Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən növbəti görüşündən sonra daha dəqiq şəkildə bəlli olacaq. Belə bir görüşün olacağına dair məlumat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatında da öz əksini tapıb. Burada bildirilir ki, Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər. Bəyanatda qeyd olunur ki, liderlər Minsk Qrupunun yaxın vaxtlarda görüşmək təklifini qəbul edib.
Məhz gözlənilən bu görüşdən sonra Ermənistanın Qarabağ münaqişəsinin çözümü üçün hansı yolda maraqlı olduğu daha dəqiq formada bəlli olacaq. İndilikdə verilən rəsmi açıqlamalardan belə bəlli olur ki, İrəvan qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməklə danıшıqlar prosesinə ciddi xələl gətirə bilər. Məsələn, iшğalçı ölkə zəbt edilmiш ərazilərdə yaradılan separatçı rejimi hələ də danıшıqlarda tərəf kimi görmək niyyətindən vaz keçmir. Bunu növbəti dəfə Ermənistanın xarici iшlər naziri Zöhrab Mnatsakanyan da təsdiq edib. Mnatsakanyan baш nazir Nikol Paшinyanın hakimiyyətə gəliшindən bu yana tez-tez səsləndirdiyi tezisi təkrarlayıb. O, Paшinyanın həqiqətən Dağlıq Qarabağın adından danıшmaq üçün “mandata malik olmadığını” vurğulayıb. Amma bununla belə əlavə edib ki, danıшıqlar ötən ilin yayından bəri heç vaxt dayanmayıb və xarici iшlər nazirləri bir neçə dəfə görüшüblər. O cümlədən, Nikol Paшinyan Azərbaycan prezidenti İlham Əliyevlə üç dəfə qeyri-rəsmi təmasda olub, müzakirələr aparıb. Mnatsakanyan bildirib ki, hazırda danıшıqlar hər hansı sənəd, nizamlama variantı üzərində aparılmır: “May ayından baшlayaraq biz bir an da olsun danıшıqlar prosesini ləngitməmiшik”.
Beləliklə, Zöhrab Mnatsakanyan təcrübəli diplomat olsa da, Nikol Paшinyanın Qarabağa dair populist və absurd mövqeyini əsaslandırmaqda aciz qalıb. Bir tərəfdən o deyir ki, Paшinyan ancaq Ermənistan sakinlərinin adından danıшa bilər və Dağlıq Qarabağ ermənilərinin adından danıшmaq üçün mandata sahib deyil, digər tərəfdən isə danıшıqların bir an da olsun ləngimədiyini, Azərbaycan tərəfi ilə həm ölkə rəhbərliyi, həm xarici iшlər naziri səviyyəsində müzakirələrin getdiyini bildirir. Bütün bunlar Ermənistanda Qarabağ məsələsinə dair hələ də tam qəti bir mövqenin formalaшmadığını göstərir. Digər tərəfdən xatırlatmaq lazım gəlir ki, rəsmi Bakı lap əvvəlcədən bəyan edib ki, Dağlıq Qarabağdakı separatçı rejimin danıшıqların tərəfi kimi masa arxasına gətirilməsi cəhdləri bəri baшdan iflasa məhkumdur və Azərbaycan bunu heç vaxt qəbul etməyəcək.
İndi ölkə rəhbərlərinin gözlənilən növbəti görüшü zamanı bu məsələyə tam aydınlıq gətirilməsi gözlənir. İrəvan bu sərsəm mövqeyindən geri çəkilməzsə, danıшıqların iflasa uğrayacağını bəri baшdan söyləmək olar və bunun alternativinin savaш olması da heç kimə sirr deyil. Yeni mümkün Qarabağ savaшının baшlanması isə indiki vəziyyətdə regionda maraqları olan ABŞ, Rusiya kimi böyük güclərə də sərf etmir. Elə bu səbəbdən indi həmin ölkələrin də İrəvana müəyyən dərəcədə təzyiqləri müшahidə olunur. Xüsusən də ABŞ-ın nəzərəçarpacaq dərəcədə fəallaшması özünü qabarıq шəkildə büruzə verir. Xatırladaq ki, son dövrlərə qədər ABŞ bu prosesdə özünü arxa plana atmıшdı. Amma ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərindən sonra Vaшinqtonun məsələyə yanaшmasında dəyiшiklik hiss olunur. Məsələyə növbəti dəfə münasibətini açıqlayan ABŞ Dövlət Departamenti bəyan edir ki, Vaшinqton əvvəlki kimi Dağlıq Qarabağ münaqiшəsi tərəflərinə problemin dinc həlli yollarının axtarıшına kömək etməyə sadiqdir. Dövlət Departamentindən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatına əsaslanaraq qeyd olunub ki, Birləшmiш Ştatlar həmsədr kimi tərəflərə Dağlıq Qarabağ münaqiшəsinin dinc və davamlı həlli yollarını tapmağa kömək etmək iшinə sadiq olaraq qalır. Rus politoloq Sergey Markedonovun fikrincə, Vaшinqtonun fəallığı təsadüfi deyil və hadisələrin bu cür inkiшafı Cənubi Qafqazdakı vəziyyəti prinsipial шəkildə dəyiшə bilər: “İndiyə qədər bir çox amerikalı ekspertlər hesab edirdi ki, Vaшinqtonun bu regiona marağının itməsi nəticəsində avtomatik olaraq ABŞ Cənubi Qafqazda öz təsirini itirməyə baшlayıb. Lakin Vaшinqtonun yeni geostrateji maraqları regionda, o cümlədən Dağlıq Qarabağ münaqiшəsində yeni yanaшmaları ortaya çıxmaqdadır. Özünün qlobal enerji layihələrini həyata keçirən Bakı Avropanın enerji təhlükəsizliyinin qarantı kimi həmiшə Vaшinqtonla əməkdaшlıq edib. Bundan irəli gəlir ki, Bolton Dağlıq Qarabağ münaqiшəsinin həlli ilə bağlı konkret irəliəlyiшlər istədiklərini bildirib. Çünki ABŞ çox gözəl dərk edir ki, bu münaqiшənin həlli onun regiondakı maraqları baxımından vacibdir”.
Məhz belə bir vaxtda ABŞ-dan Nikol Paшinyana iшğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırıшı edilib. ABŞ Beynəlxalq İnkiшaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paшinyanı Azərbaycanın iшğal edilmiш ərazilərində yaradılmıш separatçı rejimə qarшı cinayət iшini açmağa çağırıb. Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paшinyana danıшıqlar masasında elastiklik imkanı verəcək: “Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaшdırmalı və onlara qarшı cinayət iшi açmalıdır. Qarabağda qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqiшənin həlli üçün müzakirələrin aparıldığı danıшıqlar masasında elastiklik imkanı tanıyacaq. Paшinyan müəyyən addımları atdı, artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaшdırılmasına hazırlıq haqqında danıшıqlar baшlamalıdır” .Cenninqsin fikrincə, bu addımlar Paшinyana müəyyən dividendlər gətirəcək: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarшılığında Ermənistana bir sıra beynəlxalq təшəbbüslərə, misal üçün, Bakı-Tiflis-Qars dəmir yoluna qoшulmaq icazəsi verəcək. Bundan baшqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”.
Ekspertlər hesab edir ki, okeanın o tayından belə çağrıшlar və ABŞ-ın Qarabağ məsələsində fəallaшması heç də təsadüfi deyil. Vaшinqton bölgədə mövqelərini möhkəmləndirmək üçün Qarabağ münaqiшəsinin çözümünün onun üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etdyini yaxшı baшa düшür. Məhz bu fonda ABŞ-ın qarшıdakı dövr ərzində daha aktiv Qarabağ siyasəti aparması və İrəvana bu xüsusda təzyiqlərini artırması gözlənir. Gözlənir ki, ABŞ hakimiyyətə gəlməsinə böyük dəstək verdiyi Nikol Paшinyanla Qarabağ təmaslarını daha da artıracaq. Yeri gəlmiшkən qeyd edək ki, Prezident İlham Əliyevlə Nikol Paшinyanın görüшünün ABŞ-da keçirilə biləcəyi deyilir. Görüш baш tutarsa, bu, Azərbaycan və Ermənistan rəhbərliyinin Minsk Qrupu formatında ilk təması olacaq. Azərbaycan və Ermənistan rəhbərlərinin görüшməyə hazırlaшdığı ərəfədə Minsk Qrupunun keçmiш amerikalı həmsədrləri – Riçard Hoqland və Ceyms Uorlikin fəallaшması və Rusiyanın indiyə qədər inkar etdiyi “Lavrov planı”nın mövcud olduğunu dilə gətirməsi də təsadüfi sayılmır. Bu ehtimal etməyə imkan verir ki, Vaшinqton Dağlıq Qarabağ münaqiшəsinin həlli prosesində tam fəal olmağı düшünür.
Rus politoloq, tarixçi Oleq Kuznetsov isə bildirir ki, ABŞ Qarabağ məsələsində İrəvana əhəmiyyətli dərəcədə təzyiqlər göstərə bilər: “Məsələn, ABŞ Konqresi Ermənistana müəyyən sanksiyalar tətbiq etməklə ciddi təzyiqləri iшə sala bilər. Belə sanksiyalar üçün, əslində, ABŞ-ın əsasları da var. Ermənistan müdafiə nazirinin müavini David Paxçanyanın Moskva səfəri zamanı “Rosoboroneksport” və Rusiya Hərbi Texniki Əməkdaшlıq üzrə Federal Xidmətin rəhbərliyi ilə görüшərək, bir sıra müqavilələr imzalaması ABŞ-a bu əsasları verir. Bu müqavilə əsasında Ermənistana bir sıra məhsulların tədarükü həyata keçiriləcək. Rusiya ilə hərbi əməkdaшlıq edən ölkələrə isə ABŞ sanksiyalar tətbiq edə biləcəyini əvvəldən bəyan edib və bunu İrəvan da bilir. Amma ABŞ siyasi vəziyyətə uyğun olaraq tənzimlənə bilən bir struktura malikdir. Bu halda isə Ermənistan üçün siyasi baxımdan o qədər də xoш olmayan bir hadisə baш verəcək: beləliklə, Birləшmiш Ştatlar bütün dünyaya nümayiш etdirəcək ki, rəsmi İrəvan iki sahibin nökəridir – Rusiya Federasiyası və ABŞ-ın. Əslində, bu elə indinin özündə də шübhə doğurmur. İkinci variant isə odur ki, ABŞ bu müqaviləni görməzdən gələ bilər. Sözügedən müqavilə ilə bağlı atılacaq növbəti addımda hər шey aydın olacaq”. Politoloq bildirib ki, Qarabağ münaqiшəsi ilə bağlı ABŞ-dan gələn sifariшlərin yerinə yetirilməsi halında Vaшinqton İrəvanla sanksiya dilində danıшmayacaq. Əks təqdirdə, İrəvan hər cür sürprizlərə hazır olmalıdır.
Ekspertlər isə bildirir ki, ABŞ-ın Qarabağ məsələsində belə fəallığı həm də Azərbaycan faktoru ilə birbaшa bağlıdır. Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla birlikdə inkiшaf etdirmək hazırda ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, ABŞ bütün bunların Dağlıq Qarabağ münaqiшəsinin ədalətli həlli fonunda daha yüksək nəticələr verə biləcəyini də yaxшı baшa düшür. Digər tərəfdən, Vaшinqton Azərbaycanla ikitərəfli əlaqələrə artıq daha böyük ölçüdə qlobal geosiyasi dinamika kontekstində baxır. ABŞ-da aydın görürlər ki, Azərbaycanın dünya siyasətinə, təhlükəsizlik məsələlərinə verdiyi töhfələrlə regionun digər iki ölkəsinin cəm halında verdiyi töhfələr müqayisə belə oluna bilməz. Azərbaycan onların cəmindən qat-qat üstün səmərə verir. Bu səbəbdən də Azərbaycanla regionun aparıcı ölkəsi kimi münasibət qurmaq bütövlükdə ABŞ üçün sərfəlidir. Buna istənilən formada nail ola bilmək üçün isə ABŞ Qarabağ münaqiшəsinin ədalətli həllinin tapılmasının zəruri olduğunu da aydın görür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiшafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.