Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında maraqlı bir məqama toxunub. O qeyd edib ki, Azərbaycan aktiv zəlzələ bölgəsində - Alp-Himalay seysmik qurşağında yerləşir. Ona görə də burada mütəmadi olaraq təkanlar olur. Gecə baş verən zəlzələnin heç bir qorxusu yoxdur, çünki ocağı çox dərində yerləşir.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında zəlzələ ocaqları Xəzərdə yerləşdiyindən çox dərində olur. Ocağı 65 kilometr dərinlikdə yerləşən zəlzələ yer üzərində, yaşayış məntəqələrində elə bir fəsadlar törədə bilməz.
Mətləb