çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyanın daha bir ziddiyyəti – Xocalını ruslar törədib, Münhendə Mütəllibovun üzərinə atmaq istəmişdi…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin indiyə qədər mümkün olmaması işğalçı Ermənistanın konfliktlə bağlı qeyri-konstruktiv mövqe sərgiləməsindən birbaşa qaynaqlanır. Belə görünür ki, Ermənistanda müxtəlif vaxtlarda baş verən hakimiyyət dəyişikliklərinə rəğmən, bu ölkədə qeyri-konstruktiv mövqedən geri çəkilmək istiqamətində də hansısa əməli addım atılmayıb.

Başqabir maraqlı məqam isə bundan ibarətdir ki, Ermənistan rəhbərləri arasında baş nazir Nikol Paşinyan qədər avantürist şəxs olmayıb. Çünki bu şəxsin dedikləri daim bir-birilə ziddiyyət təşkil edir və münaqişənin dinc yolla həllinə ciddi əngəl yaradır. Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən də toxunub:"Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır". Amma erməni tərəfi hələ də bu reallığı qəbul etməkdə çətinlik çəkir. Məhz belə bir vaxtda Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək, faktiki olaraq danışıqlar prosesini pozub. Belə ki, o, Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. Beləliklə, Paşinyan növbəti dəfə danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Özü də bunları Münhen görüşündən sonra edir və faktiki olaraq savaşdan başqa çıxış yolu qoymur. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə bu durumda ölkəsini böyük fəlakətəlin gözlədyini vurğulayır. Baqratyan Bakının siyasi arenada əldə etdiyi uğurları və hərbi gücünü nəzərə alaraq, yaxın vaxtlarda genişmiqyaslı hücumlara başlayacağını dilə gətirib: “Azərbaycan hücuma keçib Qarabağı qaytaracaq. Bu faktdır. Amma bizim üçün daha pis ssenari bundan sonra başlayacaq. Qarabağı qaytarandan sonra Azərbaycan Ermənistanın da bir hissəsini ələ keçirə bilər”. Keçmiş baş nazir qeyd edib. ki, Azərbaycan ordusunun zərbə gücü Ermənistan ordusundan ən azı 2-3 dəfə çoxdur.

Rusiyanın tanınmış tarixçilərindən biri, hərbi-siyasi analitik Oleq Kuznetsov da Paşinyanın avantürsit mövqeyinin savaşı tətiklədyini düşünür. O qeyd edir ki, Paşinyanın hərəkətləri onun güvənilə biləcək bir şəxs olmadığını açıq şəkildə meydana qoyur. Ekspert vurğulayır ki, elə Münhen debatında Paşinyanın Xocalı soyqırımı ilə bağlı dedikləri onun nə dərəcədə avantüraya meylli biri olduğunu göstərir. Məsələ burasındadır ki, Paşinyan Münhendə debat zamanı Xocalı məsələsinə dair Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun demədiyi fikirləri səsləndirib və bu faciəni guya azərbaycanlıların özünün törətdiyini iddia etmişdi. Amma Münhendən qayıtdıqdan sonra Xocalı soyqırımını rusların həyata keçirdyini bəyan etməyə başlayıb. Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb. Status belədir: “Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”. Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib. Əvəzində isə bu sözləri saxlayıb: “Fakt fakt olaraq qalır”.

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək erməni mediasında paylaşılıb. Məsələyə münasibət bildirən Oleq Kuznetsov isə bildirir ki, Xocalı qətliamının erməni cəlladları tərəfindən deyil, guya ruslar tərəfindən törədildiyini deyən Nikol Paşinyan növbəti dəfə özünü gülünc vəziyyətə saldı: “Xocalı hadisələri ilə bağlı 2016-cı ildə rus və ingilis dillərində işıq üzü görmüş “Transmilli erməni terrorizmi tarixi – XX əsrdə” kitabımda detallı olaraq bu soyqırımı təşkil edən qüvvələrdən və onların başında duranlardan yazmışam. Paşinyan qismən haqlı olaraq Xocalıdakı cinayətlərə görə məsuliyyətin Qarabağ ermənilərinə aid olmadığını söyləyir. Soyqırımın əsas günahkarları üç etnik erməni olan ABŞ vətəndaşının - Monte və Markar Melkonyan və Jirair Səfilyanın Livan, Suriya, İordaniya əsilli ermənilərdən yaratdığı “Arabo batalyonu” adlı qanunsuz silahlı qruplaşmaya daxil olan ermənilərdən ibarət beynəlxalq terrorçular olub. Qeyd edim ki, adı çəkilən Jirair Səfilyan 2016-cı ildə Ermənistanda çevriliş etməyə cəhd göstərən “Sasna Tsrer” qruplaşmasına rəhbərlik edir”. Kuznetsovun sözlərinə görə, Xocalı qətliamının əsas qüvvəsi çox sayda etnik ermənini özündə cəmləyən, Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Seyran Ohanyanın komandanlığı altında tapşırıqları yerinə yetirən 366-cı motoatıcı alayın 2-ci batalyonu idi. Onlar əsasən Ermənistanın yerli sakinləri idi. Ohanyan Qarabağ ermənisi olsa da, atası azərbaycanlı idi: “Nikol Paşinyanın 366-cı motoatıcı alayın ruslara aid olduğunu dilə gətirməsi böyük siyasi səhvdir. 25 fevral 1992-ci il tarixindən etibarən bu alay MDB Birgə Silahlı Qüvvələrinin bir hissəsi idi, baxmayaraq ki, Rusiya Baş Qərargahının komandanlığına təhvil verilərək Orenburq vilayətinə dislokasiya olunmalı idi. Həmin vaxt alayın rus komandanlığının tərkibinə təhvil verilməsi barədə bir əmr də verilmişdi, amma bu baş tutmadı. Məsələnin maraqlı hissəsi ondan ibarətdir ki, 25 fevral 1992-ci il çərşənbə axşamı idi. Alayın yeni növbətçi stansiyaya təhvil verilməsi martın 2-si bazar ertəsi günü başlamalı idi. Seyran Ohanyan bu barədə alay komandirindən bir gün əvvəl, fevralın 24-də - bazar ertəsi günü müşavirə zamanı xəbər tutmuşdu.

Ohanyan gözəl başa düşürdü ki, artıq erməni separatçıları martın 2-dən etibarən bu alaydan silah-sursat bazası kimi istifadə edə bilməyəcək. Məhz bu səbəbdən o öz tabeliyində olan 366-cı motoatıcı alayın 2-ci bölüyünü təcili olaraq Xocalıya tərəf aparır və əsas məhvedici qüvvə kimi istifadə edir. Ohanyan və onun bu bölükdən olan bir neçə erməni əsilli zabiti Melkonyan-Səfilyan silahlı birləşməsinə qatılır”. Rusiyalı tarixçi ”axar” portalına bildirib ki, həmin ərəfədə 366-cı alayın bir hissəsi əmrə uyğun olaraq Vazianidəki Rusiya hərbi bazasına çəkildi və martın 10-da ümumiyyətlə dağıdıldı, bu alayın zabitlərindən heç biri Rusiya Silahlı Qüvvələrinə qəbul edilmədi. Xocalı cinayətlərinin utanc pərdəsinə bürünmüş 366-cı motoatıcı alay hazırda da mövcud deyil: “Paşinyan növbəti dəfə özünü biabır etdi. Bu statusu yazmamışdan qabaq gərək o, heç olmasa, Vikipediyanı açıb oxuyardı. Ən azından, təqaüddə olan Seyran Ohanyana da zəng edib soruşa bilərdi”. Bütün bunlar bir daha Paşinyanın hansı yuvanın quşu olduğunu aydın şəkildə təsəvvür etməyə imkan verir. Erməni mediası yazır ki, Paşinyanın sərsəmləmələri nəticə etibarı ilə Rusiyanı Ermənistandan daha çox uzaqlaşdırır və onu güclü Azərbaycan qarşısında yalnız qoyur. Bu halda Azərbaycanın qısa müddətdə zəbt olunmuş əraziləri azad etməsi də qaçılmaz sayılır.

Aydındır ki, Rusiyanın əlini Ermənistanın üzərindən çəkməsi İrəvanın durumunu xeyli ağırlaşdıracaq. Belə vəziyyət avtomatik qaydada Qarabağ münaqişəsinin gedişinə də təsir edəcək. Bunu Ermənistanın “1in.am” saytı da xüsusi olaraq qeyd edir: “Aydındır ki, Rusiya bölgədə savaşı önləyəcək mühüm mövqe sahibi kimi çıxış edir. Amma hazırda Rusiya ilə Ermənistan hakimiyyətinin münasibətlərində böhran qeydə alınır. Bu isə yeni Qarabağ savaşını tətikləyə bilər. Buna uyğun olaraq, münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq baxış dəyişməlidir və məsələnin, necə deyərlər, “ərazilərin qaytarılması” prinsipi əsasında “tənzimlənməsi”nin mümkünlüyü diqqət mərkəzinə gətirilir. Və qan tökülməsindən yayınmaq naminə atılacaq minimal addım, ən azı, danışıqlarda hansısa irəliləyişə nail olmaqdır. Əks halda, ən azı, dördgünlük aprel döyüşlərinin yenidən təkrarlanma ehtimalı yüksəlir. Həmin vaxt döyüşlərin dayandırılmasında Rusiyanın rolunu isə həm Ermənistan, həm də Azərbaycan etiraf edir. Amma o vaxtdan bəri çox şey dəyişib. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiyanın özünün bölgəyə münasibətində artıq fərq var. Bu fərq indiki vəziyyətdə Ermənistanın lehinə deyil və pisləşən münasibətlər Bakının gücə əl atma ehtimalını yüksəldir. Hər halda, bunları Ermənistanı hakimiyyətinin mütləq şəkildə nəzərə alması çox önəmlidir”. Ekspertlər hesab edir ki, Ermənistanın xilası yalnız Azərbaycanla və Türkiyə ilə normal iqtisadi əməkdaşlıq şəraitində mümkün ola bilər. Bu da o zaman mümkün olar ki, ermənilər işğalçılıq siyasətindən, separatizmdən əl çəkib normal qonşuluq münasibətləri qursunlar. Amma indilikdə mövcud Ermənistan rəhbərliyi bu xüsusda müvafiq addımlar atmaq əvəzinə, vəziyyəti daha da kəskinləşdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 16:30
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ