Bazar günü günü, 08 noyabr 2026
     

Daha bir sabiq amerikalı həmsədr Qarabağ nizamlanması prosesindən ilginc açıqlamalar etdi...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində Cənubi Qafqaza böyük maraq göstərən və dünyanın güc mərkəzləri sayılan ölkələrin indi xüsusilə maraqlı olduğu heç kimə sirr deyil. Söhbət indiki halda konkret olaraq ABŞ, Rusiya və Avropa İttifaqından gedir. Onların əsas mövqeyi budur ki, Qarabağ konflikti dinc müstəvidə, özü də mümkün qədər tez həllini tapmalıdır.

Digər tərəfdən, bu qüvvələrə o da yaxşı məlumdur ki, məsələnin çözümü üçün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir və İrəvan artıq əməli addımlar atmalıdır ki, problemin həlli istiqamətində hansısa irəliləyiş əldə olunsun. Əks təqdirdə, regionda böyük dövlətlərin qətiyyən istəmədiyi savaşın başlanması qaçılmaz sayılır. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik də vurğulayır ki, İrəvan mövcud durumda adekvat addım ata bilməlidir.“Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində o bildirib: “İndi yaranmış yeni situasiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar açılır. Belə görünür ki, Prezident İlham Əliyev yeni imkanların açıldığını qəbul edir. Əminəm ki, bu şərtlərdə həmsədrlər iki dövlətin başçıları arasında rəsmi sammitin təşkil edilməsi üzərində işləyir”.

Uorlik qeyd edir ki, rəsmi Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olmaması barədə mövqeləri bölüşmür: “Mən üç il ərzində həmsədr işləyərkən buna dair sübutlarla rastlaşmamışam. Əksinə, Rusiya hökuməti ilə işləmişəm və onların nizamlama işində maraqlı olmasının şahidi olmuşam. Və deyirəm ki, bu məntiqlidir: Rusiyanın dünyada başqa çoxlu problemləri də var və istəməzdi ki, onun sərhədlərinin yaxınlığında, ənənəvi dostları Ermənistanla Azərbaycan arasında münaqişə dərinləşsin”. Yeri gəlmişkən bildirək ki, məsələyə dair növbəti dəfə mövqeyini açıqlayan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da eyni yanaşma sərgiləyib. Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi dəyişməz olaraq qalır:

“Dəhşətli və qanlı Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əzab gətirib. Rusiya bunu həmişə böyük faciə hesab edib və etməkdə davam edir. Mən bir daha Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini təkrarlamaq istəyirəm. Bizim ölkəmiz bu münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı istiqamətində tərəflərə kömək üzrə əhəmiyyətli, çox böyük və həlledici səylər göstərir. Biz bu regiondakı siyasətimiz və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşma kontekstində bundan sonra da məsələyə böyük diqqət ayıracağıq”. Elə Ceyms Uorlik də vurğulayır ki, Moskva Qarabağ münaqişəsinin tərəflərin razılığı əsasında mümkün qədər tez həllini istəyir.  

Qeyd edək ki, bundan əvvəl yenə “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlar prosesi ətrafında vəziyyəti şərh edərkən ATƏT-in Minsk Qrupunun ABŞ tərəfindən keçmiş həmsədri, səfir Riçard Hoqland da çox maraqlı məqamlara toxunmuşdu: “Qarabağ münaqişəsinin tənzimlənməsində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir” . Hoqland onu da  bəyan etmişdi ki, Rusiyada Qarabağ münaqişəsinin tam nizamlanmasında maraqlı olmayan qüvvələr var. Çünki münaqişə nizamlansa Kreml İrəvana və Bakıya mühüm təzyiq rıçaqlarından məhrum olacaq. Lakin o, əks mövqedə olanların mövcudluğunu da dilə gətirmişdi.

Elə Ceyms Uorlik də bildirir ki, Moskva və Vaşinqton, əslində, Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə çalışmaqla bu məsələdə eyni mövqe sərgiləyir. Onun sözlərinə görə, zaman keçdikdə münaqişənin “dondurulması” müşahidə olunmur və o, daha təhlükəli xarakter alır. Ona görə də münaqişəni nizamlamaq zəruridir və Uorlikin qeyd etdiyi kimi, ölkələrin gələcəyini qaranlıq edən buludlardan mümkün qədər tez xilas olmaq lazımdır: “Sizin fikrinizcə, ermənilərin daha bir nəsli bu buludlar altında yaşamağı arzu edirmi? Şübhəsiz ki, yox. Eyni şey azərbaycanlılara da aiddir, siz həqiqətən hesab edirdiniz ki, Azərbaycan xalqı bu problemi növbəti nəsillərə ötürmək istəyir? Şübhəsiz ki, yox”. Keçmiş amerikalı diplomat bildirib ki, nizamlanmanın əsas prinsipləri dəyişməyib və yaxşı məlumdur. Hazırda bu prinsiplər “Lavrov planı”nda əks olunub: “Bu prinsiplər dövlət sirri deyil. Münaqişənin nizamlanmasının konturları uzun illər ərzində müzakirə olunub və irəli getmək üçün tərəflərdən ancaq qətiyyətli addımlar atmaq tələb olunur”.

Onu da xatırladaq ki, Qarabağın həllilə bağlı “Lavrov planı” anlayışı məhz Uorlikin dövründə ortaya çıxıb.  Belə ki, məlum aprel döyüşlərindən sonra Sergey Lavrov əvvəlcə Bakıya, sonra da da İrəvana səfər edib. Aprelin 21-də gerçəkləşdirilən səfərdən az öncə Rusiya mətbuatı Lavrovun Qarabağla bağlı xüsusi planının olduğu haqda məlumat dərc edib. Bundan sonra KİV-də “Lavrov planı” məsələsi intensiv müzakirələrə səbəb olub. "Lavrov planı"nın özü isə Kazan şəhərində prezident İlham Əliyev və Ermənistanın o vaxtki prezidenti Serj Sarkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. Bu razılaşma xarici işlər nazirlərinin və prezidentlərin səyləri nəticəsində mümkün olub. "Lavrov planı"nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Lakin aprel döyüşlərindən sonra plana bir qədər dəyişiklik edilib. Belə ki, ilk olaraq beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi aralıq statusun verilməsi məsələsidir. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalmasını sual altında qoyur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələyə çox ehtiyatlı yanaşır. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin "Lavrov planı" üzrə tənzimlənməsinə tərəfdardır, lakin aralıq status məsələsində öz mövqeyini qorumaqda da israrlıdır.

Daha öncə verdiyi açıqlamada isə Riçard Hoqland qeyd edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Sergey Lavrovun təklif etdiyi sənəd bəzi düzəlişlərlə “Madrid prinsipləri” əsasında qurulub. “Madrid prinsipləri” isə zəbt edilmiş ərazilərin mərhələli şəkildə azad olunmasını nəzərdə tutur. Burada bir məqamı da xatırladaq ki, Sergey Lavrov özü də ötən ay verdiyi açıqlamada çox maraqlı bir mövqe sərgiləyərək bildirmişdi ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sərgilədiyi konstruktiv mövqeyə adekvat cavab verməlidir: "Qarabağ məsələsində nizamlanmaya İrəvanla Bakının xoş niyyəti və Minsk Qrupu həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin dəstəyilə nail olmaq olar. Düşünürəm ki, münaqişənin həlli üçün çıxış yollarının axtarılıb tapılmasına hazır olduqlarına dair Bakıdan səslənən bəyanat da hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız da buna qarşılıqlı cavab verəcək”.

Erməni mediasının yazdığına görə isə, həm ABŞ, həm də Rusiyanın Qarabağ məsələsinə yanaşması getdikcə daha çox Azərbaycanın maraqlarına cavab verir.  Müxalifətdə olan Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov qeyd edir ki, mövcud hakimiiyyətin Rusiya ilə münasibətləri korlaması Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinə ciddi zərbələr vurub: “Hələ XVIII əsrin əvvəlindən, daha dəqiq desək, İsrail Günü təşəbbüsündən başlayaraq, zaman geçdikcə möhkəm müttəfiqlik münasibətlərinə keçən erməni-rus strateji əməkdaşlığının əsası qoyulub. Ermənistanın yeni tarixində erməni-rus münasibətlərinin müttəfiqlik xarakteri həm Rusiya, həm də Ermənistanın siyasi elitası tərəfindən əhəmiyyətli hesab edilib. Aydındir ki, bu münasibətlərin müttəfiqlik xarakteri hər iki ölkənin maraqlarından irəli gəlir. Amma ötən ilin aprel-may aylarında Nikol Paşinyanın hakimiyyəti zəbt etməsi əməliyyatından sonra bu münasibətlərdə arzuolunmaz müxtəlif məqamlarla bağlı narahatlıqlar yaranıb. Bunun əvəzində isə Nikol Paşinyanın rus-erməni münasibətlərinin heç vaxt bu dərəcədə parlaq olmadığına dair etirafları sadəcə gülməlidir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey  Lavrov bəyan edir ki, Ermənistanın yeni hakimiyyəti bir şey deyir, başqa bir şey edir. Bizim baş nazirimiz isə bəyan edir ki, hər şey yaxşıdır. Eləcə də  Ermənistan KTMT-dəki baş katib vəzifəsindən məhrum olur. Bundan başqa, KTMT-yə üzv ölkələr bu məsələdə Belarusa dəstək verir. Rusiya ilə korlanan münasibətlər üzündən sərhəddə qazın qiyməti artır.  Nəhayət, ilk dəfə Rusiyanın deputat korpusunun nümayəndələri Xocalının anım mərasimlərində iştirak edir. Cənablar, sizin parlaq münasibətiniz budur? Qəribədir ki, erməni parlamentinin nümayəndə heyəti Rusiyanın Dövlət Dumasının rəhbərliyinin qəbuluna layiq görülməyib. Niyə?”. Şarmazanov təəssüflə qeyd edib ki, bir zamanların etibarlı və real müttəfiq münasibətləri bu gün artıq təhlükədədir: “Çıxışlar etmək, şou və yürüşlər təşkil etmək əvəzinə, Paşinyan zəhmət çəksin, Ermənistanın milli və dövlət maraqlarına xidmət etsin. Amma bunu etmir, əvəzində, Qarabağ məsələsi də daxil olmaqla, bütün istiqamətlərdə mövqelərimiz zərbə alır”.

İndilikdə isə görünən budur ki, hazırda Dağlıq Qarabağ probleminin həlli yolunda xarici ölkələrin də səyləri xeyli intensivləşir. Bu məsələyə Rusiya və ABŞ-ın diqqəti xüsusi əhəmiyyətə malikdir. Hesab edilir ki, bu dövlətlərin real təzyiqi Ermənistanı tutduğu qeyri-konstruktiv mövqeyindən geri döndərə bilər. Əks təqdirdə Azərbaycan istəyinə güc yolu ilə çatmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ