Bazar günü günü, 08 noyabr 2026
     

Faşizm üzərində 9 may qələbəsindən cəmi 10 saat sonra Bakıda ucaldılmış dünyada ilk “Zəfər Tağı” abidəsini kimlər yerlə yeksan etdi…

Image


Böyük Vətən Müharibəsində qazanılan cahanşümul qələbənini şərəfinə bütün dünyada ilk dəfə yaradılan Zəfər Tağı Bakıda ucaldılıb.

Dünyanın hərb tarixinə dair ensikopedik nəşrlərin verdiyi məlumata görə, tarixi hadisələrin və əlamətdar günlərin şərəfinə təsviri sənət və memarlıq abidələri, ehram, heykəl, hüzn sütunu, obelisk, sərdabə, türbə, movzoley və zəfər tağı ucaltmaq ənənəsinin əsası hələ eramızdan xeyli əvvəl qoyulub. Həm də zəfər darvazası adlanan monumental memarlıq kompozisiyasının ilk nümunələri qədim Romada yaradılıb, onlar heykəl, reluef və xatirə yazıları ilə bəzədilib. Sonrakı dövrlərdə Parisin Karruzel (1806), Ulduz (indiki de Tall) (1806-1837), Moskvanın Kutuzov prospektində (1833) məşhur zəfər tağları açılıb və nəsillərin əbədi ziyarətgahına çevrilib.

XX əsrdə isə milli təşəxxüs və sonsuz fərəh hissi doğuran belə bir möhtəşəm və əlamətdar hadisə Böyük Vətən Müharibəsinin tarixi qələbə ilə başa çatması xəbəri verilən günün səhəri Bakıda baş verib.

Bakıda açılan Zəfər Tağı bəşəriyyəti faşizm vəbasından xilas etmək üçün canından keçərək şəhidlik zirvəsinə yüksələn milyonlarla vətən övladımızın şərəfinə bütün dünyada ilk dəfə ucaldılan sənət abidəsi kimi xalqımızın şanlı tarixinə həkk olunub.

Yada salaq ki, Bakıda bu möhtəşəm Zəfər Tağı memarlıq kompleksi açılan zaman faşistlərin qəddarlıq və  vəhşiliyi üzündən 4 milyondan çox insanın məhv edildiyi bəşər naləsi eşidilən Osventsim ölüm düşərgəsi, buradakı qaz kameraları və krematoriyalar, milyonlarla igid döyüşçünün əbədi uyuduğu Çexoslovagiyanın Lidetse, Ukraynanın Babit-yar ölüm düşərgələri, Belarusun Xatın meşəsindəki kütləvi qəbirstanlıq artıq bütün dünyaya bəlli idi.

Lakin 1946-cı ilin sonlarına kimi bu ölüm düşərgələrində milyonlarla döyüşçünün vəhşicəsinə məhv edildiyi ölkələrdə - nə Polşanın, Fransanın. Macarıstanın, nə də adı çəkilən sovet respublikalarının ərazilərində xatirə abidələri hələ yaradılmamışdı.

Tarixin acı istehzasına və zamanın qəribə gərdişinə bax ki, 416-cı Azərbaycan milli diviziyası 1945-ci ilin ilk may günlərində şanlı qələbə ərəfəsində məğlub Almaniyada Berlin ətrafındakı Brandenburq şəhərinin darvazası və qala divarını darmadağın edərək canavar yuvası Reyxstaqa birbaşa yol açarkən necə əzm göstərmişdisə, Azərbaycan fəhlələri,  mühəndisləri, memarları və arxitektorları da eyni fədakarlıqla çalışaraq qalib ölkənin nefti cənubundakı Bibiheybət qəsəbəsinin qarşısından keçən indiki Bakı-Astara magistralının üstündə bütün dünyada tarixi qələbəyə ilk dəfə həsr olunmuş Zəfər Tağının qurulub başa çatması üçün eyni əzmlə çalışıb, əlamətdar günü layiqincə əbədiləşdirməyə nail olmuşdu.

Qanlı döyüş cəbhələrindən qayıtmayan, Avropa qitəsinin torpaqlarındakı saysız-hesabsız qardaşlıq qəbiristanlıqlarında əbədi uyuyan xilaskar döyüşçülərin əziz və unudulmaz xatirəsini əbədiləşdirən bu möhtəşəm memarlıq abidəsinin qurulub başa çatması xəbəri bütün ölkədə ildırım sürətilə yayıldı.

O zaman “Kommunist”, “Bakinski raboçi” və “Vışqa” qəzetləri öz səhifələrində dərc etdikləri “Bakının girəcəyində Zəfər Tağının açılışı” adlı məlumatda yazırdılar: “Bakının Stalin rayonunda, cənab tərəfdən şəhərin girəcəyinə daş yol üzərində böyük bir Zəfər Tağı tikilmişdir.

14 metr hündürlüyü olan bu möhtəşəm tikinti qranit dayaqlar üzərində Bakının ağ daşından inşa edilərək qabartma Azərbaycan naxışları ilə bəzədilmişdir.

Tağın qarşısında, şəhərə girən tərəfdə cilalanmış tünd boz təməl üzərində heykəllər qoyulmuşdur. Tağın başında bayraqlar arasında Azərbaycanın dövlət gerbi görünür. Tağın içəri hissəsi qabartma bəzəkləri zinətləndirilmişdir. Bu gözəl tikintinin ətrafı abad edilir və yaşıllaşdırılır.

Mayın 10-da abidənin təntənəli açılışına nefçilər, ziyalı nümayəndələri, evdar qadınlar, məktəblilər, Qızıl ordu və Hərbi-Dəniz Donammasının döyüşçü və zabitləri, partiya və sovet işçiləri gəlmişdilər.

Mitinqin sonunda Azərbaycan SSR XKS sədrinin müavini İslamzadə yoldaş Tağın sütünları arasında asılan qırmışı lenti kəsdi. Sover ittifaqı himninin təntənəli sədası bu gözəl abidənin açıldığını bildirdi”.

Bu məlumata əlavə olaraq onu da deyək ki, Zəfər Tağının ucaldılmasının sona çatdığı günlərdə Bakıda o zamankı Xalq maarif komissarı Mirzə İbrahimovun göstərişilə Böyük Vətən Müharibəsi illərində mövsümi işlərdə kolxoz və sovxozlarla fəal kömək edən əlaçı aşağı sinif şagirdlərinin toplantısı keçirilirdi. Bu sətirlərin müəllifi xoş bir təsadüf nəticəsində Zəfər Tağının açılışının iştirakçısı və şahidi olub. Həmin gün toplantı iştirakçılarını səhər yeməyindən sonra avtobuslara mindirib abidənini açılış mərasiminə gətirərək, iki aşırımlı Zəfər Tağının önündə sıraya düzdülər.

Abidənin sağ tərəfindəki Tağın üzərində körpəni od-alov içərisindən çıxarıb anasına verən igid əsgəri təsvir edən mənzərə çox təsirli və möhtəşəm idi. Zəfər Tağının son aşırımının üzərində isə neft buruqları və Bakı nefti təsvir olunmuşdu.

Növbə məktəblilərə çatan zaman lap önə keçib Səməd Vurğunun “Şeirim tez axtarıb tapsın onu”, “Qardaşım Məzahir Həmid oğluna” epiqrafı ilə başlanan “Qəhrəman hünəri” şeirini ucadan söyləyib yerimə keçərkən gözü yaşlı ağ saçlı bir qadın əlimdən tutaraq həsrətlə soruşdu: Ay oğul, görəsən bu qəhrəman sağdırmı?! Bu zaman mən əlimi Zəfər Tağının üzərində həkk olunmuş xilaskar əsgərə tərəf uzadaraq bütün uşaqlarla birgə həyəcanla dedim: Qəhrəmanlar ölmür ay ana, onlar əbədi yaşayırlar!

Cahanşümul 9 May qələbəsindən cəmi 10 saat sonra qalib ordunun şərəfinə bütün dünyada ilk dəfə Bakıda ucaldılan bu tarixi Zəfər Tağı 1945-ci ildən əsrin 90-cı illərinə kimi nəsillərin ziyarətgahı oldu. Lakin çox acı təəssüflər olsun ki, möhtəşəm abidə keçən əsrin doxsanıncı illərində qısa bir müddətdə hakimiyyətdə olan cəbhəkratlar tərəfindən dağıdılaraq yerlə yeksan edildi. Beləliklə, vaxtilə xalqımızın zəfər tarixinə qızıl hərflərlə cızılmış abidənin bu gün izi-tozu da qalmayıb.

Allaha şükürlər olsun ki, bu gün ölkəmizə əllərindən yalnız soyğunçuluq və söküb dağıtmaq gələn eybəcər məxluqlar - cəbhəkratlar, radikal müxalifətçilər və başqa vətən dəllalları deyil, titanik quruculuq fəaliyyəti ilə bütün dünyada böyük nüfuz sahibi kimi tanınan, sayılan və seçilən müdrik Prezident İlham Əliyev başçılıq edir.

Ona görə də möhkəm əminik ki, Böyük Vətən Müharibəsi qələbəsinə, müharibə veteranlarına ən ali münasibətini sədaqətlə davam etdirən Prezident İlham Əliyev milli mədəniyyətimizə və şərəfimizə qarşı yad ürəkli, bəd əməlli qarayaxa adamlar tərəfindən törədilən bu ağır fənalığın da tezliklə aradan qaldırılması üçün sərəncam verəcək.

Yeri gəlmişkən onu da deyək ki, keçən il MDB ölkələri başçılarının Bişkek sammitində məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi və təşəbbüsü ilə Böyük Vətən Müharibəsinin şanlı 75 illiyinə geniş şəkildə hazırlıq görmək haqqında məsələ müzakirə olunub və deməli, qərar qəbul edilib. Bu isə həm də o deməkdir ki, yaxın gələcəkdə postsovet məkanında xilaskar ordunun şərəfinə neçə-neçə yeni abidələr, monumentlər, heykəllər, hüzn sütunları ucaldılacaq, barelyeflər, obelikslər, məbədlər, ehramlar, xatirə lövhələri qurulacaq və Bakının cənub girəcəyində vaxtilə yaradılan məşhur Zəfər Tağı yenidən nəsillərin qürur məbədinə və müqəddəs ziyarətgahına çevriləcək.

Fazil MƏMMƏDOV,
Veteran jurnalist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ