Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər şəhər və rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyulun 18-dək yaşadıqları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Mətləb