Leyla Yunusdan və onun kimi tanıdığımız qrupdan hər şey görmüşdük, eşitmişdik. Ancaq bu qədərini təsəvvür etmirdik. İnsanda özünün vətəndaşı olduğu ölkəyə, onun əsas etnosuna düşmənçilik nə qədər olarmış? Aqressiyanın hər ötən gün çoxalmasının bir adı var və ya təsdiqlənir ki, belələrinin “canı canımızdan, qanı qanımızdan” deyil, əsla!
Bir daha Milli Şura, Əli Kərimli, digər radikallıq təmsilçiləri baxsınlar ki, kimləri müdafiə edirlər, kimlərlə bir sırada dayanırlar... İnanmazsınız – ermənilərlə, ermənilərin mənafeyini müdafiə edənlərlə - məsələn, Leyla Yunus kimi birisi ilə...
Şəklə diqqətlə baxın. Əlimizə təsadüfən keçdi.
Artıq xəbər verdiyimiz kimi, bu günlərdə ermənilər Avroparlamentdə “ermənifobiya” ilə bağlı guya beynəlxalq konfrans keçiriblər. Məqsədləri bu olub ki, dünyaya guya Türkiyə və Azərbaycanda “ermənifobiyanın” baş alıb getdiyini nümayiş etdirsinlər. Orada Türkiyədən olan ermənisifətlər də iştirak edib. Təəssüf ki, adını azərbaycanlı qoymuş erməni xislətlilər də orada görünüb. Mikrofon qarşısında danışan məşhur Leyladır. İngilis dilində, ya hansı dildə danışdığını bilmirik. Ancaq şəkildəki yazı ingilis dilindədir. Zatən Leyla Yunus Azərbaycan xalqının dilindən başqa bir çox dilləri öyrənib, öyrəndiklərini bizə qarşı hər düşən fürsətdə səxavətlə tətbiq edir. Yazının baş cümləsini ingilis dilindən belə tərcümə etdik:”Ermənifobiya” Azərbaycanda təhsilin tərkib hissəsidir”. Sonra bu cümlələr gəlir:”On illərdir uşaqlara öyrədilir ki, azərbaycanlıların düşmənləri xristianlar və ermənilərdir”.
Leyla Yunus Ermənistanın maraqları naminə Azərbaycan xalqına, bütün Türk dünyasına qarşı hələlik son düşmənçiliyini bu cür etdi. Görək, bundan sonra Milli Şura radikalları Leyla Yunusu hansı adla müdafiə edəcək...
Tahir TAĞIYEV