Bazar günü günü, 08 noyabr 2026
     

Tiflisin Bakı qarşısında özünü pis vəziyyətdə qoyan “qaz siyasəti” Rusiyadan da açıq etiraf olundu…

Image


Məlumat verildiyi kimi, Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmiləri onu da bəyan edir ki, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.

Ölkə müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tiflisi Moskvanın orbitinə çəkir: “Rusiya işğalçıdır, o, “qaz iynəsini” öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”.

Xatırladaq ki, keçmiş prezident Mixeil Saakaşvili də sərt bəyanatla çıxış edib: “Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”. Çox maraqlıdır ki, Rusiyanın “rosbalt.ru” portalı da yaranmış vəziyyətdə Tiflisin uduzmuş vəziyyətə düşəcəyini vurğulayır: “Gürcüstanın Rusiyadan “mavi yanacaq” almaq qərarı ölkənin özündə qalmaqal törədib, özü də Tiflis və Bakı arasında Ermənistanın umduğu gərginliyə keçmək qarşısındadır.

Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana tranziti haqda danışıqları təzələyəndə bu yetərincə sakit qarşılanıb, amma ənənə üzrə ölkənin müəyyən siyasi çevrələrində qıcıq doğurub. Gürcüstan 2018-də qabaqlar müəyyən edilmiş qaydanı pozmağa və monetar münasibətlərə keçərək “Qazprom”a güzəştə getməli olub. Hökumət ölkənin belə sövdələşmədən hansı “qaymağı” əldə etdiyini gizlədir – danışırlar ki, 30 milyon dollar uduzub. Yəni tranzitə görə alınan ödənc ölkəyə çatası yanacaq kimi qabaqlar aldığı qazın dəyərindən xeyli aşağıdır.

Bundan sonra Tiflis birdən bəyan edib ki, Gürcüstan tədarüklərin şaxələndirilməsi və qaz tariflərinin azaldılması üçün Rusiya ilə danışıqlar aparır. Əslində, bu danışıqlar artıq üçüncü ildir aparılır və qabaqlar Gürcüstan bazarının tələbatını ödəmək üçün Azərbaycanda qaz qıtlığı “sous”u kimi  təqdim olunurdu. Amma Bakı bildirmişdi ki, bu, gerçəkliyə uyğun deyil və Gürcüstan tələb etdiyi qədər qaz alacaq. Məsələ sanki bitmişdi. Amma indi artıq başqa bəhanə – “tədarüklərin şaxələndirilməsi” – altında yenidən üzə çıxıb və Gürcüstanda səs-küylü qalmaqal qopub.

Müxalifət hökumətin yadına salıb ki, “Rusiya işğalçıdır”, qazını siyasi məqsədlər üçün isitfadə edir, bu üzdən tədarüklərin şaxələndirilməsi qaynağı və ölkənin energetik təhlükəsizliyinin təminatı kimi çıxış edə bilməz. Qeyd edək ki, Gürcüstan 2007-dən bəri Rusiya tədarüklərini praktik olaraq Azərbaycanınkı ilə tam əvəzləyib. O, ildə ortalama 2.5 milyard kubmetr qaz işlədir və tədarüklərdə kəsilmə olmayıb. İndi isə yaddan çıxarmaq lazım deyil ki, Gürcüstan-Rusiya münasibətlərinin tarixi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqlliyini tanıması ilə güclü çətinliyə düşüb. Düzdür, bununla yanaşı Rusiya biznesi Gürcüstanın özündə, o cümlədən elektrik enerjisi sektorunda çiçəklənir. Amma Gürcüstanın bir çox ekspertləri onun Rusiya qazının tədarükü ilə “dada gəlməsi”ni iqtisadi rıçaqların Moskvaya verilməsi kimi “oxunan” olduqca qafil qərar sayırlar  – o bundan siyasi məqsədlər üçün yararlanacaq.

Bundan başqa, Azərbaycan qazından hətta qismən imtina Gürcüstan iqitsadiyyatının ən müxtəlif sektorlarına sanballı yatırım qoyan Bakını güclü acıqlandıra bilər. Bəzi ekspertlər Bakının, ümumiyyətlə, Gürcüstana tədarükdən imtina edə biləcəyi və Gürcüstanın bu zaman tamamilə Rusiyanın qaz “iynəsi”nə oturacağından əndişə ifadə edirlər.  Lakin o da əsla istisna deyil ki, Tiflis bunu Azərbaycan qazının tədarük qiymətlərini vurmaq üçün başlayıb. Əgər belədirsə, onda bu, çirkin oyundur. Amma belə deyilsə, bunun arxasında siyasi motivlər dura bilər, yəni ola bilsin, Tiflis niyəsə Moskvaya yarınmaq qərarına gəlib. Amma “başlamağına dəyər”. Bu “yarınma” hara kimi gedər? Bu, Rusiya və Gürcüstan arasında Abxaziya ərazisindən Ermənistana çıxmaqla dəmiryol istiqamətinin açılmasına təkidlə lobbilik edən İrəvanın əlinə oynamırmı? Gürcü hökuməti iddia edir ki, Abxaziya üzərindən dəmiryolunun bərpası təyinə görə mümkün deyil, amma bu mövzu zaman-zaman üzə çıxır, daha doğrusu, uyğun perspektivlə Gürcüstan əhalisini hürküdür və Azərbaycanı boğaza yığır.

Ümumiyyətlə, son zamanlar Gürcüstan-Azərbaycan münasibətlərinin ətrafında qeyri-sağlam mühit formalaşır – özü də yetərincə süni şəkildə. Məsələn, Bakı bu yaxınlarda ermənilərin  məskunlaşdığı bölgədə “Azərbaycan xalqının qatili”nə heykəl qoyulmaasına görə Gürcüstana etirazını bildirib və Tiflis buna olduqca ölüvay reaksiya verib.  Digər tərəfdən, hələ başlanmamış didişməni qızşdıran üçüncü tərəf hökmən tapılır. Məsələn, Ermənistanın “Aysor” nəşri öz səhifəsində son dərəcə bəlağətli “Azərbaycan Gürcüstan üzərində nəzarəti itirir” başlıqlı məqaləni yerləşdirməyə tələsib – yazıya əsasən, Gürcüstan, artıq mətndə deyildiyi kimi, “Türkiyə-Azərbaycanın qardaş ağuşundan qurtulmağa çalışır”. Heykəllə bağlı əhvalat da xatırladılıb. Ermənistan nəşri bu və başqa “epizodlar”la Azərbaycanın Gürcüstan üçün qaz tarifinə yenidən baxmasını məharətlə uyğunlaşdırıb ki, bu da Bakıya “bir neçə dovşanı vurmaq” imkanı verib. Yəni, birincisi, “Gürcüstanı ucuz qazla təmin etmək yükündən qurtulub” – yeri gəlmişkən, bu qaz Rusiyadan alınır. İkincisi, bölgədə liderlik çələngini özünə götürməyə başlayan və Azərbaycanın özəl kapitalının təsirli bölümünü öz qabağına çəkən Gürcüstanın iqtisadiyyatına ağır zərbə vurur. Üçüncüsü, Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən tranzit yolların açılması üçün Rusiya ilə danışıqları sanki başa çatdırdığı bir şəraitdə Gürcüstanda itirdiyi iqtisadi təsiri müvazinətləşdirməyi sınayır”. Bəs, Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən çaşdırmaqla kölgə salmağa çalışan Ermənistana nə rahatlıq vermir? Deyəsən, mövcud durumda, yəni bölgənin kiçik, amma strateji önəmli və güclü dişbatan dövlətini birləşdirmək deyil, qarışdırmaq cəhdində hələlik ancaq Bakının davranışı hamıdan ləyaqətli görünür – əgər bunun arxasında siyasi təmkinlə gizlədilən “özəl təsəvvürlər durmursa”.

Tiflisdə şər qatdıqları, İrəvanda “qərəzkarlıq etdikləri”, Bakıda isə fikrə daldıqları bir vaxtda “parçala və hökm sür” praktikasına yad olmayan təkcə Moskva uduşda qalır. Əslində, onun buna səy göstərməyi də gərək deyil – “məğrur”, qafil qafqazlıların özləri onun yerinə bu “qara işi” görəcəklər. Rusiya qazının “yarıfincanı” isə, əlavə olaraq, Gürcüstana olmasa da, Azərbaycana, Türkiyəyə, Avropaya, ya da Çinə axacaq – bir də nə fərqi var, hara. Amma, bax, harada sabitlik yoxdursa, orada yad təsir kök atacaq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ