Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı bir sıra məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq.
Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir. “Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir”, - deyə Rasim İsmayılov vurğulayıb.
Mətləb