Cümə günü, 02 oktyabr 2026
     

FHN zəlzələdən ziyan çəkənlərə qarşı törədilən dələduzluq faktları ilə bağlı əhaliyə müraciət etdi

Image


Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə 2012-ci il may ayının 7-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi xatırlanıb. Qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün genişmiqyaslı işlərə başlayıb. Dövlət başçısının tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə əlaqədar komissiyalar yaradıldı və müvafiq tədbirlər həyata keçirilib.
Qısa vaxt ərzində dağılmış infrastrukturun bərpası, insanların yeni, daha müasir və vaxtilə yaşadıqları evlərdən daha geniş və rahat şəraitə malik evlərə köçürülməsi və görülən digər təxirəsalınmaz işlərin dövlət vəsaiti hesabına aparılması ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına olan diqqət və qayğısının daha bir bariz nümunəsi oldu. Komissiyalar tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən müəyyən olunmuş 5281 qəzalı evdən ötən müddətdə rayonlar üzrə, Zaqatalada 4006, Qaxda 521, Balakəndə 736 olmaqla ümumilikdə 5263 fərdi yaşayış evinin, sosial obyektlər üzrə 10300 şagird yerlik 37 məktəb binasının inşası başa çatdırılıb. Həmçinin, 135 yerlik 2 uşaq bağçası tikilərək istifadəyə verildi. 18 fərdi yaşayış evinin tikintisi isə hazırda davam etdirilir. Bu müddətdə zəlzələdən ziyan çəkmiş 7478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 36 milyon 916 min 56 manat yardım ödənilib: "Zəlzələ bölgəsində yaşayan vətəndaşlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğı hazırda da davam etdirilir. Lakin əfsuslar olsun ki, insanların belə ağır vəziyyətində öz şəxsi maraqları naminə vətəndaşları aldatmaqla dövlətimiz tərəfindən görülən bütün bu işlərə kölgə salmaq istəyənlər də az olmadı. Belə ki, zəlzələ baş verən ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən təbii fəlakətin fəsadlarının qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması ilə məşğul olan Fövqəladə Hallar Nazirliyinin adından istifadə edən bəzi "işbazlar” zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar. Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzlar zəlzələ bölgəsində dəymiş ziyanı araşdıran və zərərçəkmişlərə yardım göstərən komissiyanın verdiyi qərarlara dəyişiklik etmək iqtidarında olduqlarını iddia edərək, zəlzələ zamanı evlərinə zərər dəymiş sakinləri aldadır, xüsusilə zəlzələdən zərər çəkmiş və yalnız təmirə və ya gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinin külli miqdarda vəsaitlərini mənimsəyərək, onlara yeni evlərin tikiləcəyini və bunun müqabilində muəyyən miqdar "haqq” ödəmələrini iddia edirdilər. Lakin dələduzların verdikləri vədlərin yerinə yetirilmədiyini və aylarla süründürüldüklərini görən zərərçəkmişlər aldadıldıqlarını anlayarq bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər edərək, müvafiq tədbirlərin görülməsi və mənimsənilmiş vəsaitlərinin geri qaytarılması üçün köməklik göstərilməsini xahiş ediblər”.
Daxil olan çoxsaylı şikayətlərin operativ şəkildə və yerindəcə araşdırılması məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun göstərişi ilə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları hər bir şikayətçinin müraciətinin fərdi şəkildə araşdırılması üçün zəlzələ bölgəsinə ezam olunublar. Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı ziyan çəkmiş evlərin əvəzinə yeni evlərin tikilməsinə köməklik göstərmək adı ilə yerli sakinlərdən pul tələb etmələri və ya almaları barədə bir qrup şəxsin, o cümlədən bəzi yerli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin qanunsuz hərəkətləri barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş 55 vətəndaşın müraciəti üzrə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsində araşdırma aparılıb, onlardan 30 müraciətlə əlaqədar toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna, 1 material isə daxili işlər orqanlarına göndərilib. Baş prokuror Zakir Qaralov tərəfindən həmin materiallar xüsusi nəzarətə götürülməklə Cinayət Məcəlləsinin 178-ci və sair maddələri ilə 8 cinayət işi başlanıb, bir neçə material eyni xüsusatlarla bağlı olduğundan başlanmış cinayət işlərinə əlavə edilib, digər materiallar üzrə araşdırmalar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsinin və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı "Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı "Əmrə Ünlü”, "Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin "Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.
Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin "Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20 000 manat pulu "Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb. Faktla bağlı Əliyev Səbuhi Bayram oğlu barəsində 23 may 2014-cü il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanmış, Səbuhi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə 2012-ci il may ayının 7-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi xatırlanıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən aparılmış araşdırma zamanı müəyyən edilib ki, özünü Fövqəladə Hallar Nazirliyinin komissiyasının üzvü kimi təqdim etmiş Abdullayev İlkin Ələddin oğlu respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş fərdi yaşayış evlərinin yenidən tikilməsinə köməklik göstərmək adı ilə vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Toplanmış material Baş Prokurorluğa göndərilib, material üzrə 27 iyun 2014-cü il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda işin bütün halları üzrə istintaq aparılmaqla müvafiq tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birgə bu cür faktlarla bağlı hər zaman ciddi mübarizə aparır və ölkə vətəndaşlarını belə "işbazların” yalan vədlərinə aldanmamağa çağırır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ