Bazar günü günü, 08 noyabr 2026
     

Hakimiyyət-müxalifət dialoqu mövzusu yenidən aktuallaşmağa başlayıb - perspektiv və ehtiyac varmı…

Image


Fəzail Ağamalı: “Müxalifət iqtidara qarşı qərəzli mövqedən imtina edərək konstruktiv mövqe nümayiş etdirsə, əlbəttə, iqtidar tərəfindən də onlara doğru addımlar atıla bilər”
Əli Əliyev: “Dialoq bu hadisələrin ən vacib məqamı ola bilər”
Eldəniz Quliyev: “Atılan addımı mütərəqqi sayıram və əminəm ki, bunun siyasi qütblərin yaxınlaşmasına müsbət təsiri ola bilər”

 

Ölkə başçısının imzaladığı son əfv fərmanı ilə adları problemli məhbuslar kimi qeyd olunan çoxlu sayda şəxsin azad olunması siyasi arenada rəğbətlə qarşılanıb. Ən maraqlısı budur ki, indiyə qədər hakimiyyətin heç bir müsbət addımını belə təqdir etməyən radikal düşərgə nümayəndələri də son əfv fərmanını müsbət dəyərləndiriblər.

Bu müzakirələrdə həm də belə bir fikir sələndirilir ki, son vaxtlar hakimiyyətin atdığı addımlarda müxalifətə yönəlik ciddi jestlər nəzərə çarpır, müxalif cameə bunu doğru dəyərləndirməyi bacarsa, iqtidarla müxalifət arasında dialoq baş tuta bilər. Belə bir dialoqun mümkünlüyünə siyasilər necə yanaşırlar?

Radikal müxalif fikirli insanların cəmləşdiyi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev qəzetimizə bildirdi ki, iqtidarla müxalifət arasında dialoqa hər zaman ehtiyac olub: “Beynəlxalq təcrübə də göstərir ki, bir çox məsələni çözmək üçün dialoq zəruridir. Hesab edirəm ki, bunu adına konstruktiv deyilən, əslində isə iqtidarı dəstəkləyən partiyalarla deyil, real müxalif qüvvələrlə iqtidarın yüksək təmsilçiləri arasında aparmaq lazımdır. Bəli, etiraf etməliyik ki, bunun üçün hazırda real zəmin yaranıb. Son əfv sərəncamı ilə bağlı müxtəlif fikirlər səslənir. Müxalif cameədə bunu normal addım hesab edənlər də var, hər yaxşı addımı belə inkar edənlər də mövcuddur. Biz rəyləri deyil, faktı əsas götürməliyik. Fakt ondan ibarətdir ki, böyük əfv sərəncamı olub. Şəxsən mən bunu alqışlayıram. Bunu deməsəm düzgün olmaz. Amma bunu da deməliyəm ki, yarımçıqlıq var. Mən çox istərdim ki, Seymur Həzi, Asif Yusifli kimi adamların da adı həmin sərəncamda olaydı. Elə adamlar var ki, onların da azad olunması dialoq mühitinə müsbət təsir edə bilər. Bütün bunlara baxmayaraq, atılan addımı mütərəqqi sayıram və əminəm ki, bunun siyasi qütblərin yaxınlaşmasına müsbət təsiri ola bilər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə bildirdi ki, hakimiyyətin son addımlarını xoş hadisə kimi dəyərləndirmək lazımdır: “İlham Əliyevin idarəçiliyi dönəmində ikinci dəfədir ki, adları siyasi məhbus kimi qeyd olunan şəxslərin azad olunması belə geniş siyahı ilə əhatə olunur. Təbii ki, yaxşı olardı bu problem tamamilə çözülsün. Avropa siyasi çoğrafisyasında təmsil olunan ölkə kimi bizim bu problemdən tam yaxa qurtarmağımız təqdirəlayiq olardı. Uzunmüddətli sərt idarəetmə fonunda belə bir addımın atılması xoş məram kimi qiymətləndirilməlidir. Davamlı olması üçün cəmiyyətdə pozitiv dəyər almalıdır. Hesab edirəm ki, bu cür addımlar tendensiya xarakteri daşımalıdır. Son iki ay ərzində biz bu tip addımların mütəmadi atıldığını görürük. Hakimiyyət cəmiyyətin müxtəlif təbəqələri ilə təmaslara cəhd edir. Dialoq da bütün bu müsbət işlərin kulminasiyası ola bilər. Çünki ölkədəki mənfi proseslərin çoxu siyasi anlaşılmazlıqdan qaynaqlanır. Dialoq bu hadisələrin ən vacib məqamı ola bilər. Çünki biz ölkəmizin bütün problemlərini öz aramızda vasitəçi olmadan həll edə bilərik. Hesab edirəm ki, dialoq çox zəruridir. Bunun üçün tərəflər addımlar atmalıdırlar. Ən əsası isə bu, hakimiyyətdən asılı olan məsələdir”.

Təəssüf ki, dəfələrlə cəhd etməyimizə baxmayaraq, YAP funksionerlərindən bu mövzuya münasibət öyrənə bilmədik.

Ancaq  uzun illərdir hakimiyyətin siyasi xəttini müdafiə edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, demokratik cəmiyyətdə iqtidarla bərabər, müxalifətin olması çox vacib şərtdir: “Bu, ölkəmizin də inkişafı üçün ciddi bir şərtdir. Çox arzu olunandır ki, iqtidarın bu və ya digər hərəkətlərini qəbul etməyən, özü buna başqa cür yanaşan, müxalifət mövqeyində duran insanlar qanunun aliliyinə söykənərək bu fəaliyyəti göstərsinlər. Prezidentimiz hər bir vətəndaşa, məmura nümunədir. Çox yaxşı olar ki, vətəndaşımız, müxalifətçilər, məmurlar cənab Prezidentdən nümunə götürsünlər. O zaman məmur-vətəndaş münasibətlərində, siyasi münasibətlərdə daha yüksək səviyyəli sivil münasibətlər hökm sürəcək. Bu gün Azərbaycanda siyasi baxımdan qarşıdurma elementləri, demək olar ki, yox dərəcəsindədir. Müxalifət partiyalarının mütləq əksəriyyəti öz fəaliyyətini Azərbaycan qanunvericiliyi çərçivəsində qururlar, iqtidarla onların dövlətçilik baxımından hər hansı bir problemləri yaşanmır. Bu cür üstün cəhətləri, əlbəttə, unutmaq olmaz. Müxalifətlə iqtidar arasında münasibətlərin daha yüksək səviyyədə qurulması üçün bundan sonra hər iki tərəfdən yeni addımlar atıla bilər. Müxalifət iqtidara qarşı qərəzli mövqedən imtina edərək konstruktiv mövqe nümayiş etdirsə, əlbəttə, iqtidar tərəfindən də onlara doğru addımlar atıla bilər. Bizim çox ciddi problemimiz var - Qarabağ problemi. Torpaqlarımızın işğalda olması bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Burada iqtidar-müxalifət anlayışı tamamilə kənara qoyulmalıdır. Birmənalı olaraq bu anlayışdan imtina edib hər birimiz işğaldakı torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni etməliyik. Bununla bağlı iqtidarla müxalifət arasında dialoq da təşkil oluna bilər. Ölkəmizin sosial-iqtisadi inkişafı, digər vacib məsələlərlə bağlı iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqlar da təşkil oluna bilər. Bunlar siyasi mühit üçün də faydalı olar. Gələcəkdə bütün bunların olmasını istisna etmirəm”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ