Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qonşularımız Avropaya axışır, Azərbaycanın da vəziyyəti maraqlıdır...

Image


Aparılan araşdırmalar göstərir ki, münaqişə və müharibələr, çətin dolanışıq şəraiti, iqlim dəyişikliyi miqrasiya edənlərin sayını günü-gündən artırır. Miqrantların əksəriyyəti başqa ölkələrə pul qazanmaq üçün gedir.

“Globethics.net” platformasının prezidenti Valter Fust bildirib ki, Qərbi Avropaya köç edənlərin sayı daha çoxdur. Onun sözlərinə görə, 96 milyon miqrantın 72 faizi Əfqanıstan, Suriya, Ukrayna və başqa ölkələrdən gələnlərdir.

Miqrasiya məsələsinin dünyanın qlobal problemlərindən birinə çevrildiyini bildirən V.Fust bu problemin həllində inteqrasiyanın rolunu xüsusi qeyd edib. Miqrasiya məsələləri Azərbaycanda da yaxından izlənilir. Çünki həm ölkəmizdən gedənlərin, həm də ölkəyə gələnlərin sayında artım müşahidə olunur. Ümumiyyətlə, son illər Azərbaycandan əmək miqrasiyasının sürətlənməsi tez-tez gündəmə gəlir. Müstəqilliyin ilk dönəmlərində Rusiya, Ukrayna və digər ekssovet respublikaları azərbaycanlıların əsas miqrasiya yönü idi. Daha sonrakı illərdə Türkiyəyə işləməyə gedənlərin sayında daha çox artım gözə çarpdı. Son illərdə artıq Avropa ölkələri də Azərbaycan vətəndaşlarının əsas miqrasiya istiqamətlərindən birinə çevrilib. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Avropa İttifaqı ölkələrinə miqrasiyaya dair hesabatından aydın olur ki, azərbaycanlı miqrantlar Avropada daha çox Polşada məskunlaşıb. 2020-ci ilin statistik göstəricilərinə görə, həmin il 4 min 817 Azərbaycan vətəndaşı Avropa İttifaqı ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib. Azərbaycan vətəndaşlarına ən çox rəsmi yaşayış icazəsi verən ölkə Polşa olub. 2020-ci ildə Avropa İttifaqı ölkələrindən rəsmi yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının 30.4 faizi (1 469 nəfər) Polşada məskunlaşıb. Azərbaycan vətəndaşlarının ən çox rəsmi yaşayış icazəsi əldə etdiyi ikinci ölkə Almaniyadır. 2020-ci ildə Avropa İttifaqı ölkələrindən rəsmi yaşayış icazəsi alan azərbaycanlıların 23.6 faizi məhz bu ölkəyə üz tutub. Deməli, Avropa İttifaqı ölkələrindən rəsmi yaşamaq icazəsi alan azərbaycanlıların 54 faizi Polşa və Almaniyaya gedib. Hazırda Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı, “Azadlıq” radiosunun məlumatına görə, 13 min nəfəri aşıb. Bu göstəricilər yalnız rəsmi yaşayış icazəsi əldə edən şəxslərlə bağlıdır. Avropa ölkələrində, özəlliklə Polşada rəsmi yaşayış icazəsi olmadan da məskunlaşan çox sayda insan var. Polşaya gedən miqrantların sayca artması bu ölkədən Azərbaycana göndərilən pul köçürmələrinin də həcminə təsir göstərib. Mərkəzi Bankın açıqlamalarına görə, ötən il Polşadan Azərbaycana rəsmi pulköçürmə sistemləri ilə 3.8 milyon dollar köçürülüb. 2021-ci ildə bu rəqəm 2.6 milyon dollar idi. Deməli, təkcə son bir ildə Polşadan Azərbaycana pul köçürmələrinin həcmi 50 faizə yaxın artıb.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatı digər postsovet ölkələrini də əhatə edir. Açıqlanan rəqəmlərdən aydın olur ki, Cənubi Qafqaz ölkələrində Avropaya miqrasiyanın ən çox müşahidə edildiyi ölkə Gürcüstandır. Təxminən 4 milyona yaxın əhalisi olan ölkədə 2020-ci ildə Azərbaycanla müqayisədə təxminən altı dəfə çox - 29 mindən çox insan Avropa İttifaqı ölkələrində rəsmi yaşama izni alıb. Gürcülərin ən çox yaşayış icazəsi əldə etdikləri ölkə İtaliya olub. Həmin il Avropa İttifaqı ölkələrində məskunlaşan gürcülərin üçdə biri məhz bu ölkədən rəsmi yaşayış icazəsi alıb. İkinci yerdə Polşa gəlir. Avropa ölkələrindən yaşayış icazəsi alan gürcülərin 27 faizi bu ölkəyə üz tutub. Əhalisi Azərbaycanla müqayisədə təxminən üç dəfə az olan Ermənistandan da Avropa İttifaqı ölkələrindən rəsmi yaşayış icazəsi  alanların sayı Azərbaycandan çox olub. 2020-ci ildə Ermənistanın 5 min 514 vətəndaşı Avropa İttifaqı ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib. Bu, Azərbaycanla müqayisədə 15 faiz yüksək göstəricidir. Ermənilərin də Avropada ən çox rəsmi yaşayış icazəsi aldığı ölkə Polşa olub (22 faiz). Ermənistan vətəndaşlarına ən çox yaşayış icazəsi verən ikinci ölkə İspaniyadır (14 faiz).

Azərbaycan və Ermənistan vətəndaşları ilə yanaşı, Belarus, Ukrayna, Tacikistan, Türkmənistan və Özbəkistan vətəndaşlarına da Avropa İttifaqında ən çox Polşa rəsmi yaşayış icazəsi verib. Gürcüstan, Moldova, Rusiya və Qırğızıstan vətəndaşları isə ən çox İtaliyadan rəsmi yaşayış icazəsi ala bilib. Qazaxıstan vətəndaşlarına belə icazəni verən ölkə isə Çexiya Respublikasıdır.Azərbaycanda xarici miqrasiyanın artması vətəndaşlıqdan çıxanların sayına dair statistikada da əksini tapır. 2021-ci ildə 944 nəfər Azərbaycan vətəndaşlığından çıxıb. Bu göstərici 2020-ci ildə 561 nəfər idi. Deməli, bir il içində Azərbaycan vətəndaşlığından çıxanların sayı 68 faiz artıb. 2019-cu ildə Azərbaycan vətəndaşlığından çıxmaqla bağlı 449 müraciət qeydə alınmışdı. Vətəndaşlıqdan çıxanların sayına dair göstərici hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda qeyd edilmişdi. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ildə 350 nəfər Azərbaycan vətəndaşı Avropa İttifaqı ölkələrindən Azərbaycana geri qaytarılıb. Ötən il Azərbaycanın 52 min 570 vətəndaşı Avropa İttifaqına daxil olmaq üçün Şengen vizası almaq istəyib. Bu, pandemiya məhdudiyyətlərinin olduğu 2020 və 2021-ci illərlə müqayisədə kəskin artım deməkdir. Həmin illərdə hər il ortalama 13 min azərbaycanlı Şengen vizası üçün müraciət etmişdi. Ötən il viza müraciətləri artsa da, hələ pandemiyadan öncəki göstəricilər bərpa olmayıb. 2019-cu ildə Azərbaycanda 65 min Şengen müraciəti qeydə alınmışdı. Ötən il Azərbaycandan ən çox Şengen vizası müraciəti edilən ölkələr Fransa (13 min 847), Almaniya (13 min 324) və Macarıstan (6 min 969) səfirlikləri olub. Müraciətlərə ən çox imtina cavabını Macarıstan səfirliyi verib. Bu ölkəyə viza müraciətlərinin 15.7 faizi imtina ilə nəticələnib. Almaniya (9.4 faiz) və Fransa (7.9 faiz) da imtina payına görə ilk üçlükdədir. İmtinaların toplam müraciətlərdə ən az paya sahib olduğu ölkələrsə Avstriya (1.8 faiz), İtaliya (2 faiz) və İsveçrədir (2.7 faiz).

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ