Cümə günü, 11 sentyabr 2026
     

“Bakı-Xəbər” və "Xatirə Kitabı" şəhid Məmmədov qardaşlarının xatirəsini belə əbədiləşdirdi... - FOTO

Image


Bir yay səhərində yola çıxdıq, yolumuz Şəmkirədir. Qəhrəmanlar diyarı Şəmkirə getməyimiz səbəbsiz deyil, 44 günlük Vətən savaşında ilk cəbhəni yaran oğullardan olan Cavid və Çingiz Məmmədov qardaşlarının ruhlarının işığını tutub yola çıxmışıq. 

Bu yoldan neçə-neçə şəhid karvanları keçib, cismi üçrəngli bayrağa sarılan, bədəni ana torpağa əmanət edilən, ruhu göylərə bülənd olan şəhidlərin arxasınca bu yollar ana kimi dualar pıçıldayıb...

Torpaqdı, anadı vətən,
Canlardan bahadı vətən,
Qeyrətli sonadı vətən,
Şəhidi doğan analar... 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin binasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının “Bakı-Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi “Şəhid qardaşlar” kitabının təqdimatına gedirik. Hər birimizin içində bir nisgil, bir ağrı var. Bizi şəhid anasının gözlərindəki dilsiz sualları gözləyir, şəhid balalarının yaşlı gözlərinə, boynubükük gəlinlərin solğun üzünə, şəhid atasının bükülmüş qamətinə baxmaq ağırlığını hiss edirik.

Şəmkir rayonunun Yeniabad kənd sakini İlham ata və Faya ananın ocağında böyüyən bir cüt oğul övladı Vətən uğrunda canlarını fəda edib elin, xalqın oğlu olmaq statusuna yiyələndilər.

Tanınmış şair-publisist, qiymətli ziyalı, qələmdaşımız Rəfail Tağızadənin yazdığı “Şəhid qardaşlar” kitabında şəhid gizirlər Cavid və Çingiz Məmmədov qardaşlarının ömrünün hər detalına diqqət yetirilir. Bəli, bu kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olmuş qardaşlar – Cavid və Çingiz Məmmədovların həyat, döyüş yolu və qəhrəmanlığından bəhs edir.

Yol boyu kitab əldən-ələ gəzir, oxuyuruq, şəhid qardaşların ömürlüyünü bir  daha vərəqləyirik... Kitabın səhifələrində Faya ananın, İlham atanın, Cavidin övladları Elcanın, Damlanın, Çingizdən yadigar qalan Elgiz və Uğurun qəmli baxışlarına gözlərimiz sataşır... Amma içimizdə bir işartı var - onlar çox məğrur, qürurlu dayanıblar...

Nəhayət, uzaq yolun damarını qırıb Şəmkirə yetişirik, Gənclər Evi sosial xidmət müəssisəsinin binasında bizi Cavid və Çingiz Məmmədovların ailəsi və başqa şəmkirli şəhidlərin valkideynləri, ailə üzvləri, onların müəllimləri, məktəblilər gözləyirdi. Gənclər Evinin tədbir keçirilən zalı Azərbaycan Bayrağına və şəhidlərin fotosuna bələnmişdi. Hər ananın əlində oğlunun şəkli vardı, analar şəhid balalarının şəkillərini kökslərinə sıxmışdılar. Analar gah ağlayır, gah da balalarının qəhrəmanlığından qürurla danışırdılar.

Azərbaycanın dövlət himni səsləndirdikdən və şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra “Şəhid qardaşlar” kitabının təqdimat mərasimini açan kitabın müəllifi Rəfail Tağızadə ilk sözü Şəmkir Rayon İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Aynur Abdullayevaya verdi. A.Abdullayeva çıxışında rayon rəhbərliyinin şəhid ailələrinə qayğı və diqqətindən danışdı, bildirdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür. A.Abdullayeva vurğuladı ki, bütün şəhidləri bir amal birləşdirir, onlar öz canlarını Vətəni yaşatmaq üçün fəda edirlər. “Birinci Qarabağ müharibəsi  və 44 günlük Vətən müharibəsi şəhidləri bizim babalarımız, atalarımız, qardaşlarımızdır. Hamsının ruhu qarşısında baş əyirik. Bu gün bura Rəfail Tağızadənin “Şəhid qardaşlar” kitabının təqdimatına yığışmışıq. Bu kitab əbədi yaşayan, ölməz Cavid və Çingiz Məmmədov qardaşlarına həsr edilib. Bütün şəhidlərimiz ölməzdir, əbədi yaşayır. Şəhidlik cənnətə malik olmaqdır”- deyə vurğulayan A.Abdullayeva vurğuladı ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid aillərinə və qazilərimizə qayğısını əsirgəmir. “Bizim də şəhid ailərinə xidmət göstərmək borcumuzdur. Çünki onlar bizim əminamanlığımız üçün canlarından keçiblər” - deyə bildirən icra başçısının müavini Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kitabın müəllifi Fəfail Tağızadəyə minnətdarlıq etdi. 

  • Nəzakət Məmmədova: “Hazırda təqdimatına yığışdığımız “Şəhid qardaşlar” kitabı bizim hələlik sonuncu kitabımız sayılır”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova isə çıxışında “Hər bir suala cavab var, təkcə şəhid anaları qarısında verilən suallara cavab tapılmır. Bu birmənaldır. Müharibə canlar alır. 44 günlük müharibədə böyük zəfər qazanmışıq, qələbə sevincini yaşamışıq. Təəssüf ki, müharibə qansız-qadasız, şəhidsiz olmur, bizim bu müharibədə üç mindən artıq şəhidimiz olub.

Mən Respublika Xatirə Kitabı haqda qısa məlumat vermək istəyirəm.  Respublika Xatirə Kitabı 1997-ci ildə ulu öndərin xeyir-duası ilə çap olunmağa başlayıb. Bu, 1941-1945-ci illərdə həlak olan soydaşlarımız haqqında toplu olmalı idi. Kitabın əsas məğzi bu idi. Çünki bütün MDB ölkələrində ümumiləşdirilmiş 1400 cildlik kitabın 20 cildi Azərbaycanın payına düşmüşdü. Bu kitablar İkinci Dünya müharibəsində həlak olanlarımız barədə olmalı idi. Lakin elə oldu ki, sonradan zorla cəlb edildiyimiz Qarabağ müharibəsində şəhid olanların adlarını da əbədiləşdirmək bizə düşdü. O vaxt bilirsiz ki, nizami ordumuz yox idi, biz təkcə kiçik, mənfur bir qonşu ilə müharibə aparmadıq, böyük bir imperiyanın başında duran bir ölkə ilə müharibə apardıq. Ona görə də bizim məğlubiyyətimiz danılmaz idi. Amma Birinci Qarabağ müharibəsində həlak olan 20 minə yaxın soydaşımızın adı Respublika Xatirə Kitabında əbədiləşdi. 2017-ci ildən bizə bir layihə də verdilər. Bilirsiz ki, kitablarda şəhid olanların adları vardı. Amma əsir, itkin və girovlarımızla bağlı məlumatlar Dövlət Komissiyası və onun İşçi Qrupu tərəfindən toplanırdı. Sonradan onun çapını da Xatirə Kitabına verdilər. Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yi hazırlanır. Kitabın birinci cil­dinin bir neçə rayonda təqdi­ma­t mərasimi keçirilib. Kitabda Vətən uğrunda həlak olmuş, “A-Ə” hərfləri üzrə adları sıralanmış şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində ikinci cild üzərində iş tamamlanmaq üzrədir”.

N.Məmmədova qeyd etdi ki, bu cildliklərdə artıq üç min şəhidimiz haqda tam məlumat əksini tapmaqdadır. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir.

“Qeyd etdiyim kimi, Xatirə Kitabı İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərlə bağlı dəqiq məlumat bankıdır. Ona görə də heç bir şəhid unudulmur, heç bir şəhid yaddan çıxmır. Şəhdilərin adlarının əbədiləşdirilməsi təkcə bugünümüz üçün deyil, gələcəyimiz üçündür. Bu nəşrlər gələcəyə bir yaddaş kitabçasıdır ki, bu oğulların vətən uğurunda canlarından necə keçdiklərini oxuyub öyrənsinlər. Şəhidlər haqda məlumatlardan əlavə, aldıqları medallar da dəqiqliyi ilə göstərilir. Yeni tarix olduğu üçün şəhidlərimiz haqda məlumat toplamaq o qədər çətin olmadı.

Bizim belə layihələrimiz çoxdur. 2017-ci ildə Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı “Bakı-Xəbər” qəzeti ilə birgə yeni bir la­yi­həyə başladı. Qərara alındı ki, “Şəhidlər ölməz, Vətən bölünməz!”  seriyasından hər şəhid üçün bir kitab yazılsın. Müxtəlif rayonlardan olan ayrı-ayrı şəhidlər haqda kitab yazılıb. İndiyə qədər bu layihə çərçivəsində 10-a yaxın kitabımız işıq üzü görüb. Hazırda təqdimatına yığışdığımız “Şəhid qardaşlar” kitabı bizim hələlik sonuncu kitabımız sayılır. Açığı, o vaxt bu layihə üçün mən bir neçə qəzetə müraciət etmişdim, müraciətimizə “Bakı-Xəbər” müsbət cavab verdi. İstəyirdim ki, kitab nəşr edilməmişdən əvvəl onun materialları qəzetdə çıxsın. Kitablarımızın materialları əvvəlcə müntəzəm olaraq “Bakı-Xəbər” qəzetində çap olunur, sonra kitab şəkilində nəşr olunur. Rəfail müəllimə təşəkkür edirəm, o bu işə çox ürəklə yanaşdı. Burada şəhidlərin ana-atası, həyat yoldaşları, balaları əyləşib. Bircə şəhid analarının qarşısında heç bir suala cavab tapmamışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allaha şükür ki, qanları yerdə qalmadı. Biz şəhidlərin qanı hesabına zəfər çalmışıq”-deyə N.Məmmədova qeyd etdi.

  • Rəfail Tağızadə: “Cavidlə Çingiz 44 günlük Vətən müharibəsində ilk cəbhəni yaranlardandır”

Kitabın müəllifi R.Tağızadə isə əlavə etdi ki, bu kitabın qəhrəmanları olan şəhid qardaşlar Qarabağ müharibəsində ik cəbhəni yaran qəhrəmanlardan olub və qəhrəmanlıqla şəhid olan Cavid Məmmədov dəfn olduqdan sonra qardaşı Çingiz Məmmədov şəhid olub. “Bu zala müxtəlif kateqoriyadan olan insanlar yığışıb, bəlkə də biz öz tədbirimizə bu qədər adam toplaya bilməzdik. Amma onlar hamısı bura şəhidlərə görə yığışıb. Şəhidlər bizim hamımızındır, onlar hər birimizin oğlumuzdur, atamızdır, əzizimizdir. Onlar torpaq üçün canlarını veriblər, bizə qələbə sevincini yaşadıblar, torpaqlarımızı geri qaytarıblar.

Nəzakət xanım bu kitabın yazılması ilə bağlı mənə etimad göstərdi, mən kitabı yazarkən şəhidlərimizin valideynləri, yaxınları, müəllimləri, onları tanıyanlarla söhbətlər etmişəm.

Cavidlə Çingiz 44 günlük Vətən müharibəsində ilk cəbhəni yaranlardandır, bizə qələbə yaşadanlardandı”-deyə müəllif vurğuladı.

  • Faya ana: “Sinəsini sipər edib vətənini qoruyan Çingizin, bir batalyonu minalanmış sahədən çıxaran Cavidin anasıyam, bütün şəhidlərin anasıyam...”    

“Şəmkir rayonu Yeniabad kəndinin iki şəhidinin anası kimi Xatirə kitabı redaksiyasının baş redaktoru Nəzakət xanıma və kitabın müəllifi Rəfail müəllimə təşəkkürümü bildirirəm. Belə kitablar biz şəhid analarına bir təsəllidir. İstərdim ki, bunların adları əbədiləşdirilsin, adları məktəblərə verilsin, gələcək nəsillər onları tanısın, adları tarix kitablarına yazılsın. Balalarımız Vətən yolunda canlarından keçdilər. Övladlarını, ata-analarını, ailələrini düşünmədən silaha sarılıb Vətən torpağını müdafiə etdilər. Mənim övladlarımın timsalında bütün şəhidlər qəhrəmandır. Cavidin dəfn günündə, oktyabrın 4-də “qələbəniz mübarək olsun” dedim. Biz qəhrəmanlar böyütdük. Onla evin oğlu kimi doğuldular, amma elin oğlu oldular. Qardaşının şəhidlik xəbərini eşidib, amma geri dönməyən, sinəsini sipər edib vətənini qoruyan Çingizin, bir batalyonu minalanmış sahədən çıxaran Cavidin anasıyam, bütün şəhidlərin anasıyam”. Bu sözləri isə iki balasını, iki gözünü Vətən uğrunda şəhid verən Faya ana dedi.

Tədbirdə Şəmkir rayon Yeniabad kənd R.Əliyev adına orta məktəbin müəlliməsi və şəhidlərin müəllimi Türkan Cəfərova da çıxış edərək bildirdi ki, o, məktəbə müəllim təyin ediləndə Cavid 10, Çingiz isə 8 – ci sinifdə oxuyurdu. Cavidin sakit təbiətli şagird olduğunu deyən Türkan müəllimə Cavidə “şokolad oğlan” deyirmiş. Çingizin isə çılğın, dəcəl olduğunu xatırlayan müəllimə bildirdi ki, Çingiz dərslərdən birində, “Qarabağı biz azad edəcəyik” deyib. Müəllimə şagirdlərin qəhrəmanlığı ilə öyündüyünü qeyd etdi.  

Məktəbin digər müəlliməsi Elza Hüseynova da şəhidlərin qəhrəmanlığından danışdı.

  • Zülfiyyə Eldarqızı: “Mən “Xatirə Kitabı” redaksiyasının kollektivinə bir təklif vermək istəyirəm...”

Tədbirə qonaq qismində qatılan sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı da çıxış etdi: “Bu tədbirdə şəhid ailələrini gördüm, onları yaxından duydum. Şəhidin həyat yoldaşı yanımda oturmuşdu, kitabı vərəqləyir və gözündən sel kimi göz yaşı gedir. Elə bir insan yoxdur ki, bu acını yaşamasın...Təsəllimiz odur ki, biz artıq o torpaqları almışıq, qalib bir ölkənin vətəndaşlarıyıq. Nəzakət xanım, sizə təşəkkür edirəm, Xatirə Kitabı çox böyük bir missiyanı öz üzərinə götürüb. Rəfael müəllim, siz bu kitabı necə yazmısınız? Hissiz-həyəcansız, göz yaşısız oxumaq olmur. Orada Faya ananın bir cümləsini oxudum: “Artıq mənə ana deyən olmayacaq”. Siz elə dəyərli işlər görürsüz ki, bu işləri gələcək nəsillər çox yüksək dəyərləndirəcək. Mən Xatirə Kitabı redaksiyasının kollektivinə bir təklif vermək istəyirəm, biz şəhidlərə həsr edilən şeirləri toplayaq və onları disk şəklində yazaq. Mənə elə gəlir ki, bu vacibdir”.

Çıxışının sonunda Z.Eldarqızı şəhidlərə həsr olunan şeirlər səsləndirdi.

Tədbirdə R.Əliyev adına Yeniabad kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülafət Həsənova, şəhid Çingizin döyüş yoldaşı Teymur Həbibov, şəhidlərin atası İlham Məmmədov da çıxış etdilər. Şəhidlərin təhsil aldıqları məktəbin şagirdləri onların ruhlarına həsr edilən şeirlər söylədilər...

Tədbirin sonunda şəhid Ömər Rəhimlinin həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı..." sənədli filminin təqdimatı oldu. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur. İnanırıq ki, nə vaxtsa şəhid qardaşlara həsr edilən sənədli film də çəkiləcək...

Hər şəhid bir ovuc vətən torpağıdır, ruhları isə göylərdə yaşayır. Tədbirdən sonra şəhid qardaşların məzarını ziyarət etmək üçün Yeniabad məzarlığına getdik, onların ruhlarına dualar oxuduq. Faya ananın israrı ilə şəhidlərin doğulduğu evdə də olduq və burada ananın öz əlləri ilə balalarına düzəltiyi muzeylə tanış olduq. O otağa Cavidin, Çingizin ruhu hopub, divarlarında şəhidlərin nəfəsi yaşayır. Faya ana hər dəfə o otağa daxil olanda balarının xəyalları ilə yenidən qol-boyun olur, onlardan yadigar qalan 4 fidan balaya atalarının qəhrəmanlığından danışır. Biz də sizə Cavid və Çingiz Məmmədov qardaşlarının qısa, lakin mənalı ömür yolundan bəhs edən bir kitabın təqdimatında yaşananlar barədə danışdıq.

Şəmkirdən ayrılıb Bakıya dönürük, içimizdə böyük bir nisgil olsa da, sanki hər kəsin çiynindən ağır bir yük götürülüb. Xatirə Kitabı redaksiyasının cəfakeş, zəhmətsevər, vətənpərvər kollektivi iki şəhidin də borcundan çıxdı. Bir yeni kitab abidəsi yaratdı, təqdim etdi...“Şəhidlər ölməz, vətən bölünməz” nidasını içində yaşadan hər kəs şəhidlərin haqqını ödəməyə hazırdır. Ən böyük xidməti isə bu yolda Nəzakət Məmmədovanın rəhbərliyi ilə cəfakeş Xatirə Kitabı kollektivi göstərir...

İradə SARIYEVA
Şəmkir-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

SON XƏBƏRLƏR

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ