ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin dinc həlli yollarının axtarışına kömək etməyə sadiqdir. Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.
Dövlət Departamentindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına əsaslanaraq qeyd olunub ki, Birləşmiş Ştatlar həmsədr kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc və davamlı həlli yollarını tapmağa kömək etmək işinə sadiq olaraq qalır.