Bazar günü günü, 08 noyabr 2026
     

Hələ də gözünü meydandan çəkməyənlər və Elçibəylə son danışığım... - Aydın QULİYEV yazır

Image


Əli Həsənovun “Müxalifət missiyası və Azərbaycanın milli maraqları” məqaləsini oxuyandan sonra təsəvvürümə gələn ilk mülahizə bu oldu:”İndi məlum çevrələr deyəcəklər ki, Əli Həsənov Prezidentin köməkçisi, bu hakimiyyətin əsas ideoloqlarından biri olduğu üçün elə bu cür danışmalı və yazmalıdır, başqa nə deyə bilər ki?!” Yox, məsələnin daha dərin mətləbləri var.

Məsələ burasındadır ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavatın cəmi bir illik hakimiyyətlərinin acı və rüsvayçı nəticələri o qədər yaxın tarixdir ki, onu insanların qəbul etdiyi dil və tərzdə təhlil etmək üçün bugünkü hakimiyyətdə hansısa vəzifəni tutub-tutmamaq vacib deyil. Sadəcə obyektiv, dürüst və ədalətli siyasi düşüncə tərzinə malik bir insan olmaq kifayətdir. Belə düşüncəyə malik olanlar üçün Xalq Cəbhəsi hakimiyyətinin iflasa uğramasının səbəblərini, bu hakimiyyətin sahibi, mərhum Əbülfəz Elçibəyin əslində kim olmasını, onun öz hakimiyyət komandasının üzvləri ilə hansı münasibətlərdə olmasını təhlil və təsvir etmək çətin deyil.

Mərhum Elçibəyin öz komanda yoldaşları ilə münasibətlərinin təhlili bu gün də aktualdır. Çünki həmin şəxslərin bəziləri bu gün də radikal siyasi davranışlardan əl çəkməyərək meydanlarda görünmək idddiasındadır, 80-ci illərin sonlarına xas radikal kütləvi aksiyalarla siyasi məqsədlərin fəth oluna biləcəyinə hələ inanır, belə aksiyalarla hakimiyyət orqanlarının fəaliyyətini iflic etmək və bütün ölkənin meydanlardan idarə edildiyi köhnə vəziyyəti qaytarmaq istəyirlər. Həmin şəxslər radikal aksiyaların təşkil edilməsi sahəsində də yalnız ötən əsrin 80-ci illərində özünü doğrultmuş və bu gün kəsərdən düşmüş taktikanı dəyişməyiblər. Baxmayaraq ki, üstündən 30 ilə yaxın vaxt keçir. Taktikanın mahiyyəti budur – meydanlara gələn insanların sayını mitinqdən-mitinqə tədricən artırmaq, bu gün meydandakı min-iki min adamı müəyyən sayda aksiyadan sonra yüz minlərə çatdırmaq. İndi real insanlar üçün xülya kimi görünən bu taktika ötən əsrin 80-ci illərinin sonlarında özünü doğrultmuşdu. Çünki o zaman xalq bu oyanışa dəstək verirdi, müzakirə mövzusu Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq idi, xalqla əlaqə tellərini əzəldən qırmış və vətənpərvərliyi hakim sovetizm ideologiyasına sədaqət kimi qavrayan bir hakimiyyət var idi. İndi şəraiti xarakterizə edən ən azı bu üç motivin hər biri 180 dərəcə əksinə dönüb. Yəni xalq küçə-meydanlardan gözünü çəkməyən radikallara dəstək vermir, Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yoxdur, xalqla bağlılığa və dövlət müstəqilliyinə dəyər kimi baxaraq azərbaycançılıq ideologiyası ilə silahlanmış bir hakimiyyət var. Göründüyü kimi, ötən 30 ildə elə dəyişikliklər baş verib ki, iki dövrün, hətta formal da olsa, müqayisəsinə əsas qalmayıb.

Dəyişməyənlər isə bəzi personalardır. Siyasi ambisiyalara fanatikcəsinə əsir olmaq üzündən reallıq hissini tam itirdikləri üçün bu gün də meydanlara can atır, bir dəfə mitinqə çıxmış 1500-2000 adamı hakimiyyəti yıxacaq milyonların müjdəçiləri kimi qəbul edir, 23 fevral aksiyasına icra orqanlarının icazə verməməsi ilə razılaşmayaraq planlar cızır, icazəsiz aksiyalar keçirmək haqqında düşünür, toplaşmaq azadlığının guya pozulduğu barədə “boğuq səslərlə” etiraz çıxışları edirlər. Özlərini hələ də mərhum Əbülfəz Elçibəyin davamçıları kimi aparır və qələmə verirlər, Əbülfəz bəyin tək fiziki yox, ruhən, qəlbən və ideoloji olaraq onlardan çox-çox uzaqlarda olduğunun sanki fərqinə varmayanlar kimi davranırlar. Əslində isə...

Onların reallıq hissini itirməsinin də, hələ meydanlara qayıtmaq üçün nəticəsiz çabalar göstərməsinin də, həm forma, həm də məzmunca dəyişməmələrinin də səbəbi buradadır – Elçibəyin siyasi-ideoloji irsindən uzaq düşmək, ona ehtiram etməmək...

Əbülfəz bəy özünü əsir etdiyi ideallar naminə həyatını da qurban verməyə hazır idi, Azərbaycanın müstəqilliyinə qədər sadiq qaldığı idealları ilə birgə yürüdü. Bu yolda gəncliyini, şəxsi həyatını itirdi, hər kəsin bir dəfə gəldiyi dünyadan kam alıb yaşamaq imkanlarına göz yumdu...

Təəssüf ki, bu sözləri onunla birgə yox, onun kölgəsi altında gələnlərin hamısı haqqında demək olmur. Bu insanlar onun kimi müstəqillikdən, dövlətçilikdən, azərbaycançılıqdan başqa hər şeyi qurban verməyə hazır ola bilmədilər. Əksinə, şəxsi və bir qrupun maraqlarına bağlılıqdan doğan məsuliyyətsiz davranışlarla Elçibəyin hakimiyyətini addım-addım süquta doğru apardılar. Onlar Elçibəyin kölgəsində, onun çətiri altında hakimiyyətə gəlmişdilər. Elçibəyin uğurlarının az qala yarıdan xeyli artığına sahib olmaq iddiasını gizlətmir, lakin bu hakimiyyətin pis sonluğu və yıxılması üçün özlərini zərrə qədər məsul hiss etməz dərəcədə arxayın davranırdılar. Açıq deməsələr də, niyyyət və psixologiyaları bu idi: “hər şeyin sorumlusu Əbülfəz Elçibəydir”.

Deyəsən, Əbülfəz bəy özü də bunların psixoloji aləminin mahiyyətini anlamışdı, hakimiyyətdən düşməyinə o qədər də heyfsilənmirdi, ətrafının qeyri-sadiq düşüncə tərzinə layiqli cavab olan belə bir siyasi ovqat içində idi:”Bir halda ki, bu hakimiyyətin ləzzətini məndən çox onlar çəkdi, mən niyə onlardan artıq hakimiyyət xiffəti çəkməliyəm?!”

Həqiqətən də bəy, onlardan fərqli olaraq, öz gələcək planları naminə komandadaxili gizli ssenarilər oynamadı, oynatmadı, qohum-əqrəbasına vəzifə, mal-mülk paylamadı, dar gününə “yatırım etmədi”, gizli xartiya və ya partiya içində qruplaşma yaratmadı...

Maraqlıdır ki, Elçibəy yenidən hakimiyyətə qayıtmaq üçün də bunlar qədər yanğı və təşnəlik göstərmədi. 1993-cü ilin iyununda hakimiyyətdən və Bakıdan Kələkiyə getdi, bir də 1998-ci ildə qayıtdı...

Heç düşünmüsünüzmü ki, Elçibəy, hərdən “Azadlıq” qəzetinə və Azadlıq Radiosuna verdiyi kiçik müsahibələr nəzərə alınmasa, niyə düz beş il Kələkidə sakit oturdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdiyinə görə peşmançılıq hissi yaşamadı, hakimiyyətə yenidən qayıtmaq üçün ətrafındakıların üçdə biri qədər səy göstərmədi? Halbuki, onun çevrəsindəkilər Elçibəyə qarşı “hakimiyyəti niyə Heydər Əliyevə verdin” kimi ittiham tonunda açıq tələblər səsləndirməyə başlamışdılar.

Ondan başlayaq ki, Elçibəy Kələkidən Bakıya niyə 5 ildən sonra qayıtdı. Sualı bugünkü radikallara versəniz, fərqli cavab alacaqsız. Mən isə daha real olduğuna inandığım belə bir cavab üzərində təkid edirəm – Heydər Əliyevin hakimiyyətinin yıxılmaz dərəcəyədək möhkəmləənməsinə və öz komandasının yenidən hakimiyyətə qayıdışının mümkünsüzlüyünə hamıda qəti inam hasil olmasına qədər gözlədi. O vaxta qədər gözlədi ki, Heydər Əliyevin hakimiyyətinin yıxılması və Elçibəyin iflas etmiş yan-yörəsinin yenidən qayıdışı mümkünsüz olmuşdu. 

Bu sətirlərin müəllifi olaraq, şəxsən şahidi olduğum yaxın tarixin bəzi hadisələrinə qayıdıram. O zaman, təbii ki, Elçibəy hakimiyyətinin açıq müxaliflərindən biri idim. 1994-cü ildə Naxçıvan Ali Məclisində sədrin müşaviri işləyirdim. Kələki kəndi məlum təhlükəsizlik səbəblərilə nəzarətdə olduğu üçün oraya hər kəsin istədiyi vaxt gedib-gəlməsi çətin idi. Bakıdan gəlib onun yanına gedən şəxslər olurdu. Bir dəfə mən də getdim. İlk dəfə görüşdük. Təbii ki, çox şeylər barədə fikir mübadiləsi etmək imkanım olmadı. Tək bunu dedi:”Hakimiyyətimiz və siyasətimiz haqda ən obyektiv tənqidləri cənin yazılarından və çıxışlarından alıram, nəinki öz komandamdan”. Şəxsi tanışlığımızın davamı 2001-ci ilə təsadüf etdi. Ağır xəstə olduğu üçün Türkiyəyə aparılmaq ərəfəsində Novxanıda yaşadığı bağda görüşdük. İllərdən bəri məni düşündürən məsələlərdən söz açmaq imkanım oldu. Söhbətimizin tam məzmununu açmaq bugünkü mətləblərlə əlaqəli deyil. Hərəkat və idarəçilik komandasında olmuş şəxslərlə bağlı soruşdum. Biri haqqında belə dedi:

-O, baş prokuror olmaq istəyirdi.

-Niyə təyin etmədiniz?

-Mənim özümə də sanksiya imzalayacaq qədər avantürist idi.

-Bəs İxtiyar Şirinov da imzaladı axı?

Bu sualın cavabına toxunmuram.

-Filankəsə XİN-də müavinlik təklif etdim, istəmədi.

-Niyə?

-Çünki xarici işlər naziri olmaq istəyirdi.

-Niyə qoymadınız?

-Azərbaycana düşmən kəsilməyən dövlət qalmazdı (gülə-gülə dedi).

Öz ətrafından və keçmiş hərəkatdan altı nəfər şəxsin adını çəkdi və “bu adamlara heç vaxt inanmadım” dedi. Bu onun mənimlə son danışığı oldu.

Rəhmətliklə son görüşümüzdən sonra onun kimlərlə işlədiyini və kimlərlə qayıtmaq (!) istədiyini bir daha götür-qoy etdim. Belə qənaətə gəldim ki, o, hakimiyyətə qayıtmaq cəhdlərini sadəcə imitasiya edirmiş, əslində bir daha qayıtmaq istəmədiyini bu üsulla pərdələməyə çalışırmış... Yadıma düşür ki, 2011-ci ildə Tunisin hakimiyyyətdən getmiş prezidenti Bin Əli sonralar öz həyat yoldaşına işarə edərək, “məni onun qohumları yıxdı” demişdi. Onu arvad qohumları, bunu isə tərəfdarları... Demək istəyirəm ki, rəhmətlik Əbülfəz bəy öz səriştəsizliyi, görməmişliyi, ambisiozluğu və avantürizmi ilə onun hakimiyyətinin yıxılmasına səbəb olmuş şəxslərlə bir daha hakimiyyətə qayıtmaq istəmədi. Ağıllı adam idi. Bilirdi ki, qayıtsa, ən yaxşı halda, bir ildən sonra ya yenə devriləcək, ya da bu dəfə bir az intriqa təcrübəsi toplamış “çaldır-çuldur dəstəsi”nin əlində müvəqqəti  oyuncaq prezidentə çevriləcəkdi. Bəy bu perspektivlərin heç birini özünə sığışdırmadı və əslində hakimiyyətdən də, bu gün radikal və dağıdıcı ovqatla meydanlara dartınan keçmiş “silahdaşlarından” da həmişəlik imtina etdi...

Əbülfəz Elçibəyin özlüyündə xoflandığı həmin adamların bir çoxu və adını mənə söylədiyi 6 nəfərin bir neçəsi yenə də ortalıqdadır. “Meydanlardadırlar” demirəm, çünki bir vaxtlar meydan onların idi, indi kiçik meydançaların bir küncünü də doldura bilməyəcək qədər qeyri-“Məhsul”dar olublar. Çünki dəyişməyi, müdrikləşməyi, öz liderlərinə sadiq qalmağı bacarmadılar. Əvvəlcə yıxılmasına bais oldular, ardınca onu kiçik bir qisasçı dəstənin iradəsiz lideri kimi qabağa vermək planları üzərində işlədilər. İndi düşdükləri müşkül vəziyyətin təkbaşına “hakimlərinə” çevrilsələr də, siyasi perspektivi həmişəlik itiriblər... Bu da axırı...

Çünki 2003-cü ildən başlayan yeni reallıqları əldən buraxaraq küçə-bacada təpikləşməyi özlərinə sənət etdilər. Üstəlik, artıq başlarında Elçibəy kimi şəxsiyyət də yoxdu. 2003-cü ildə İlham Əliyev prezident seçiləndə ona inanmayanların biri də bu sətirlərin müəllifi idi. İndi radikal meydan psixologiyasının vurğunu olanlar da inanmırdılar, lakin onlar təkcə inamsızlar deyildilər, üstəlik, İlham Əliyevin hansı platforma və ideyalarla gəldiyini də sonadək görə bilmədilər. Ona sadəcə, atasından sonra yerinə gəldiyi hakimiyyəti çox tezliklə itirməyə doğru gedən təcrübəsiz gənc siyasətçi kimi baxırdılar.

Beləcə, bir çoxları, o cümlədən meydandan ev-eşiyə yığışmayanlar illər boyu onun hakimiyyət finişinə yetişəcəyini həsrətlə gözləyə-gözləyə “papağı günə yandırdılar”. O isə günbəgün özünü cəmiyyətə qəbul etdirə-etdirə milyonların gözü qarşısında xarizmatik liderə çevrildi...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ