Bir insanın faciəsi ilə siyasətçinin faciəsi fərqli anlayışlardır. Sıravi adam faciə ilə üzləşəndə hamı ona yaxınlaşır, dərdinə şərik olur və sair. Amma siyasətçi faciə ilə üzləşəndə, insanlar ya ondan qaçır, ya da “siyasət sənlik deyil” deyərək tövsiyə verirlər. Tövsiyənin faydasız hesab olunduğu yerdə isə qalır birinci variant – ondan üz çevirmək...
Dolaşan xəbərlərə görə, bir müddət əvvəl Ə.Kərimli əmisi qızının yas mərasimində iştirak etmək üçün Saatlıya gedib. Lakin o burada heç də xoş qarşılanmayıb. Ə.Kərimlinin yas çadırına daxil olması ilə məclisdə iştirak edən 40-a yaxın adam oranı tərk edib.
Bir müddət əvvəl millət vəkili Siyavuş Novruzov mətbuata verdiyi müsahibədə Ə.Kərimlinin bir zamanlar deputat mandatı üçün hakimiyyətlə razılığa gəlməsi barədə fikirlər ortaya qoymuşdu. Hətta Əli Kərimlinin artıq hakimiyyətlə 2020-ci ilin parlament seçkiləri ilə bağlı mandat sövdələşməsinə baş vurduğu və müəyyən razılıqların əldə olunduğu da bildirilir. Məlumatlı mənbənin dediyinə görə, Ə.Kərimli hakimiyyətlə müzakirələrində qaynı Elnur Seyidovun tezliklə azadlığa buraxılması ilə də bağlı razılıq əldə edib. Lakin bağlı qapılar arxasında aparılan söhbətlər də həmişəlik orada qalmır...
Tahir TAĞIYEV