağlı “Bakı-Xəbər”in tərəfdaşlıq jestini yüksək qiymətləndirən N.Məmmədova buna görə A.Quliyevə minnətdarlıq etdi. “Biz onsuz da Xatirə Kitabını davam etdiririk, hər şəhid haqqında ensiklopedik məlumatlar toplanır və gələcək nəsillər üçün arxivə çevrilir. Yeganə məlumat bankı olaraq biz həmişə bunun keşiyindəyik. Bu öz yerində. Eyni zamanda bizə bu zəfəri yaşadan nümunəvi qəhrəmanlarımız haqda ayrıca kitabların yazılması ürəyimdən keçirdi və bunun üçün müxtəlf KİV-lərə müraciət etdim, amma mənə “Bakı-Xəbər” qəzeti dəstək oldu. İl boyu qəzetin böyük bir səhifəsi bizim ixtiyarımızda olur. Sonra o yazıları kitab halına salırıq. Vətən uğrunda ölüm həyatın davamıdır. Şəhidlərimizin ruhu şaddır, çünki onlar ölməzliyə qovuşublar. Allah qazilərimizə də can sağlığı versin. Mən özüm üç zabit anasıyam. Mənim də övladım 44 günlük müharibədə döyüşdü. Hansı streslər keçirmişəm, bir ana kimi onu özüm bilirəm. Bu kitaba 1993-cü ildən başlamışıq. Allahdan bir arzum var ki, sonuncu şəhidin də adını yazaq və redaksiya öz müqəddəs missiyasını yekunlaşdırıb tarixə ötürsün, şəhidlər haqda çəkməyə başladığımız bu filmlər də yarımçıq qalmasın. Çünki hər şəhid ailəsi təsəlli kimi bu filmi bizdən gözləyir. Nə qədər bacaracağıqsa bu işi yürüdəcəyik”-deyən N.Məmmədova tədbir iştirakçılarına təşəkkür etdi.

Hər şəhid Vətənin bir parçasıdır, hər şəhidin ruhu Vətənin müdafiəçisidir. Bizlər gəldi-gedərik, Vətənin yaddaşında Cavid kimi, Çingiz kimi oğullar yaşayacaq, onların vətənimizin suverenliyinin bərpası uğrunda yazdıqları qəhrəmanlıq epopeyası əbədi qalacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

10.09.2026 / 15:45
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:42
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılcaq...

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

XƏBƏR ARXİVİ