Bazar günü günü, 08 noyabr 2026
     

Hədəfdəki bütövlük, erməni qucağı və xainin bəzəkli təqdimatı…

Image


Dövlətə qarşı xəyanət yolunu tutduğunu ən müxtəlif formalarda nümayiş etdirmiş və təxribatçı davranışlarına görə saxlanaraq məsuliyyətə cəlb edilmiş erməni agenturasının “parlaq” nümayəndəsi Faxrəddin Abbasovun ermənilərin təşkil etdiyi tədbirdəki çıxışını xeyli əvvəl dinləmişdim. Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm…

Azərbaycan vətəndaşının ermənilərin arasında oturub (!) Qarabağın işqal olunmasına haqq qazandırmasına tamaşa etmək, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması istiqamətində iş apardığına dair dediklərini dinləmək əməlli-başlı işgəncə idi… Bu yaramaz adam Azərbaycanın halal torpaqlarının işğal faktını dəstəkləyən ifadələr dilə gətirməklə, həm də ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərə haqq qazandırırdı…

Şübhə eləmirəm:

Faxrəddin adlı bu ünsür, azərbaycanlıların başına gətirilmiş müsibətlərə görə ermənilərə minnətdar olacaq qədər alçaqdır!

Tərəddüdsüz deyirəm:

O, Xocalı soyqırımına görə erməni terrorçularının əlindən öpməyə hazır olan şərəfsizdir!

Faxrəddin Abbasov Azərbaycanı parçalamaq, ölkədə qarşıdurma meyllərini gücləndirmək və milli zəmində qarşıdurmalar yaratmaq üçün görəvləndirilib. Ermənilərə hər şeyini satmış bu agent vətən xaini Ələkrəm Hümbətovun tərtib etdiyi bölücülük proqramlarının fəal iştirakçısı və təbliğatçısıdır. Elə zənn edirdi ki, Azərbaycan dövlətinin əli ona çatmayacaq. Budur, dövlət baba ona dil uzadan xaini – erməni xüsusi xidmət orqanlarının agentini məhşər ayağına çəkib. Ortada ağır cinayət əməlləri var və inanırıq ki, Faxrəddin Abbasov layiq olduğu cəzanı alacaq.

Diqqət yetirilməli olan başqa bir məqam erməni agentinin müdafiəsinə qalxanların kimliyi ilə bağlıdır. Yox, ermənilərə işarə etmirəm. Onların xüsusi bir kampaniyaya başlamasında təəccüblü heç nə yoxdur. Aydın idi ki, ermənilər öz adamlarının həbsini “milli ayrıseçkilik və milli azlıqlara təzyiq” nümunəsi kimi qiymətləndirəcəklər. Bu gün erməni saytlarında Faxrəddin Abbasovun müdafiəsinə həsr olunmuş yazılara, Azərbaycana, Azərbaycan dövlətinə nifrət edən Ələkrəm Hümbətov kimi xainin bəyanatlarına rast gəlinirsə, burada tam bir qanunauyğunluq var. Bəs yaxşı, bizim müxalifət nümayəndələrinin davranışlarına nə ad verək? Əli Kərimlinin təbliğatı ilə məşğul olanların narahatlığını necə dəyərləndirək? Məsələn, Milli Şuraya yaxınlığı ilə seçilən, dövlətə qarşı yönəlmiş kampaniyalarda “videoblogger” qismində iştirak edən Azər Kazımzadə və onunla eyni “məfkurəni” bölüşən Ataxan Əbilov vətən xaini Faxrəddin Abbasovu dəstəkləmək həvəsilə paylaşımlar edir, onun həbsindən dərin sarsıntı keçirdiklərini gizlətmirlər. Bu adamlara Faxrəddinin hansı cinayətlərə əl atdığı aydın deyil? Onun ermənilərlə işbirliyində olduğunu göstərən dəlilləri görmürlər? Əlbəttə bilir, görür və buna rəğmən vətən xaininin müdafiəsinə yönəlmiş cəhdlər edirlərsə, deməli, onun fikirlərini və mövqeyini bölüşür, məqsədlərinə şərik çıxırlar.

Qənaətim belədir:

Onlar da dövlətə xəyanət yolunu tutublar və arzuları Azərbaycanı parçalanmış görməkdir. Bunun başqa adı yoxdur – xaini dəstəkləmək xəyanəti dəstəkləmək deməkdir!

Yaxşı, bəs Əli Kərimlinin nəzarətində olan Azadlıq.info-nun, Ələkrəm Hümbətov kimi mayası xəyanətlə yoğrulmuş banditin, Faxrəddin Abbasov kimi erməni agentinin həşəmətli təqdimatına maraq göstərməsini necə qəbul edək? Bu internet resursu öz xəbərlərində Ələkrəmi “siyasi mühacir”, Faxrəddini isə “Talış hərəkatının lideri” kimi təqdim edir.

Soruşuram:

Ələkrəm Hümbətov nə vaxt siyasi fəaliyyətlə məşğul olub? Onun siyasətə dəxli olduğunu göstərən balaca bir fraqmentə istinad edə bilərlərmi? Azərbaycanı bölmək, qondarma respublika yaratmaq məqsədilə dövlətə silah qaldırmış cinayətkar nə vaxtdan siyasətçi hesab olunur? Onun hazırkı fəaliyyətini görmürlərmi, bölücülüyə hesablanmış çağırışları qulaqlarıına çatmırmı? Yaxud Faxrəddin Abbasovu “talış hərəkatının lideri” kimi təqdim edərkən heçmi vicdanları sizlamır? Bu yaramazları talış qardaşlarımız da lənətləyərkən, Milli Şura ruporlarının 3-5 nəfər juliki “hərəkatçı” qismində qələmə verməsi də elə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığın dəstəklənməsinə işarə deyilmi? Dövlətə qarşı açıq düşmənçilik aparan, erməni agenturasının xüsusi tapşırıqlarını yerinə yetirən ünsürlərlə də əməkdaşlığa getmək “vacibatını” müxalifətçiliyin fəlsəfəsinə kim yazıb?..  Qərəz, uzatmayım, qısası belədir:

Kim Faxrəddin Abbasovu dəstəkləyib ona “siyasi məhbus”, “vicdan məhbusu”, “siyasətçi”, “müxalifətçi” deyəcəksə, erməni agenti ilə məsləkdaş olduğunu etiraf etmiş olacaq! Belə təqdimatlarla çıxış edənlərin Faxrəddindən, Ələkrəmdən elə bir ciddi fərqi ola bilməz!

Unutmayaq:

Hədəfdə Azərbaycanın bütövlüyüdür…

Nicat DAĞLAR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ