Bazar günü günü, 08 noyabr 2026
     

KİVDF-nin təşkilatçılığı ilə media rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış oldular - FOTO

Image


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri fevralın 21-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşüb, Xidmətin fəaliyyəti ilə yaxından tanış olublar.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, Xidmətin məsul vəzifəli şəxsləri, eləcə də 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqları səmimi salamlayaraq, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində gerçəkləşdirilən kompleks tədbirlər barədə məlumat verib. V.Hüseynov bildirib ki, Xidmət üzərinə düşən vəzifələri qanunçuluq, humanizm, şəffaflıq prinsipləri əsasında həyata keçirərək insan və vətəndaş məmnunluğunun təmin olunmasını əsas hədəflər kimi müəyyənləşdirib.

V.Hüseynov bildirib ki, Xidmətin fəaliyyətinin prioritet istiqamətlərinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, miqrasiya qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi, vətəndaşlığa qəbul, bərpa və xitam verilməsi, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyən edilməsi, qanunsuz miqrasiyaya qarşı səmərəli mübarizənin, habelə miqrasiya uçotunun təşkili, readmissiya məsələlərinin həlli və miqrasiya qanunvericiliyinin şərhi məqsədilə maarifləndirmə işinin aparılması və digər məsələlər aiddir.  

Xidmət rəisi həmçinin vurğulayıb ki, miqrasiya proseslərinin daha çevik və mütərəqqi iş metodları əsasında tənzimlənməsi məqsədilə bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Məqsəd ölkəmizə gələn əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı məmnunluğunun təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsidir.

V.Hüseynovun sözlərinə əsasən, aparılan islahatlar nəticəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatının  müddəti 10 gündən 15 günədək uzadılıb. Xidmət rəisi qeyd edib ki, miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə bilir: "İnzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla, cəriməni ödədikdən sonra isə onların ölkəyə sərbəst gəlmələri təmin edilib. Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törədildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa da ləğv olunub. Daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilirlər".

Çıxışını davam etdirən V.Hüseynov bildirib ki, ölkədəolma, yaşama, yaxud ölkə ərazisindən tranzitləkeçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt verilir: "Vizası və ya müvəqqətiolma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə barəsində kənaraçıxarma haqqında qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda məhdudiyyət müddətinin bitməsini gözləmədən ölkəyə sərbəst gələ bilərlər".

V.Hüseynov 2018-ci ilin dekabr ayında Dövlət Miqrasiya Xidmətinin "MİGAZ" mobil tətbiqinin istifadəyə verilməsini də mühüm yeniliklərdən biri kimi dəyərləndirib. Xidmət rəisi bildirib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılmasını da həyata keçirmək mümkündür: "Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Tətbiqin istifadəsi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatına; müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasına; məhdudiyyətin və müraciət statusunun yoxlanmasına; onlaynödəmə və növbəyədurmaya; “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etməyə imkan verir".

V.Hüseynov qeyd edib ki, hazırda əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır: "Onlar ölkəmizdə 15 gündən artıq müddətdə qaldıqda ünvan qeydiyyatı aparılmalıdır. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə elektron xidmətlərdən mobil telefonla onlayn qaydada daha asan şəkildə istifadə edə və təxminən beş dəqiqədə bu qeydiyyatı həyata keçirə bilərlər".

Xidmət rəisi həmçinin vurğulayıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının müdafiəsi xüsusi diqqət mərkəzindədir. V.Hüseynov bu məqsədlə Dövlət Miqrasiya Xidməti yanında Appelyasiya Şurasının, eləcə də işəgötürənlərə zəruri məlumatların çatdırılması, miqrasiya sahəsində qanunvericiliyin sahibkarlığa təsirinin qiymətləndirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və sahibkarları narahat edən məsələlərin həlli məqsədilə Xidmət yanında Məşvərət Şurasının yaradıldığını diqqətə çatdırıb.

Qısa müddətdə həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini deyən V.Hüseynov əlavə edib ki, 2017-2018-ci illərdə "ASAN xidmət indeksi" üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni 68,98 faizlə Dövlət Miqrasiya Xidməti göstərib.

Xidmət rəisi DMX-nın fəaliyyətində səmərəliliyin daha da yüksəldilməsi üçün maarifləndirmə və məlumatlandırma işinin təşkilinə də xüsusi əhəmiyyət verildiyini  diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə sosial şəbəkələrin imkanlarından istifadəyə xüsusi önəm verilir, Xidmətin rəsmi "Tvitter", "Facebook" səhifələri, "Youtube" kanalı fəaliyyət göstərir.

Sonra çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli görüşün təşkilində göstərdiyi dəstəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkünü bildirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətindən söz açıb.

Vüqar Səfərli ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısının nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edildiyini bildirib. İcraçı direktor Konsepsiyadan irəli gələn vəzifələrin reallaşdırılması üçün dövlətimizin başçısının 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını bildirib. Vüqar Səfərli Fondun yaradılmasının xüsusən də çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 10 il müddətində qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. V.Səfərli Fondun maliyyə dəstəyi ilə hazırda qəzetlərə maliyyə dəstəyinin göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə reallaşdırılan layihələr barədə məlumat verən V.Səfərli Fondun təşkilatçılığı ilə aparıcı media qurumlarının nümayəndələrinin müxtəlif ölkələrə işgüzar səfərlərinin təşkil olunduğunu vurğulayıb.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan V.Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. İcraçı direktor dövlət başçısının müvafiq sərəncamları əsasında indiyədək iki binanın yüksək səviyyədə inşa edilərək istifadəyə verildiyini, 411 nəfər jurnalistin mənzillə təmin olunduğunu bildirib. V.Səfərli hazırda üçüncü binanın inşasının sürətlə davam etdirildiyini və 2020-ci ilin iyulunda jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

İcraçı direktor mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. V.Səfərli bildirib ki, Dövlət Miqrasiya Xidmətində təşkil olunmuş görüş KİV-lə bu Xidmət arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə ictimaiyyətin bu sahədə görülmüş işlər barədə dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir. 

Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək Xidmətin yeni rəhbərinin müasir çağırışlara cavab verən islahatlarını razılıqla vurğulayıblar. Çıxış edənlər Xidmətin tətbiq etdiyi yeniliklərin ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, turizm cəlbediciliyinin yüksəldilməsi və ümumən milli təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətindən söz açıblar.

Xidmət rəisi V.Hüseynov daha sonra KİV rəhbərlərini maraqlandıran sualları ətraflı cavablandırıb.

Fondun icraçı direktoru V.Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xidmətin rəisi V.Hüseynov öz növbəsində Xidmətin fəaliyyətinin media üçün daim açıq olduğunu vurğulayaraq kütləvi informasiya vasitələri ilə əməkdaşlığın vacibliyini qeyd edib, habelə görüşün təşkilinə görə Fondun rəhbərliyinə və KİV rəhbərlərinə təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər. Xidmətin 24 saat fəaliyyət göstərən Çağrı mərkəzi və Qəbul şöbəsinin işi ilə yaxından tanışlıq da qonaqlarda xoş təəssüratlar yaradıb. 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ