Bazar günü günü, 08 noyabr 2026
     

Gürcüstan parlamentinin deputatı, soydaşımız Ruslan Hacıyev ölkənin ermənipərəst siyasətindən nə danışdı… - MÜSAHİBƏ

Image


“Bir də ki, məlumatıma görə, o (Azər Süleymanovu nəzərdə tutur - İ.S.) çıxış etməyib, sadəcə, sual verib”
“Avakyan kimi bir separatçının o formada qiymətləndirilməsi yolverilməz və qəbuledilməzdir”
“Biz Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirmək istəyən üçüncü qüvvəyə qarşı barışmaz olmalıyıq”

 

Bildiyimiz kimi, son ay yarımdır ki, Gürcüstanın Axalkalaki bölgəsində Dağlıq Qarabağda əli yüzlərlə azərbaycanlının, Abxaziyada isə gürcülərin qanına batan cani Mixail Avakyana abidə qoyulması müzakirə mövzusuna çevrilib. Hətta bununla bağlı həm Azərbaycan dövləti, həm Gürcüstanda yaşayan soydaşlarımız, həm də gürcülər özləri ciddi etiraz bildiriblər. Təəssüf ki, hələ də M.Avakyanın büstü Gürcüstan hökuməti tərəfindən götürülməyib.

Onu da vurğulayaq ki, Gürcüstan parlamentində təmsil olunan deputatlardan biri - Azər Süleymanov M.Avakyanın büstünün götürülməsi tələbilə parlamentdə məsələ qaldırıb. Məlumatlara görə, A.Süleymanov bu məsələ ilə bağlı çıxış edərkən parlamentin digər azərbaycanlı deputatları Savalan Mirzəyev, Mahir Dərziyev və Ruslan Hacıyev zalı tərk ediblər.

Məsələyə aydınlıq gətirməsi üçün Marneulidən majoritar qaydada Gürcüstan parlamentinə deputat seçilən Ruslan Hacıyevlə “Facebook” üzərindən əlaqə saxldıq.

- Ruslan müəllim, Sizə sualları çoxdan göndərmişdim, ancaq nədənsə gec cavab verdiniz…

- İnanın ki, bu, vaxt qıtlığı ilə bağlıdır, başqa səbəbi yoxdur. İşimiz çoxdur.

- Deyilənə görə, həmkarınız Azər Süleymanov Gürcüstan parlamentində Avakyanın abidəsinin götürülməsi ilə bağlı çıxış edərkən siz, Savalan Mirzəyev və Mahir Dərziyev zalı tərk etmisiniz. Deyilənlər nə dərəcədə doğrudur? Həqiqətən də belə bir addım atmısınızsa, bunun səbəbi nədir?

- O danışarkən biz zalı tərk etməmişik. Ümumiyyətlə, həmin vaxt nə mən, nə Savalan Mirzəyev, nə də Mahir Dərziyev zalda olmamışıq. O danışanda mən niyə çıxmalıydım ki? Çıxmaq üçün səbəb də yoxdur. Bu məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bir də ki, məlumatıma görə, o (Azər Süleymanovu nəzərdə tutur - İ.S.) çıxış etməyib, sadəcə, sual verib. Bir neçə gün əvvəl parlamentdə Savalan bəy də sual veribmiş, həmin vaxt mən zalda yox idim. Olmamışamsa, belə çıxır ki, o danışanda da zalı tərk etmişəm?

- Savalan bəyin sualı nə ilə bağlı olub? Məlumatınız varmı?

- O, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan, eləcə də gürcü məktəblərinin təmiri və içməli su problemi ilə bağlı sual verib.

- Ümumiyyətlə, əli gürcü və Azərbaycan xalqının qanına batan bir caniyə Gürcüstanda abidə qoyulmasına münasibətiniz necədir?

- 1994-cü ildə Axalkalakidə M.Avakyana qoyulan büst 2019-cu ilin əvvəlində ailəsi tərəfindən restravrasia edilərək açılış edilib. Yəni bu büst indi qoyulmayıb, 25 il bundan əvvəl qoyulub, son zamanlar isə bərpa edilib.

- Avakyanın büstü ilə bağlı bir azərbaycanlı deputat olaraq etirazınızı bildirmisinizmi?

- Mən bununla bağlı bir deputat olaraq kəskin və qəti etirazımı bildirdim, yenə də bildirirəm. Hesab edirəm ki, Avakyan kimi bir separatçının o formada qiymətləndirilməsi yolverilməz və qəbuledilməzdir. Bunu demişəm, yenə də deyirəm. Tərəfimizdən bununla bağlı Gürcüstan hökuməti ilə yetərli dərəcədə müzakirələr aparılıb, aparılır və aparılacaq da. Biz o büstün götürülməsini tələb edirik. Hazırda bu istiqamətdə Gürcüstan və Azərbaycan xarici işlər nazirlikləri tərəfindən müzakirələr davam etdirilir.

Marneulidə mədəniyyət evinin qarşısında yerləşən Nəriman Nərimanovun abidəsi ilə bağlı onu söyləyə bilərəm ki, həmin abidə orada uzun illərdir var və olacaq. Heç bir zaman onun oradan götürülməsi və o heykəllə bağlı hər hansı bir müzakirə aparılmayıb və bunu rəsmi olaraq Marneulinin Bələdiyyə sədri bu günlərdə bəyan etdi. Ona görə də bu kimi şayiələri əsassız həsab edirəm. Nərimanovun heykəlinin köçürülməsi və yaxud o heykəlin taleyi ilə bağlı müzakirə belə aparılmır.

- Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə, eləcə də digər məsələlərlə bağlı problemləri çoxdur, bu məsələlər necə, azərbaycanlı deputatlar tərəfindən Gürcüstan parlamentində müzakirəyə çıxarılırmı?

- Gürcüstanda Azərbaycandilli məktəblərdə normal həyat tərzi davam etdirilir, bütün məktəblər dərs vəsaitləri ilə təmin olunub. Məktəblərdə əsaslı təmir işləri aparılır. Bildiyimiz kimi, 2018-ci ildə 5 məktəb “Millennium” proqramı ilə əsaslı şəkildə reabilitasiya olundu. Onlardan Təzəkənd 1 nömrəli ictimai məktəbinə Sovet İttifaqı Qəhrəmanı Əmrah Aslanovun adı qaytarıldı. Məlum olduğu kimi, 2009-cu ildən başlayaraq, keçmiş hakimiyyətin zamanında bütün məktəblərdən və bütün binalardan adlar götürülmüşdü. Bu gün bu adların bərpası tendensiyası bizim hakimiyyət tərəfindən başlanıb, həyata keçirilir. Bilirsiniz, bu yöndə görülən müsbət işlərimiz görünür ki, hansısa üçüncü tərəfi narahat edir. Ayrıca onu qeyd edə bilərəm ki, təhsilimizdə də yeniliklər var. Məktəb binalarının təmiri, infrastruktur məsələləri həyata keçirilir, hazirda Marneuli 1 saylı ictimai məktəb bütün standartlara uyğun məktəb kimi yenidən inşa eidlir. 2019-cu ildə Şulaver 2 nömrəli və Copi  kəndinin məktəbinin yenidən tikilməsi ilə bağlı hökumətin layihəsi var. Bu il onların tikintisinə başlanacaq və bu tendensiya davam etdirilir.  

- Avakyanın abidəsi ilə bağlı məsələ, eləcə də digər məqamlar var ki, onlar Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər…

- Gürcüstan-Azərbaycan münasibətləri, əlbəttə, çox dəyərlidir. Bu dostluq, əməkdaşlıq, qonşuluq hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Əsasən də Gürcüstan azərbaycanlıları üçün bu münasibət çox qiymətlidir. Azərbaycan Gürcüstan üçün, Gürcüstan da Azərbaycan üçün hər zaman strateji müttəfiq olub və Gürcüstan-Azərbaycan münasibətlərini çox yüksək qiymətləndirirəm. Dünya miqyasında bütün arenalarda Gürcüstan və Azərbaycan bir-birini dəstəkləyib. Eyni zamanda da hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Bildiyimiz kimi, hər iki dövlət oxşar bir  tale yaşayıb, hər iki dövlətin 20 faiz torpaqları işğal olunub. Bu eyni taleyi yaşamaq Gürcüstanı və Azərbaycanı sıx, qol-qola güclü durmağa məcbur edir. Hər hansı bir üçüncü qüvvənin bu münasibətlərə zərər gətirməsinə yol verməyəcəyik. Ona görə də hesab edirəm ki, ictimayyət də bu yöndə gərəkli addımları atmalıdır. Bu istiqamətdə siyasilərimiz addım atır və ictimaiyyət də o yolda olmalıdır. Çalışmalıyıq ki, Azərbaycan-Gürcüstan dostluğu, münasibətləri günü-gündən daha da inkişaf etsin. Ona görə ki, Gürcüstanda yaşayan azərbaycanlılar bilavasitə bunda maraqlıdırlar. Hər iki dövlət, hər iki ictimaiyyət arasında isti münasibətlər olub, var, olacaq da. Bu səbəbdən də qoruduqları isti və səmimi münasibətlərə görə həm Gürcüstan, həm də Azərbaycan liderlərinə, rəhbərlərinə öz minnətdarlığımı bildirmək istəyir, onlara uğurlar arzu edirəm. Gürcü və Azərbaycan xalqı arasında qədim və böyük tarixi məna, əhəmiyyət daşıyan qırılmaz dostluq əlaqələri, münasibətləri var. Biz Gürcüstan və Azərbaycan dostluğuna xələl gətirmək istəyən üçüncü qüvvəyə qarşı barışmaz olmalıyıq. Hər zaman gürcü və Azərbaycan xalqı dost, qardaş xalq olub. Əminəm ki, yüzillər boyu davam edən Gürcüstan-Azərbaycan dostluğu gələcəkdə daha geniş, güclü şəkildə davam edəcək və dövlətlərimiz bir-birini dəstəkləyəcəklər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ