Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvan quberniyasının həqiqi tarixi yaranma prosesi ermənipərəst vikipediya məlumatlarını ifşa edir...

Image


“İrəvanda izim qaldı” rubrikasında İrəvan quberniyası və onun əhalisinin etnik tərkibi barədə danışmaq istəyirik. İrəvan quberniyasının əsas əhali tərkibi Azərbaycan türklərindən ibarət olsa da, təəssüf ki, ermənibaşlar yenə də təhriflə məşğul olub.

İrəvan quberniyası ilə bağlı Azərbaycan dilində tərtib edilən vikipediya məqaləsində ciddi təhrifə yol verilib, quberniya əhalisinin 53, 2 faizinin “ermənilər”dən, 37, 8 faizinin isə azərbaycanlılardan ibarət olduğu qeyd edilib. Əlbəttə, bu, cəfəngiyatdan başqa bir şey deyil. Ermənilər vikipediyada istədikləri təxribatçı məlumatları yerləşdirib qarışıqlıq yaradırlar. Onu da deməliyik ki, Azərbaycanın aidiyyəti elmi-tədqiqat institutları bu məsələni diqqətdə saxlamalı, oxucuları daim dəqiq məlumatlarla təmin etməlidirlər. Amma heyf ki, bizim bir çox tarixçilər hələ də mürgüləyirlər...

Bildirək ki, İrəvan xanlığı və Naxçıvan xanlıqlarını əhatə edən bu quberniyanın yaranması birbaşa istilaçı çar Rusiyası ilə bağlıdır.

Dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabında vurğulanır ki, sözügedən nəşrdə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindən çar I Nikolayın 1849-cu il 9 iyun tarixli fərmanı ilə yeni inzibati-ərazi vahidi kimi təşkil edilmiş İrəvan quberniyasının tarixi 1850-ci ildən 1917-ci ilədək öyrənilib. Dövrün rusdilli mənbələri əsasında quberniyanın əvvəlcə 5, sonradan 7-yə çatdırılan qəzaları, İrəvan, Naxçıvan, Ordubad (1867-ci ildə ləğv olunub), Sürməli, Şərur-Dərələyəz, Üçmüəzzin (Eçmiədzin), Gümrü (Aleksandropol), Yeni-Bayazid qəzalarına köçürülmələrdən (əsasən ermənilər) sonra hər bir qəza əhalisinin say dinamikası və etnik tərkibi üzə çıxarılıb. Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələr əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut edib. Burada həmçinin vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatlar yer alıb.

F.Əliyev, U.Həsənov “İrəvan xanlığı”kitabında qeyd edilir: “1826-cı ildə Rusiya ilə İran (əslində Qacarlar dövləti-İ.S) arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi. Qafqazda hərbi əməliyyat aparan rus qoşunlarının baş komandanı İ.F.Paskeviç, hələ müharibə başa çatmamış, 1827-ci il oktyabrın 6-da İrəvanda “müvəqqəti idarə” təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general – leytenant Krakovski (sədr), N. Aştaraketsi və İrəvan qalasının komendatı podpolkovnik Borodin. Türkmənçay müqaviləsi (1828-ci il, 10 fevral) bağlandıqdan sonra, Naxçıvan və İrəvan xanlıqlarının idarəçiliyi dəyişdirildi. Çar I Nikolayın (1825-1855-ci illər) sərəncamı ilə (1828-ci il, 21 mart) həmin xanlıqlar əsasında “Erməni vilayəti” adlı müvəqqəti inzibati – idarə yarandı. Göründüyü kimi Rusiya hakimiyyəti dövründə də bu torpaqlar Ermənistan deyil, “Erməni vilayəti” adlandırılmışdı. Vilayət idarəsi vilayət rəisindən, iki rus müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan (iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, digəri erməni icmasından idi. Çar hökümətinin tarixi Azərbaycan torpaqları əsasında “Erməni vilayəti” yaratması ilə I Pyotrdan başlayaraq ermənipərəst siyasətin həyata keçirildiyi təsdiq olunurdu. “Erməni vilayəti” iki əyalətdən – İrəvan və Naxçıvan əyalətlərindən ibarət idi. Çarizmin və onunla əlbir olan ermənilərin Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan bölgələrini “Erməni vilayəti” kimi qələmə verməsini təkzibedilməz tarixi faktlar rədd edir. Çünki çar Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə kütləvi surətdə köçürməsindən əvvəl, sonradan “Erməni vilayəti” adlandırılan ərazinin əhalisi 107224 nəfər idi. Əhalinin 76.24% -ni azərbaycanlılar, 23.45% -ni ermənilər təşkil edirdi. Azərbaycanlıların əhalinin etnik tərkibində bu cür üstünlüyü təşkil etməsi həmin torpaqların tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edən inkaredilməz faktdır. 1826-1828-ci illər Rusiya – İran müharibəsi dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçürülməsi nəticəsində əhalinin etnik tərkibi dəyişdi. Fransız mənşəli rus tədqiqatçısı İ.İ.Şopenin 1829-1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirinin nəticələrinə görə, artıq burada 31201ailə, 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 16078 ailə (51.53%), 81749 nəfər (49.71%) müsəlmanlar (azərbaycanlılar); 4428 ailə (14.19%) 25151 nəfər (15.29% köçürməyədək burada yaşayan ermənilər; 6949 ailə (22.27%), 35560 nəfər (21.62%) İrandan köçürülmüş ermənilər; 3682 ailə (11.80%), 21666 nəfər (13.17%) Türkiyədən köçürülmüş ermənilər idi. Bu faktlardan aydın olduğu kimi vilayətə İran və Türkiyədən birgə 10631 ailə (bütün ailələrin 34.07%-i), 57226 nəfər (34.79%) erməni köçürülmüşdü. Belə bir vəziyyət İrəvan şəhərində də müşahidə edilirdi. Rusiyanın İrəvanı işğal etdiyi dövrdə burada 1807 azərbaycanlı ailəsi, yaxud 7331 nəfər (3749 kişi, 3582 qadın), 567 erməni ailəsi, yaxud 2369 nəfər (1220 kişi, 1149 qadın) qeydə alınmışdı. O zaman İrəvanın 9700 nəfərlik əhalisinin 75.6% -i azərbaycanlı, 24.4% -i erməni idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı İrəvan şəhərində də artdı. 1829-1832-ci illərdə həyata keçirilən kameral təsvirə görə İrəvan şəhərinə İrandan 366 erməni ailəsi, yaxud 1715 nəfər (903 qadın, 812 kişi), Türkiyədən 11 ailə, yaxud 48 nəfər (25 kişi, 23 qadın) köçürülmüşdü. Bu köçürmə nəticəsində İrəvan şəhəri əhalisinin sayı ermənilərin hesabına artaraq 11463 nəfərə çatmışdı. Nəticədə azərbaycanlıların sayı 64% -ə enmiş, ermənilərin sayı isə 36%-ə qalxmışdı. Bu siyasət sonralar da davam etdirilmişdi. Beləliklə, çar hökuməti Şimali Azərbaycanın işğalı zamanı ermənilərin çar ordusuna göstərdiyi “xidmət” müqabilində onlara işğal olunmuş Azərbaycan torpaqlarında Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” adlandırılan ərazini “bəxşiş” verdi. Bununla ermənilər çar Rusiyasının himayəsi və köməyi ilə Cənubi Qafqazda özlərinə ərazi bazası yaratdılar. Bundan sonra ermənilər çar Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində fəal rol oynadılar. Çar höküməti Cənubi Qafqazın işğalını və burada möhkəmlənməklə bağlı siyasətini həyata keçirdikdən sonra 1840- ci il 10 aprel qanunu ilə “Erməni vilayəti”ni ləğv etdi. İrəvan və Naxçıvan əyalətləri qəzalara çevrildi”.

Müəlliflər daha sonra qeyd edirlər ki, Çar I Nikolayın fərmanı ilə 1849 –cu il iyunun 9- da keçmiş “Erməni vilayəti” və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi inzibati ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmiədzin, Naxçıvan, Novobayazid, Şərur- Dərələyəz və Sürməli qəzalarına bölündü: “İrəvan quberniyasının ərazisi 23194.79 kv. Verst (1 verst = 1.0668 km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniyada 1120242 nəfər əhali yaşayırdı. Hər kv. Verstə 48.3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52.6%) kişi, 531117 nəfəri (47.4%) qadın, 1014868 nəfəri (90.6%) yerli sakinlər, 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi. Çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək siyasəti Türkmənçay müqaviləsindən sonra ardıcıl surətdə həyata keçirilmişdi. Ermənilərin İrəvan quberniyasına köçürülməsi 1877-1878-ci illər Rusiya –Türkiyə müharibəsi dövründə, XIX əsrin əvvəllərində də ardıcıl olaraq davam etdirilmişdi. Bütün bunlara baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il təqviminin məlumatına görə, 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi. Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı 5 şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin qalan hissəsi – 967683 nəfər (88,17%) isə qəzalarda, o cümlədən İrəvanda (154331nəfər), Naxçıvanda (122208), Sürməlidə (104791), Şərur – Dərələyəzdə (90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisinin 18,9%-ni (25044 nəfər), qəzaların əhalisinin isə 35,3% -ni (348538 nəfər), təşkil edirdi”.

Çar Rusiyasının fitnə-fəsadı sayəsində Azərbaycan torpaqları istila olundu, erməniyə, farsa peşkəş çəkildi, əhalimizə olmazın divan tutuldu. Çarizmin, bolşevizim, ermənizmin, farsizmin zülmlərini yaşadıq, amma bütün bunlara baxmayaraq, yenə də mübarizəmizi davam etdirdik. İrəvan Azərbaycanın tarixi torpağıdır və orada hər zaman etnik üstünlük Azərbaycan türklərində olub. Amma təəssüf ki, çar Rusiyasının və bolşevik Rusiyasının havadarlıq etdiyi ermənilər bu gün əzəli torpaqlarımızda gəzirlər...İnanırıq ki, bu müvəqqətidir və yenə də biz o yerlərə dönüb babalarımızın izləri ilə həyatımızı davam etdirəcəyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ