Bazar günü günü, 08 noyabr 2026
     

Köçəryandan Paşinyana dəqiq “Qarabağ zərbəsi” – “mövqeyi yoxdur”...

Image


Elşən Həsənov: “Onların bundan başqa yolu qalmayıb”

 

Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadan “168 saat” qəzetinə verdiyi müsahibədə deyib ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan yaxasını kənara çəkməsi ona çox şübhəli görünür.

Köçəryan indiki hakimiyyətin Qarabağı qaytarmaq niyyətində olduğunu istisna etmir və hədələyir ki, harada olmasından asılı olmayaraq, buna imkan verməyəcək: “Paşinyan hansı izahatla maskalansa da, danışıqlar şübhəsiz ki, gedir. Şübhələri isə danışıqların özü yox, baş nazirin bundan yaxasını kənara çəkmək səyləri yaradır”.

Onun sözlərinə görə, indiki hakimiyyətin Qarabağ nizamlanmasına dair mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək səslənməyib və məhz bu məqam narahatlıq yaradır: “Mövqeyini formalaşdırmadan uğurlu danışıqları necə aparmaq olar? Danışıqlar oturub söhbət etmək deyil, əldə edilmiş uğurları möhkəmləndirmək alətidir. Qarabağ nizamlanmasında bir sıra prinsipial məqamlar var və hakimiyyət danışıqları başlamazdan əvvəl onların barəsində dəqiq yanaşmalara malik olmalıdır”.

Ermənistanın eks-prezidentinin və bu ölkəni 20 il idarə etmiş kriminal-hərbi rejimin əsas simalarından birinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanı “asanlıqla aldadıb”. Çünki Düşənbədə keçirilmiş “lift danışıqları” 2016-cı ilin aprel müharibəsindən sonra çətinliklə əldə edilmiş Vyana və Sankt-Peterburq razılaşmalarını “dəfn edib”.

Köçəryan deyir ki, erməni tərəfi güzəştlər baxımından Azərbaycanda və həmsədrlərdə münaqişənin həllinə dair “yüksək ümidlər” yaradıb. Ona görə də Minsk Qrupunun növbəti təklifi “xoş olmaya bilər”.

Köçəryanın fikrincə, ictimaiyyət Paşinyanın Qarabağa dair hər addımını izləməli və onun ziddiyyətli bəyanatlarına inanmamalıdır.

Göründüyü kimi, Köçəryan bu müsahibəsində əsasən Paşinyanın Qarabağla bağlı danışıqlardakı mövqeyini tənqid edib və ən əsası da onun mövqe ortaya qoymadığını dilə gətirib. Azərbaycan tərəfi də Paşinyanı konkret olmamaqda və mövqesizlikdə dəfələrlə günahlandırıb. İndi, görünür, bizim iradlarımızla Ermənistanda da razılaşmağa başlayıblar. Köçəryanın bildirdiyi iradlardan daha hansı nəticəni çıxara bilərik?

Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Köçəryan müsahibəsində yalnız irad bildirməyib: “Eks-prezident, eyni zamanda, Paşinyanı hədələyib. Dağlıq Qarabağla bağlı mövqe ortaya qoymamaqda onu günahlandırıb. Düzdür, bu irad məsələsində bizimlə onun fikirləri arasında bənzərlik ola bilər, ancaq mahiyyət tamamilə başqadır. Biz Paşinyanı konstruktivlik ortaya qoymadığı səbəbindən mövqesizlikdə günahlandırırıq. Köçəryan isə onun Qarabağ məsələsində hansısa güzəştə gedə biləcəyindən narahatdır. Buna görə ortaya mövqe qoymasını istəyir. Köçəryanın fikirlərindən bu nəticəyə gəlirik ki, o, Paşinyandan Azərbaycana daha sərt cavab verməsini istəyir. Bütün bunlar göstərir ki, Ermənistan siyasətində Qarabağ kartı bir şantaj vasitəsinə çevrilib. Paşinyan doğrudan da çıxılmaz durumda qalıb. Güzəştə getməyəcəyi təqdirdə ölkəsi aclıq və səfalətdən qurtula bilməyəcək və o, verdiyi vədlərin heç birini həyata keçirə bilməyəcək. Güzəştə gedəcəyi təqdirdə isə keçmiş kriminal rejimin təzyiqləri ilə üzləşməli olacaq. Köçəryanın fikirləri bir daha təsdiq edir ki, devrilmiş kriminal rejim Qarabağ kartından istifadə edərək revanş götürməyə çalışır. Bu günlərdə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da belə cəhdlər haqda danışaraq, demişdi ki, keçmiş kriminal rejim ölkədə xaos yaradıb Paşinyanın hökumətini devirsə, Qarabağ da əldən gedəcək, Ermənistanın özü də. Ancaq Ermənistanda hakimiyyətdə kimin olmasına baxmayaraq, zaman Qarabağ məsələsinin həllini tələb edir. Artıq beynəlxalq qurumlar, vasitəçi ölkələr də tərəflərdən konkret mövqe tələb edirlər. Azərbaycanın mövqeyi bəllidir, Ermənistan isə hələ də yayınmağa çalışır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, hakimiyyət konkret addımlar atmalıdır ki, münaqişə həll edilsin. Belə olmayacağı təqdirdə, Azərbaycan öz gücünə ərazilərini işğaldan azad etmək yolunu seçməyə məcbur qalacaq. Yaxşı olardı ki, erməni siyasilər bir-birini Qarabağ kartı ilə hədələməklə yox, onun həlli ilə bağlı polemikalara girişsinlər. Onların bundan başqa yolu qalmayıb”.

Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ