Bazar ertəsi günü, 09 noyabr 2026
     

Leyla - 40 ilin hekayəsi... - Lamiyə İsazadə yazır

Image


Gözəlliyi ilə hər kəsə, dünyaya meydan oxuyan on səkkiz yaşlı Leyla, olduqca kasıb, səkkiz uşaqlı ailənin dördüncü övladı idi.

Ataları vaxtsız vəfat etmiş, anaları isə bir dövlət xəstəxasında xadimə işləyərək övladlarına güclə çörək pulu qazanır, xəstəxanada artıq qalan yeməkləri hər axşam uşaqları ac qalmasın deyə onlara gətirirdi. Xəstəxanın baş həkimi və digər həkimlər Leylanın anasına yardım etmək məqsədilə özləri razılıq vermişdilər ki, hər axşam xəstələr üçün bişirilən yeməyin artıq qalanını uşaqlarına aparsın. Ətrafdakı xeyirxah insanların, yaxşı qonşuların sayəsində bu ailə birtəhər dolanırdı. Leyla isə kasıb həyat yaşamasına baxmayaraq özündən olduqca razı qız idi. Onun uzun sarı saçlarına, gözəl ala gözlərinə, dərin mənalı baxışlarına heyran olmamaq qeyri-mümkün idi. Bu qız isə heç kəsə fikir vermir, sadəcə öz gözəlliyi ilə öyünürdü. Leylagilin qonşuluğunda olduqca varlı bir ailə yaşayırdı. Bu ailənin yeganə övladı iyirmi beş yaşlı Kənan Leylanı dəlicəsinə sevirdi. Kənan ali təhsilli, hərbi xidmətini başa vurmuş çox yaraşıqlı bir oğlan idi. Kənanın ailəsi Leylanın atasız, ailəsinin isə çox kasıb olduğuna görə onu gəlin olaraq qəbul etmək istəmirdilər. Heç Leyla da Kənanı sevmirdi. Bu sevgi Leyla üçün əhəmiyyətli deyildi. O, özünü Kənandan da artıq oğlana layiq görürdü. Kənan Leylaya elçi getmələri üçün ailəsini razı sala bilmirdi. Onun aylarla təkidindən sonra ailəsi Leylagilə elçi getməyə razılaşdı. Leylanın anası çox sevincli idi ki, qızı o qədər varlı bir ailəyə gəlin köçəcək. Leylanın razılığını almadan anası ikinci elçilikdə onun “hə”sini verdi.  Bir neçə gün sonra böyük nişan mərasimi təşkil olundu. Bütün qonşular, qohumlar hər kəs Leylaya gətirilən təmtəraqlı nişana, onun üçün alınan qızıllara, bahalı paltarlara həsədlə, qibtə ilə baxırdı. Lakin bunların heç biri Leylanın gözündə yox idi. O, düşünürdü ki, “mən bundan da artıqlarına layiqəm”. Böyük nişan mərasimi baş tutdu. Artıq bir həftə idi ki, Leyla nişanlı idi. Nişanlısı hər gün onun dalıyca gəlir, onu oxuduğu kollecə aparırdı. Yol boyu Leyla Kənanın üzünə baxmırdı. Onunla bir-iki kəlmə güclə, naz edərək söhbət edirdi. Kənan isə Leylanı çox sevdiyi üçün onun bütün şıltaqlıqlarına dözürdü. Onlar artıq beş ay idi ki, nişanlı idilər. Bu müddət ərzində Leyla Kənanın onun əlindən tutmasına belə icazə verməmişdi. Bir gün Leyla evdə tək idi. Ona nişanda gətirilən hər şeyi bir-bir çamadanlara yığıb qapının ağzına qoydu, sonra isə qonşuya keçib, qonşuları qızdan Kənanın anasına söz göndərdi ki, gəlib üzüklərini və nişanda gətirdikləri hər şeyi aparsınlar. Leyla daha Kənanla nişanlı qalmaq istəmirdi. Əslində isə nişanı qaytarmaq üçün heç bir səbəb yox idi. Qonşu qız Kənanın ailəsinə bu xəbəri çatdıran kimi, Kənanın qohumlarından iki-üç qadın gəlib çamadanları səssizcə götürüb apardılar. Bütün bunlardan Kənanın xəbəri yox idi. O, iş üçün iki günlük başqa şəhərə getmişdi.  Axşam Leylanın anası işdən evə qayıdanda, nişanın qayıtdığından xəbər tutdu. Anası Leylanı bu hərəkətinə görə saçlarından sürüdü, onu nəyi var döydü. Ancaq buna baxmayaraq iş-işdən keçmişdi. Artıq Kənanın ailəsi Leylanın bu hörmətsizliyinə, özbaşınalığına görə onu yenidən qəbul etməzdilər. Onsuz da Leylanı ilk əvvəldən istəmirdilər. Sadəcə oğullarının sevgisinə hörmət edərək Leylanı gəlin olaraq almışdılar. Bu hadisədən sonra isə Kənanın valideynləri Leylagilə heç vaxt minnətə, yalvarmağa gəlməzdilər. Nişan qayıdandan iki gün sonra Kənan iş səfərindən birbaşa Leylagilə gəldi. Lakin onu görə bilmədi. Leyla qapıya çıxıb nişanlısına açıqlama vermək istəmədi. Artıq beş gün idi ki, nişan qayıtmışdı. Leyla kollecə də getmirdi. Kənan isə hər səhər gəlib Leylagilin qapısına uzaqdan baxırdı ki, bəlkə o kollecə gedəndə onunla söhbət eliyə bildi. Ən azından nişanın niyə qayıtdığını Kənan bilmək istəyirdi. Bir ay keçdi. Nə Kənan, nə də onun ailəsi Leylanın nişanı qaytarmasının səbəbini öyrənə bilmədilər. Bir aydan sonra Kənanın anası öz bacısı qızını gəlin olaraq alacağını Kənana bildirdi. Kənan bunu qətiyyən istəmirdi. Çünki, hələ də Leylanı sevirdi. Bir gün yenidən qovuşacaqlarına ümid edirdi. Lakin, bundan sonra dünya dağılsa belə Kənanın anası bu izdivaca razılıq verməzdi. Anası Kənana “xalan qızıyla evlənməsən özümü yandıracam” dedi. Kənan çıxılmaz vəziyyətdə qalmışdı. O, anasını çox sevirdi və onu itirmək istəmirdi. Bu dəfə anasının istəyinə qarşı çıxa bilməzdi. Bəlkə də anası həqiqətən də öz canına qəsd edərdi. Kənan çox çarəsiz idi. Bir tərəfdə onu sevməyən böyük məhəbbəti Leyla, digər tərəfdə isə canının bir parçası anası var idi. Kənan anasına razılıq verdi, onun istəyinə qarşı çıxmayacağını, xalası qızı ilə evlənəcəyini söylədi. Anası oğlunun bu qərarından çox razı qalaraq, Kənana “oğlum, inan ki, heç peşman olmayacaqsan, çox xoşbəxt olacaqsan, çünki xalan qızı səni çox sevir” dedi. Kənan xoşbəxt olmayacağını onsuz da bilirdi. Xalası qızı ilə evlənməyə ona görə razı olmuşdu ki, uşaq yaşlarından xalası qızının onu sevdiyini bilirdi. Bunu nəinki Kənan, nəsildə, kökdə bütün qohum-əqrəba, hər kəs bilirdi.  Bir ay içində Kənana yenidən həm nişan həm də toy etdilər. Toydan sonra da evlərində bir həftə çal-çağır, şənlik, toy süfrələri açıldı. Xalası qızı çox xoşbəxt idi. Çünki, illərdir həsrətində olduğu sevdiyinə qovuşmuşdu. Kənan isə evlənməyinə baxmayaraq hələ də fikri, xəyalı Leylada idi. Artıq Leyla ilə ayrılmağından iki ay keçmişdi və hələ də heç kəs Leylanın niyə belə addım atdığını, niyə nişanı qaytardığını bilmirdi. Bu, hər kəs üçün məchul olaraq qalmışdı. Kənanın evlənməyi heç Leylanın vecinə deyildi. O, bu evililik xəbərindən zərrə də olsa təsirlənməmişdi. Əksinə, sevinirdi ki, ondan canım qurtardı. Leylanın nişanı qayıdandan sonra bütün hər kəs, qonum-qonşu, qohum-əqrəba, hətta kollec yoldaşları belə onu qınadılar. Kənan kimi bir oğlanla ailə qurmaq hər bir qızın əlçatmaz arzusu idi. Lakin, Leyla ona həyat tərəfindən bəxş edilən bu şansı heç düşünmədən əlinin tərsi ilə itələyib, rədd etdi. Artıq on ilə yaxın zaman keçmişdi. Kənanın üç övladı var idi. O, xalası qızını böyük məhəbbətlə sevməsə belə, bu isti yuvası, xalası qızının ona olan istəyi, məhəbbəti Kənanı ailəsinə sədaqətlə bağlamışdı. Kənardan hər kəs onların mehriban ailəsinə qibtə edirdi. Leyla isə hələ də tək idi. Onu Kənandan sonra kimsə belə böyük məhəbbətlə sevməmişdi. Artıq Leylanın iyirmi səkkiz yaşı var idi. O, bir zavodda məsləhətçi işləyirdi. İllər, yaşadıqları hadisələr bu qızı heç dəyişməmişdi. Leyla yenə həmişəki kimi özündən razı, qeyri-səmimi, hər kəsi özündən aşağı səviyyədə görən birisi olaraq qalmışdı. O, özündən başqa kimsəni dinləmir, yeniyetmə və gənclik illərindən həmişə anası, bacı və qardaşları ilə hər zaman mübahisə edərdi. Hələ lap gənc yaşlarında Leyla hər səhər məktəbə, kollecə, işə gedəndə səhər icazəsiz bacılarının ən gözəl paltarlarını geyinib evdən çıxarmış. Lakin, onun geyimlərinə, digər əşyalarına bacılarının əl vurmağa ixtiyarı yox imiş. Leylanın bu cür xarakteri, kaprizləri artıq ailəsi tərəfindən qəbul olunmuşdu. Zaman sürətlə ötüb keçirdi. Artıq Leylanın anası qocalmışdı. Üç bacısı və qardaşları ailə qurub evdən ayrılmışdılar. Leyla qoca anası ilə birlikdə yaşayırdı. Bir səhər anası yuxudan oyananda gördü ki, Leyla evdəki paltar şkafındakı paltarların hamısını qayçı ilə doğrayıb yerə atıb, özü isə yatağında səssizcə oturaraq gözlərini bir nöqtəyə zilləyib. Anası onu dəfələrlə çağırmasına baxmayaraq Leyla anasına heç bir reaksiya vermədi. Anası çox qorxmuşdu, nə edəcəyini bilmirdi. Qonşuları səslədi, qoşular səsə gəldilər. Lakin, Leyla hələ də yatağından tərpənmirdi. Heykəl kimi donub qalmışdı. Qonşular təcili yardım çağırdılar, Leylanı təcili yardım maşını ilə xəstəxanaya apardılar. Müxtəlif müayinələrdən sonra həkimlər Leylaya şizofreniya xəstəliyi diaqnozu qoydular və onu dərhal ruhi xəstələrin müalicə aldıqları dispanserə yerləşdirdilər. Leylanın bu xəstəliyi onda yeniyetmə yaşlarından var imiş. Ancaq, ailəsində bunu indiyə qədər heç kəs hiss etməmişdi. Onun kaprizləri, heç kəslə yola getməməsi, hər kəsi özündən aşağı görməsi, əks cinslərdən davamlı olaraq qaçması, heç kəsin sevgisinə qarşılıq verməməsi, nişanını səbəbsiz yerə qaytarması, hər zaman özünə qapanması məhz bu xəstəliyin əlamətləri imiş. Leyla üç ay ruhi əsəb xəstəlikləri dispanserində müalicə aldı. Üç aydan sonra onu evə gətirdilər. Həmin gözəl qızdan artıq əsər-əlamət qalmamışdı. O, iyirmi səkkiz yaşında sanki bir qoca idi. Onun bir gənc qız kimi artıq heç bir xəyalı, heç bir arzusu yox idi. Leyla bu xəstəliyindən sonra daha evdən çıxmırdı. Özünü evə qapatmış, insanlarla, bacı və qardaşları, qonşu və qohumlarla tamamilə ünsiyyəti kəsmişdi. O artıq əvvəlki kimi gözəlliyi ilə öyünən Leyla deyildi. O, artıq ruhi xəstə, həyatdan, hər şeydən əlini üzmüş, öz gələcəyini görməyən bir insana çevrilmişdi. Leylanın bu cür xəstələnməsindən artıq bütün qonşular xəbərdar idi. Bu xəbər Kənana və onun ailəsinə də çatmışdı. İllərin keçməsinə baxmayaraq Kənan hələ də Leylanı qəlbində gizli sevirdi. Bu gizli, qarşılıqsız sevgi Kənanı illər sonra yataqlara saldı. Kənan bu sevgiyə qalib gəlib ürəyindən atmağı bacarmadı. Bu böyük məhəbbət isə onu günbəgün içindən əridərək məhv etdi. İki il yataqda xəstə yatan Kənanın dərdini heç həkimlər də bilə bilmədi. Cavan, sağlam, bu qədər yaraşıqlı bir oğlanın birdən-birə yatağa düşməsini heç kəs anlaya bilmədi. Kənanın dərdini bir tək özü bilirdi. İllərin keçməsinə baxmayaraq onun dərdinin də, qəlbinin də çarəsi bir tək Leyla idi. O, yatağa düşəndən sonra zaman-zaman yuxuda Leylanın adını sayaqlayır, onu sevdiyini söyləyirmiş. Kənanın həyat yoldaşı olan xalası qızı bunu qonşuluqdakı rəfiqəsinə danışırdı.  İki il xəstə yatdıqdan sonra Kənan qırx yaşında, bir səhər azan vaxtı dünyasını dəyişdi. O, son nəfəsində də Leylanın adını çəkibmiş. Kənanın vəfat xəbərini eşidən Leyla hönkür-hönkür ağlamışdı. Halbuki Leyla indiyə qədər Kənana qarşı heç nə hiss etmirdi. Onun ölüm xəbəri Leylanı sanki illərin yuxusundan oyatmışdı. Leyla Kənanla ailə qurmadığına, onun sevgisinə qarşılıq vermədiyinə görə çox peşman idi. Artıq hər şey çox gec idi. Həyatın Leylaya verdiyi böyük şansı o çoxdan əldən qaçırmışdı. Bəlkə də on beş il əvvəl Kənanla Leyla ailə qursaydılar, nə Kənan cavan yaşında xəstə yataqlara düşüb həyatını itirərdi, nə də Leyla şizofreniya xəstəsi olardı.
Bu sevgi hekayəsindən artıq qırx il keçib. Bu gün Leylanın həyatı çox acınacaqlıdır. O, otuz ildir ki, özünü evə qapayan, hər ilin iki ayını ruhi əsəb xəstəlikləri dispanserində müalicə alan, tək qalmış bir insan həyatı yaşayır. O artıq əlli səkkiz yaşındadır. Xəstəliyinə görə kimsəylə ailə qura bilmədi. Çox gözəl olmasına baxmayaraq, onu o xəstəliklə kimsə qəbul etmədi, heç kəs istəmədi. Onun qənirsiz gözəlliyi isə ata ocağının soyuq  divarları arasında yox olub itdi.  Leylanın bacı və qardaşlarının isə hərəsinin öz xoşbəxt ailəsi, uşaqları var. Leyla ata ocağında tək-tənha yaşayır, anası isə illərdir ki, dünyasını dəyişib. Leylanın qapısını açan, onun yanında olan, ona dəstək olan heç kimsə yoxdur artıq. Bacı və qardaşları isə sadəcə bayramlarda onu xatırlayır, ona baş çəkirlər. O, xəstəliyinə görə dövlətdən aldığı kiçik məbləğli təqaüdlə yarı ac, yarı tox həyatını davam etdirməyə çalışır. Bu gün Leyla həyatda tək qaldığı üçün çox peşmandır. Peşmandır ona görə ki, o vaxtında Kənana, onun sevgisinə qarşılıq verib, sahib çıxmadı. Bu gün isə onun bəxbəxtçiliyinin səbəbi bəlkə də Kənanın ahıdır. Bu hekayədə sadəcə Leylanı günahlandırmaq düzgün olmazdı. Həyatda hər kəsin alnına yazılmış bir qisməti, bir taleyi var. Leylanın da həyatı o qədər sevilməsinə rəğmən sonda tək qalmaq imiş.
Lamiyə İsazadə
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” təşkilatının sədri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ