Bazar günü günü, 08 noyabr 2026
     

Hərbi təlimlərin Ermənistandakı xofu – “Bakı nümayişkaranə hücum təlimlərini boş yerə keçirmir”

Image


Azərbaycanın hərbi müstəvidə əldə etdiyi nailiyyətlərin Ermənistanı getdikcə daha çox qorxuya salması artıq heç kimə sirr deyil. Bunu Azərbaycan Ordusunun davam edən son irimiqyaslı hərbi təlimləri də aydın əşkildə nümayiş etdirir.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirilir. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.  Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunur. Təlimlər elə ilk gündən Ermənistanda böyük xof yaradıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, bu təlimlər erməni tərəfinə təzyiq göstərməyə hesablanıb: “Hesab edirik ki, bu təlimlər Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın planlaşdırılan görüşü kontekstində keçirilir. Və erməni tərəfinə təzyiq göstərmək cəhdidir”.

Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin təsisçisi, hərbi ekspert Vova Vartanov da bildirir ki, Ermənistan artıq diqqətli olmalıdır: “Azərbaycanlıların bu təlimləri əvvəllər malik olmadıqları, indi isə olan texniki vasitələri baxımdan fərqlənir”.  Vartanov yeni texnika dedikdə Belarus istehsalı “Polonez”ləri nəzərdə tutduğunu deyib. O qeyd edib ki, bu silahlar Belarusdan yeni alındığına görə hərbi təlimlərdə ilk olaraq istifadə edilir. Vartanovun sözlərinə görə, Azərbaycan bu kimi təlimlərdən keçən il 3 dəfə keçirib. O, ordumuzun daim erməniləri gərginlikdə saxladığını etiraf edib. Vartanov, azərbaycanlıları müəllim hesab edərək, özlərinin pis şagird olduqlarını da qeyd edib: “Azərbaycan və ATƏT ermənilərə müharibəyə hazır olun deyir, təzyiq göstərir, keçmişdəki kimi olmayacaq deyir, ancaq ermənilər hələ də müharibəyə hazırlaşmırlar. Bu baxımdan özümüzü axmaq şagird hesab edirəm”.
Digər erməni hərbi ekspert Vaan Ambartsumyan da təlimlərin yeni mahiyyət daşıdığını qeyd edib: “Geosiyasi vəziyyətə nəzər salsaq, bu təlimlərin təsadüfi keçirilmədiyini görmək olar. İndi təlim heyəti qarşısına daha mürəkkəb tapşırıqlar qoyulub. Hədəfləri koordinatlarla deyil, özləri axtarıb tapır, özləri də məhv edirlər. Artıq onlar 200 kilometr məsafədən 30 metr dəqiqliklə hədəfi məhv edə bilirlər. Təlimlərdə istifadə edilən hədəflər erməni hədəflərinin təkrarıdır”.  
Ambartsumyan Prezident İlham Əliyevin 2019-cu ilin görünməmiş bir il olacağını dəfələrlə vurğuladığına diqqət çəkib: “Bu sayda və tərkibdə hərbi texnikanın cəlb edilməsi və istifadəsi çox şeydən xəbər verir. Hamı Əliyev-Paşinyan görüşünün nəzərdə tutulduğunu bilir. Bu qədər sayda texnikanın cəlb edilməsi isə erməni tərəfinə təzyiq göstərilməsinə xidmət edir. Hər bir təlim müharibə kimi qəbul edilir”.  O etiraf edib ki, Azərbaycanın əldə etdiyi silahlara ermənilərin tarazlaşdırıcı cavabı yoxdur.

Erməni politoloq Yervand Bozoyan isə vurğulayır ki, Azərbaycanın bu təlimləri, əslində Bakı üçün istənilən nəticəni verib. Ən azı o baxımdan ki, İrəvanın istəklərinin əksinə olaraq, Qarabağ məsələsində danışıqlar formatı dəyişməyəcək: “Azərbaycan bu təlimlərlə Ermənistana göstərmək istəyir ki, danışıqlar prosesindən imtina etdiyi təqdirdə hərbi əməliyyatlara başlayacaq”.  O hesab edir ki, risqlər danışıqlar prosesinin dayanma ehtimalı ilə bağlıdır. Ona görə Paşinyan bəyan edirdi ki, Qarabağın statusu ilə bağlı deyil, məhz formatın dəyişdirilməsi istiqamətində danışıqlar aparacaq: “Təbii ki, Azərbaycan bunu rədd etdi. Ehtimal olunur ki, gözlənilən Əliyev-Paşinyan danışıqlarında format yox, məhz Qarabağ məsələsi müzakirə ediləcək. Paşinyan buna qarşı olsa da, indi onun Qarabağı maksimal dərəcədə danışıqlar prosesində təmsil etmək üçün əlindən gələn hər şeyi edəcəyi düşünülür. Paşinyanın məhz buna görə Qarabağa getdiyi ehtimal edilir. Paşinyan ATƏT-in Minsk Qrupunun bu təkliflərini rədd etmiş olsaydı, bu, məhz İrəvanın ucbatından danışıqların pozulduğu anlamına gələ bilərdi. Bu, öz növbəsində, Azərbayacana hərbi əməliyyatların niyə başlamalı olduğuna da əsas verərdi”.
Erməni ekspertin fikrincə, Azərbaycan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi güc nümayişidir: “Onlar vasitəçi ölkələrə və Ermənistana göstərmək istəyirlər ki, İrəvan danışıqlar prosesindən imtina edərsə, onlar legitim əsas olaraq, hərbi əməliyyatlara başlaya bilərlər. Bu, ilk növbədə Paşinyanın danışıqlardan imtina edə bilməməsi və Əliyevin danışıqlar prosesində güclü mövqedə görünməsi üçün güc nümayişidir”. Yervand Bozoyan qeyd edir ki, son aylarda Ermənistanda ciddi əks proses gedir və bütün sahələrdə parçalanma prosesi davam edir. Əvəzində isə Azərbaycan daha sürətlə güclənir. Hərbçi-ekspert Ədalət Verdiyev də vurğulayır ki, Ermənistanın təlimlərdən belə böyük narahatlıq duyması əbəs deyil: “Daim öz ordusunun qüdrətindən dəm vuran Ermənistanın, bu ölkənin  Müdafiə Nazirliyinin indi keçirdiyi narahatlığın səbəbləri isə əslində məlumdur. Xatırlayırsınızsa, 2015-ci ildə Azərbaycan tərəfi irimiqyaslı təlimlərə başlayanda Ermənistan rəhbərliyi və ekspertlər bu təlimlərə barmaqarası münasibət göstərmişdi. Sonradan məlum oldu ki, bu təlimlərdə tətbiq edilən silahlar və mübarizə metodları qısmən 2016-cı ilin yaz əks-hücum kampaniyasında istifadə edilib. Təlimlərdən narahatlığını ifadə edən nazirlik sözçüsü Artsrun Ovanisyan isə Ermənistan ordusunun mövcud vəziyyətindən tam xəbərdar olan azsaylı vəzifəli şəxslərdən biridir. Bəzilərinin düşündüyü qədər sadəlövh adam da deyil. O yaxşı anlayır ki, Paşinyan hər dəfə yeni bir bəyanat verməklə danışıqlar prosesini dalana dirəyib, danışıqlar prosesinin baş tutması belə təhlükə altındadır, görüşlər və müzakirələrin limiti sonsuz da ola bilməz, münaqişənin qansız-qadasız, sülh yolu ilə nizamlanması üçün Azərbaycan əlindən gələni artıqlaması ilə edib və bundan artığına hazır deyil. Lakin Ermənistan tərəfi son aylarda bütün səviyyələrdə verdikləri bəyanatlarla sanki Azərbaycanı öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatları bərpa etməyə təhrik edir. Müharibənin başlaya biləcəyi ehtimalı getdikcə artır. Bu baxımdan Bakının hərbi əməliyyatları bərpa etməkdən başqa çıxış yolu da qalmayıb. Bunu anlayan Ovanisyanda qüvvələrin döyüş say tərkibi barədə dəqiq məlumatlar da mövcuddur. Bəzi parametrlərdə 1:5, bəzilərində isə daha yüksək, məsələn YARS-larda 1:8 nisbəti əməliyyatlar bərpa ediləcəyi təqdirdə Ermənistan ordusuna daha faciəli sonluq vəd edir”.
Eyni fikri beynəlxalq məsələlər üzrə rusiyalı ekspert  Yevgeni Mixaylov da bölüşür. Təlimlərin Ermənistana ciddi xəbərdarlıq olduğunu vurğulayan Mixaylov Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin tarixində ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin də sülhə xidmət etmədiyini bildirir. Mixaylovun fikrincə, işğal edilmiş ərazilərdə iclasın keçirilməsi vəziyyətin destabilizasiyasına yönələn qeyri-adekvat addımdır: “Buna görə də İrəvan Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal olunmuş ərazilərdə keçirirsə, bu, məhz destabilizasiyaya yönələn addımdır və Azərbaycan tərəfinin bundan sonrakı addımları da şəraitə uyğun şəkildə ola bilər. Bu isə işğal edilmiş ərazilərdə nəzarətin qaytarılması üçün tammiqyaslı müharibəyə hazırlıq anlamına gəlir”. Onun sözlərinə görə, Paşinyanın münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun irəli sürdüyü əsasları istənilən istiqamətə təhrif etmək və ya redaktə cəhdləri artıq uzun müddətdir dünyanın geosiyasi paytaxtlarında allergik reaksiya doğurur: “Aydındır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanın faktiki olaraq onların etimadı ilə oynamasından və demək olar ki, vaxtı qalmayan Ermənistanın vaxt udmağa çalışmasından yorulub. Mən Qarabağ probleminin sülh yolu ilə həlli üçün vaxtı nəzərdə tuturam. Bütün maraqlı tərəflərin artıq çoxdandır ki, ən azından bufer zonadakı işğal olunmuş rayonların qaytarılmasını gözləməsi sirr deyil, ancaq bu baş vermədi”.

Ekspert Nikol Paşinyanın liderliyindəki Ermənistanın siyasi rəhbərliyinin bilərəkdən qarşıdurmaya getməsi təəssüratının yarandığını qeyd edib: “Onlar üçün nə qədər erməni əsgərinin ölməsi vacib deyil. Mənim fikrimcə, onlar üçün Paşinyanın komandasının hakimiyyətə gəlməsini maliyyələşdirən Qərbdən olan tərəfdaşlarının bəzi tapşırıqlarını yerinə yetirmək daha vacibdir”. Mixaylovun fikrincə, məsələ ilə bağlı rəsmi Moskvanın mövqeyi tamamilə şəffafdır: “Bütün bu oyunlar regionda Azərbaycanı özü üçün stabil və etibarlı tərəfdaş hesab edən Rusiyaya gərək deyil. Başqa çıxış yolu qalmayacağı halda, Azərbaycanın başladacağı antiterror əməliyyatı kəskin diplomatik tədbirlər görülməsinə səbəb olmayacaq. Fikrimcə, Moskva qısamüddətli əməliyyata göz yuma bilər. Bundan əlavə, təəccüblənən dünya ictimaiyyəti sülh yolu ilə torpaqların qaytarılması ilə bağlı razılığa gələ bilmədiyi üçün Paşinyan hakimiyyətini töhmət altında qoyacaq. Özünü nüfuzlu göstərməyə çalışan İrəvanın bir tərəfdən digərinə qaçmasına baxmaqdan hər kəs təngə gəlib. Vaxt bitib, artıq yaxın həftələrdə razılaşmağın vaxtı çatıb, yoxsa Bakı nümayişkaranə hücum xarakterli təlimlərini boş yerə keçirmir”.

Aydındır ki, erməni tərəfi lazımi nəticə çıxarmasa, təlimlərin praktiki döyüş mərhələsinə keçməsi də qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ