Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakı Mühəndislik Universitetində “Məzun günü” qeyd olundu - FOTO

Image


Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirilib. Universitetin professor-müəllim heyəti, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov əlamətdar gün münasibətlə məzunlara ən səmimi təbriklərini çatdırıb.

Rektor gənclərin ölkəmizin hərtərəfli inkişafında, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yaxından və fəal iştirakının təmin edilməsi, həmçinin gənc kadrlara yüksək etimad göstərilməsi istiqamətində Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, əməyi və sonsuz xidmətlərindən danışıb. Dövlət siyasətinin prioritet xəttini təşkil edən, ölkənin ümumi inişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsil sahəsinin daim diqqət mərkəzində dayandığını, bu sahədə mövcud sürətli, dinamik inkişafı vurğulayan Havar Məmmədov əlavə edib ki, aparılan ardıcıl islahatlar, qəbul olunan müxtəlif dövlət proqramlarının müvəffəqiyyətlə gerçəkləşdirilməsi yüksəkixtisaslı kadr hazırlığını təmin etməklə sosial-iqtisadi, elmi və mədəni tərəqqiyə böyük töhfələr verir.

Təhsilin sürətli inkişafı fonunda BMU-da keyfiyyətli, dövrün tələblərinə uyğun peşəkar kadr hazırlığı üçün görülən işləri, o cümlədən maddi-texniki bazanın daha da gücləndirilməsi, təhsil proqramlarının təkmilləşdirilməsi və müasirləşdirilməsi yönündə atılan addlmları nəzərə çatdıran Havar Məmmədov bildirib ki, ingilis dilində tədrisin üstünlük təşkil etdiyi universitetdə 4 fakültə, 21 kafedrada 37 ixtisas üzrə bakalavr təhsili, 19 ixtisas və 33 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

Rektor 2022/2023-cü tədris ilində ali təhsil ocağından 1494 tələbənin məzun olduğunu, onlardan 1250 nəfərin bakalavriat, 244 nəfərin magistratura səviyyəsi üzrə, eyni zamanda bakalavriat pilləsi üzrə 74, magistratura pilləsi üzrə isə 31 tələbənin fərqlənmə ilə təhsilini başa vurduğunu qeyd edib. BMU-da 26 fərqli ölkədən 86 əcnəbi tələbənin təhsil aldığını deyən Havar Məmmədov BMU ilə Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini, proqramın yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün böyük imkanlar açdığını bildirib.

Sonda ən xoş arzularını dilə gətirən Havar Məmmədov BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrindən, ən qabaqcıl, aparıcı şirkətlərindən gələn qürurverici xoş soraqları, uğurlarına da toxunaraq, bu şərəfli missiyanın yeni məzunlar tərəfindən də davam etdirləcəyinə, ali təhsil ocağının adını hər zaman daha da ucaldacaqlarına əminliyini bildirib.

Builki məzun buraxılışının əlamətdar bir tarixə, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etdiyini önə çəkən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini, BMU Himayəçilər Şurasının sədri, İdris İsayev məzunların bir qisminin elmi fəaliyyət, digər qisminin isə iqtisadiyyatın müxtəlif sahələrində əmək fəaliyyətinə qoşulacaqlarını deyərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir təhsil strategiyasının uğurlu nəticələrindən danışan, ölkənin təhsil siyasətinin vacib məqamlarını vurğulayan nazir müavini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 17 istiqamət üzrə 4-cü yerdə keyfiyyətli təhsilin yer aldığını, eyni zamanda bütün dünyada cəmiyyətin inkişafının təkanverici qüvvəsi sayılan təhsildə bilik, bacarıq və səriştənin öndə gəldiyini qeyd edib. Azərbaycanda da 5 prioritet istiqamətlərdən birinin məhz təhsil, insan kapitalının formalaşdırılması ilə bağlı olduğuna diqqət çəkən İdris İsayev əlavə edib ki, 2022/2023-cü tədris ilində ölkənin ali təhsil müəssisələrindən 46 minə yaxın tələbə məzun olur.

Nazir müavini ölkəmizdə ali təhsil müəssisələrinin əhatəliliyinin artırılması, təhsilə əlçatanlığın təmin olunması üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edildiyini, dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artımın gözlənildiyini, bu gün bakalavr pilləsi üzrə təxminən 53-54 min tələbə qəbulu həyata keçirildiyi halda, 2026-cı ildə bu sayın 75 minə çatdırılacağının hədəfləndiyini bidirib. Nazir müavini əlavə edib ki, əgər 4-5 il öncə dövlət sifarişi əsasında təxminən 15 min tələbə qəbulu həyata keçirilirdisə, bu gün onların sayı təsdiqlənən qəbul planına görə 33 mindən artıqdır. İdris İsayev, həmçinin hər il ödənişli təhsil alan, xüsusilə həssas qrupa aid olan 18 min tələbənin təhsil haqqının dövlət vəsaiti hesabına ödənildiyinə, 20 minə yaxın tələbənin təhsil tələbə krediti sistemindən istifadə etdiyinə diqqət çəkib.

Ümummilli lider Heydər Əliyevin xaricdə yüksəkixtisaslı kadr hazırlığı siyasətinin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük müvəffəqiyyətlə davam etdirildiyini bildirən İdris İsayev istedadlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradan təhsil proqramlarını qeyd edib. Hər il 400-ə yaxın tələbənin ali təhsilin bakalavr-magistratura pilləsi üzrə xarici təhsil müəssisələrinə göndərildiyini deyən nazir müavini ölkə daxilində də ali təhsil ocaqlarının kadr potensialının gücləndiirilməsinə diqqət yetirildiyini bu sırada BMU və Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramının uğurla icra edildiyini bildirib.

Məzunları təbrik edən millət vəkili Aydın Hüseynov Azərbaycan gəncliyi üçün ölkədə yaradılan hərtərəfli imkanlardan, onların ölkənin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsindən söz açıb. Qlobal çağırışlar və tendensiyalar fonunda meydana gələn Dördüncü Sənaye İnqilabında ölkənin yüksək təhsilli kadr potensialının gücləndirilməsinin zəruriliyinə diqqət çəkən millət vəkili bu prosesdə gənc mühəndislər olaraq BMU məzunlarının da böyük payının olacağına əminliyini bildirib.

Millət vəkili Naqif Həmzəyev məzunların böyük Zəfər qazanmış, qalib ölkənin vətəndaşları kimi həyatlarının ən maraqlı, eyni zamanda məsuliyyətli dövrünə qədəm qoyduqlarını söyləyib. Məzunların sürətlə dəyişən müasir çağırışlar kontekstində yalnız bir ali təhsillə kifayətlənməməsini önə çəkən millət vəkili onlara qazandıqları bilik və bacarıqları daim inkişaf etdirmələrini, dövlətin bu istiqamətdə yaratdığı hərtərəfli imkanlardan yararlanmağı tövsiyə edib. Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük bərpa-quruculuq işlərini vurğulayan Naqif Həmzəyev BMU məzunlarını işğaldan azad olunmuş ərazilərdə açılan iş yerlərində çalışmağa, bacarıqlı, səriştəli, müasir günümüzün çağırışları ilə ayaqlaşan yüksəkixtisaslı kadrlar kimi bu müqəddəs torpaqlara yenidən can verilməsi prosesinə qoşulmağa səsləyib.

Sonra müharibə iştirakçıları və şəhid ailəsi üzvləri olan BMU məzunları səhnəyə dəvət edilib, onlara hədiyyələr təqdim olunub.

Ardınca 2022-2023-cü tədris ili məzunlarından, ixtisas, fakültə və magistratura birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıblar. Mükafatları məzunlara rektor Havar Məmmədov, nazir müavini İdris İsayev, millət vəkilləri-Aydın Hüseynov, Naqif, Həmzeyəv, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Sadıqov və Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev tədqim ediblər.

2022-2023-cü tədris ilinin 99.17 balla universitet birincisi, Pedaqoji fakültənin Fizika müəllimliyi ixtisası üzrə məzunu Arzu Alxanova çıxış edərək universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini çatdırıb və gələcək planlarından danışıb.

Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və tanınmış müğənnilərin ifası, universitetin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ