Bazar günü günü, 08 noyabr 2026
     

Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan, məhv edilən və “erməniləşdirilən” tarix-mədəniyyət abidələrimiz…

Image


Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qəsb edilən ərazilərimizdəki tarix-mədəniyyət, arxeoloji abidələrimizə qarşı, sözün həqiqi mənasında, soyqırım həyata keçirildi. Abidələrimizin ermənilər tərəfindən məhv edilməsi, dağıdılması, eləcə də quruluşunun dəyişdirilməsi prosesi bu gün də davam etdirilir.

Ermənilərin abidələrimizə qarşı vandal hərəkətlərinə isə hələ indiyə kimi heç bir beynəlxalq təşkilat reaksiya verməyib. “Biz dünyadakı bütün abidələri qoruyuruq” deyə bəyanatlar verən beynəlxalq abidələrin mühafizəsi təşkilatları da məsələyə soyuqqanlı yanaşma sərgiləyirlər. Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə rəsmi qaydada ermənilərin abidələrimizi dağıtması, məhv etməsi ilə bağlı məsələni beynəlxalq qurumların diqqətinə çatdırıb, bu barədə bütün aidiyyəti rəsmi görüşlərdə məlumatlar verilib, lakin daşdan səs çıxıb, o qurumlardan səs çıxmayıb. Faktiki, Azərbaycan torpaqları kimi, abidələrimiz də ermənilər tərəfindən mənimsənilir, mənimsənilə bilməyənlər isə yer üzündən silinir.    

Bu gün Azərbaycanın işğal altında olan abidələrinin vəziyyəti beynəlxalq aləmi narahat etmir. Əsas məsələlərdən biri odur ki, işğal altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrinin ermənilər tərəfindən “erməni abidəsi” kimi pasportlaşdırılması olduqca ciddi problemdir.

Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara istinad edərək qeyd edək ki, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. O da məlumdur ki, işğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasına ziddir. Bu Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Bundan başqa, işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının pozulması deməkdir. Bildiyimiz kimi, Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilərdəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən araşdırılıb. Bununla belə, Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsinin qarşısını alıb. Azərbaycanın Mədəniyyət Nazirliyinin işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim etdiyi məlumdur.

Mədəniyyət Nazirliyinin verdiyi məlumata əsasən, işğala qədər Azərbaycan tərəfi hazırda işğal altında olan ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə alıb. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər. Ekspertlər qeyd edirlər ki, artıq neçə ildir Ermənistanın və erməni diasporunun, xarici ölkələrdən cəlb edilmiş erməni tarixçilərinin köməyi ilə işğalçılar Dağlıq Qarabağ və ətraf rayonlarda qalan tarix-mədəniyyət abidələrinin pasportlaşdırılmasını həyata keçirməkdədir. Dağlıq Qarabağdakı qondarma separatçı rejimin “turizm idarəsi”nin “rəhbəri” Sergey Şahverdiyanın 2011-ci ildə erməni KİV-lərinə verdiyi açıqlamaya görə, işğal altındakı ərazilərdə o vaxta qədər 4 minə qədər tarixi abidə qeydiyyata alınıb. Bu açıqlamaya əsasən, təkcə 2011-ci ildə 289 tarixi abidə sənədləşdirilib. Erməni qaynaqlarında yer alan məlumatlara görə, son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə “erməni abidəsi” kimi qeydiyyata alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı faktlara əsasən, işğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələr xüsusi amansızlıqla dağıdılır. Buna səbəb isə bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar olmasıdır. Bu da onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək üçün əlverişli deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur.

Rəsmi məlumatlara görə, ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib, bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadırlar. Arxeoloqlar qeyd edirlər ki, məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloq Hamlet Petrosyanın rəhbərliyi altında işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Erməni arxeoloqlarının Şahbulaq yaylaqlarında apardıqları arxeoloji qazıntılar Ermənistandakı “Erkir” ictimai təşkilatı və qondarma “DQR hökuməti” tərəfindən maliyyələşdirilib. Onların qarşısında mifik “Böyük Ermənistan” dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını Şahbulaq yaylağına ezam edib. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulaq yaylağının şimal hissəsində qazıntılara başlayıblar və qısa müddət sonra uydurma “Tiqranakert” şəhərinin qalıqlarını aşkar etdikləri barədə xəbər yayıblar. Lakin çox keçmədən erməni arxeoloqlarının bu “kəşfi” biabırçı faktla üzləşib, məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları “tarixi dəlillər” kimi təqdim ediblər. Qazıntılarda iştirak edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı tərk ediblər. Buna baxmayaraq, erməni arxeoloqları Şahbulaq yaylaqlarında, tikintisi 1751-1752-ci illərdə başa çatan və Qarabağ xanlarının iqamətgahı olan Qıfıl xan sarayı kompleksi ərazisində qazıntı işlərini hələ də davam etdirməkdədirlər.

Yazıçı-etnoqraf Məhəmməd Nərimanoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir: “Bu abidələr təkcə maddi mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. İllərdən bəri məkrli, çirkin siyasətləri ilə daşnakların və onların havadarlarının diş qıcadığı, Azərbaycandan qoparmağa çalışdığı yurdlarımızdan biri, təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Ağdam həm də xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif növlü abidələr diyarıdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu yerlərdə insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşmışlar. 1988-1993-cü illər ərzində düşmənlə üz-üzə, göz-gözə dayanıb qətiyyətli mübarizə aparan və elə torpaqlarımızın bütövlüyü uğrunda ilk şəhidlərini (Əli və Bəxtiyar) verən Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidələri az deyildi. Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı ermənilər tərəfindən vandalcasına dağıdılıb. Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi abidələr qruplaşdırılaraq, “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba da daxil edilib. Ağdamda olan dünya əhəmiyyətli, daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir.

Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsinin yaşı çox qədimlərə gedib çıxır: 1314-cü ilə. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında qalması ermənilərə Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar yaradır. Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi də (XIX əsr) daşnak quldur dəstələri tərəfindən dağıdılıb.

Ağdam ərazisindəki maddi mədəniyyət abidələri erməni qəsbkarlarının vandalizm siyasətinin şahididir. Daşnaklar və onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb aparmışdılar, hətta həmin abidə-məbədlərin daşını daş üstə qoymamışdılar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təmsilçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-məruzələrində öz əksini tapıb.

Mədəniyyətlə tariximizin qovuşduğu belə muzeylərdən Ağdam şəhərindəki Çörək, Tarix-Ölkəşünaslıq muzeyləri ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyinin, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar”.

Rəsmi məlumartlara görə, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb ki, onların taleyi haqqında yalnız pis xəbərlər duyuruq. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsi olduğu faktdır.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov da bizimlə söhbətində bildirdi ki, işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan tarixi alban dövrü abidələrinin quruluşu dəyişdirilərək erməniləşdirilir. “Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tip abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda alban dövrü abidələrinin hamısının “erməni kilsələri” olduğunu iddia edirlər. Halbuki, Sovet dövründə bu ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətini təmin edirdi” - deyə o bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ