Bazar günü günü, 08 noyabr 2026
     

Ter-Petrosyan yenidən iqtidara qayıdır… İrəvanda səfirlərlə görüşlər başlayıb

Image


Ermənistanda baş verən son proseslərin təhlili  burada yeni maraqlı olayların cərəyan etməkdə olduğunu üzə çıxarır. Belə görünür ki, yaranmış vəziyyətdə bir vaxtlar hakimiyyətdən devrilən eks-prezident Levon Ter-Petrosyanın yenidən hakimiyyətə qayıdışı da reallaşa bilər. Hətta onun gələn il Nikol Paşinyanın vasitəsilə yenidən prezident kürsüsünü tuta biləcəyi də istisnalıq təşkil etmir. Buna mane  ola biləcək qüvvələr isə yenə Nikol Paşinyan vasitəsilə indidən sıradan çıxarılır. Söhbət konkret olaraq “Qarabağ klanı”ndan gedir.

Artıq bu klanın təmsilçiləri olan Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı açılan cinayət işi üzrə aparılan ilkin istintaq prosesi başa çatıb. Ermənistanın Xüsusi İstintaq Xidməti bildirir ki, istintaq nəticəsində əldə olunan dəlillər adı çəkilən şəxslərə qarşı iddianamənin hazırlanması və cinayət işinin məhkəməyə ötürülməsi üçün kifayət edir.  Xatırladaq ki, Köçəryan, Ohanyan və Xaçaturov 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunurlar. 
Armen Qevorkyan isə küllü miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham olunur. Sabiq prezident Serj Sarksiyanın da həbsi artıq zaman məsələsi sayılır.

“Qarabağ klanı”nın maliyyə dayaqaları da sıradan çıxarılır. Məsələn, artıq məlumdur ki, Milli Təhlükəsizlik Xidməti Ermənistanın Köçəryanın böyük oğlu Sedrak Köçəryana qarşı ittiham irəli sürüb. O, xüsusilə böyük həcmdə vergidən yayınmada və cinayətkar yolla əldə edilən gəlirlərin leqallaşdırılmasında günahlandırılır. Qətimkan tədbiri olaraq ondan ölkəni tərk etməmək haqda iltizam alınıb. İstintaq davam edir.

Milli Təhlükəsizlik Xidməti bəyan edir ki, istintaq zamanı Sedrak Köçəryanın təqsirli olmasına dair sübutlar əldə edilib. O, cinayətkar fəaliyyətin təşəbbüskarı və rəhbəri olmaqda günahlandırılır. Söhbət ona məxsus olan müəssisəllərdən birinin fəaliyyəti zamanı iri həcmdə vergidən yayınmasından gedir. Məlumatda deyilir ki, daha sonra bir sıra bank əməliyyatları və maxinasiyaları vasitəsilə Köçəryan öz gəlirlərini qanuniləşdirmək və onların yaranma mənbəyini gizlətmək istəyib. Məsələn, öz müəssisələrinin birinə üçüncü şəxs tərəfindən bəxşiş verilən 5 milyon 300 min dolları Sedrak Köçəryan borcun ödənilməsi kimi qeydə alıb. İki ödəniş vasitəsilə o, bu pulları borc öhdəliyinin qapadılması adı ilə öz hesablarına köçürüb. Balansa saxta məlumatlar daxil edərək gənc biznesmen 1,9 milyon dollar həcmində vergidən yayınmağa müvəffəq olub.  Sedrak özü bütün ittihamları saxta adlandırıb. Biznesmen baş verənləri hakimiyyət, əsasən də baş nazir Paşinyan tərəfindən ailəsinə qarşı əsassız hücum kimi dəyərləndirir: “Nikol Paşinyan çoxdan, hələ jurnalistika fəaliyyəti dövründən diqqətini bizim ailəmiz üzərində cəmləmişdi… Deputat olduğu zaman da o, fürsəti əldən vermirdi və ardıcıl olaraq bizi şərləməyə, ailəmizin təmiz adını, ləyaqətini ləkələməyə çalışırdı, hətta atam artıq uzun zamandan bəri heç bir dövlət vəzifəsi tutmadığı vaxtlarda belə… Ailəmiz haqda Nikol və onun yoldaşlarının saxta və yalan şaiyələrin yayılması üçün yararlandıqları əsas texnologiya həddən artıq primitivdir”.

Robert Köçəryanın özü də həbsini siyasi sifariş hesab edir. Erməni mediası isə yazır ki, Köçəryan, əslində Levon Ter-Petrosyanın istəyi əsasında sıradan çıxarılır. Diqqət ona yönəldilir ki, Nikol Paşinyan 2008-ci il prezident seçkilərində o zaman prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarının təmsilçisi idi. O, seçki nəticələri elan ediləndən sonra başlanan etiraz aksiyalarında fəal iştirak edirdi. 1 mart hadisələrindən, nümayiş dağıdılan zaman 10 nəfər həlak olandan sonra müxalifətçi iğtişaşların təşkilində ittiham olunduğu üçün bir il dörd ay gizlənməli oldu. 2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəldi və yeddi il müddətinə azadlıqdan məhrum edildi. Bir il on bir aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə elan olunan amnistiyaya düşdü. Hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olmuşdu. Hakimiyyətə gələndən sonra Paşinyan bütün bunların qisasını alıb və bu prosesdə ona Ter-Petrosyanın da yardım etdiyi vurğulanır.

Hazırda Ter-Petrosyana yaxın adamlar hakimiyyətdə yüksək vəzifələrə təyin olunurlar. Ter-Petrosyanın adamları sayılan Tiqran Akopyan və Vladimir Karapetyanın vəzifəyə təyin edilməsi də bunu təsdiqidir. Hakimiyyətə yaxın çevrələr bildirir ki, Ermənistan baş nazirinin xarici siyasət sahəsində əsas müşaviri Ter-Petrosyandır. Adının açıqlanmasını istəmyən hakimiyyətdəki mənbə bu xüsusda bildirir: “Bildiyimizə görə, Nikol Paşinyan gün ərzində “Baba” (Ter-Petrosyanı nəzərdə tuturlar) ilə konkret saatlarda telefonla məsləhətləşir. Robert Köçəryanın oyundan tez çıxarılması ideyasını ona Ter-Petrosyan verib”. Son zamanlar Ermənistanın ilk prezidentinin İrəvandakı xarici səfirlərlə görüşlərinin intensivləşdiyi də deyilir. Qeyd olunduuğ kimi Nikol Paşinyanın əsas kadr bazasını levonçuların təşkil etdiyi də sirr deyil. Belə bir vaxtda baş nazir konstitusiyada islahat aparılacağını yenidən bəyan edib.  Bu məsələ Ermənistan parlamentində müxalifət rolunda çıxış edən İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan tərəfindən bu yaxınlarda yenə səslənib. O, əsas qanuna dəyişikliklərlə bağlı layihə hazırladığını bildirib. Müxalifət lideri deyib ki, baş nazir “supermen” deyil. Edmon Marukyan baş nazirin səlahiyyətlərinin azaldılmasını söyləyib. Erməni Milli Konqresi Partiyası isə cari il ərzində yarı-prezident idarəetmə sisteminə qayıtmaq məsələsi ilə bağlı konstitusiya referendumunun keçirilməsini təklif edib. Məhz bu fonda konstitusiyanın dəyişməsi və yeni prezident seçkilərinin keçrilməsi gözlənilir. Yeni prezident qismində isə Ter-Petrosyanı görmək istəyənlərdən biri də Paşinyan özüdür.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ