Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ və Rusiyanın Ermənistana yeni təzyiqləri başlanır, Bolton Paşinyandan soruşub ki...

Image


Cərəyan edən son proseslər işğalçı Ermənistanın getdikcə daha böyük problemlərlə üzləşməkdə olduğunu göstərir. Regionda onsuz da təcrid vəziyyətinə düşən bu ölkə indi ABŞ, Rusiya kimi ölkələrin daha çox təzyiqinə məruz qalmaqdadır. Maraqlıdır ki, İrəvanın bu durumda Moskvaya yarınmaq cəhdləri də hansısa effekt verməyib. Əvəzində, Ermənistan ABŞ-ın da dəstəyindən məhrum olmaqdadır. Bütün bunlar isə, ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin gedişinə də mütləq mənada öz təsirini göstərəcək.

Ermənistanın belə vəziyyətə düşməsinə səbəb isə Suriyaya hərbçilərini göndərməsidir. Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Suriyaya minaaxtaranlardan və hərbi həkimlərdən, eyni zamanda onların təhlükəsizliyinin təmin edilməsi üçün mütəxəssislərdən ibarət qrup göndərəcəyni bildirmişdi. Artıq 83 nəfərdən ibarət həmin qrup Suriyanın Hələb şəhərindədir. Elə o vaxt ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbçilər göndərmək barədə qərarını qınayıb və Moskva ilə İrəvanın işbirliyini dəstəkləmədiyini bildirib.

Ermənistanda nəşr edilən “Qraparak” isə yazır ki, əslində, ABŞ prosesə getdikcə daha sərt reaksiya verməkdədir. Qəzet bildirir ki, hətta Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Bildirilir ki, İrəvan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb: “Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb”. Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır: “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən, bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”.

Ermənistandan humanitar missiyanın Suriyaya göndərilməsinə ABŞ Dövlət Departamentinin reaksiyasını şərh edərkən Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə yazır ki. Vaşinqton daxili siyasi islahatların həyata keçirilməsi üçün Ermənistana yardım göstərməkdən imtina edə bilər. Məqalədə deyildiyinə görə, Ermənistanın öz daxilində mövqe fərqliliyinə və ABŞ-ın reaksiyası qarşısında qorxuya baxmayaraq, rəsmi İrəvan Moskvaya Suriyaya hərbçilərin yollanması ilə bağlı verdiyi sözü yerinə yetirmək qərarına gəlib: “Bunun əleyhdarları eyham vururlar ki, indi, çox güman, hökumət islahatların həyata keçirilməsi üçün okeanın o tayından göstəriləcək köməyə elə də böyük ümidlər bəsləyə bilməz. Hər halda, mümkün olacağı həcmdə. Beləliklə, Rusiyaya ümid bəslənir, hərgah indiyə kimi rəsmi Moskvanın islahatlar aparan dövlətlərə yardımı gözə dəyməyib”. Erməni politoloq Suren Sarkisyan isə heç Rusiyanın da ölkəsinə yardım etməyəcəyini vurğulayır: "Rusiya özünə məxsus bütün xüsusiyyətləri ilə hegemon ölkədir. Ölkə rəhbərlərinin xoşməramlı niyyəti varsa, bu o demək deyil ki, bütöv sistem bu davranış təzini bölüşür". O qeyd edib ki, Rusiya mətbuatının son nəşrlərinə lazımi diqqət yetirilməyib və reaksiya verilməyib: "Düşünülürdü ki, Suriyaya ezam edilmiş erməni mütəxəssislərindən sonra rus mediasında və analitik sahələrində gənc erməni hakimiyyətinə münasibət və davranış dəyişəcək. Əldə olan faktlar isə tam əksini sübut edir. Rus hakimiyyəti və onların təsir dairəsində olan KİV-də münasibət heç bir şəkildə dəyişməyib.  
Ermənistan hər hansı şəkildə yayılan məlumatlara reaksiya vermədi. Sanki reaksiya verilməli bir şey də yox idi, lazım da deyildi. Lakin bu həmin hal deyil. Hakimiyyətin elə ilk günlərindən başlayaraq, Rusiya öz məlum mənfi iradlarını, bəzən isə yeni təyin olunan gənc kadrlara ədalətli münasibətini bildirirdi. Biz hesab edirdik ki, bu müvəqqətidir və bu kimi hallara xarakterik yanaşmadır. Amma məlum oldu ki, elə deyil.
Ermənistanın müttəfiqi olan Rusiyada, heç olmasa, hakimiyyətin ikinci və üçüncü eşelonunun bəzi nümayəndələri ilə bağlı davranış tərzi və etimadsızlıq hələlik qabaqlayıcıdır. Bir şeyi dərk etmək lazımdır ki, Rusiya özünəməxsus bütün xüsusiyyətləri ilə hegemon ölkədir. Ölkə rəhbərlərinin xoşməramlı niyyəti varsa, bu o demək deyil ki, bütöv sistem bu davranış təzini bölüşür. Suriyaya getmək vəziyyəti nizama salmaqdırsa, deməli, bir başqa yerdə səhvə yol verilib. Məhz bu vəziyyətdə biz ABŞ-ın da təzyiqlərini üzərimizə çəkirik. Belə vəziyyətdə, Qarabağ məsələsi də daxil olmaqla, digər istiqamətlər üzrə Ermənistanın mövqeləri daha çox zəifləyəcək".

Digər erməni hərbi ekspert Van Hambartsumyan da eyni mövqeni bölüşür: “İkinci Dünya Müharibəsindən sonra Suriyadakı kimi münaqişə baş verməyib, çünki Suriyada yalnız dünya deyil, bölgənin aparıcı ölkələrinin də maraqları toqquşur. Suriya münaqişəsinə İsrail, Türkiyə, Rusiya, Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İran cəlb edilib. Bu baxımdan da Suriyaya erməni hərbi qrupunun göndərilməsi ümumiyyətlə Ermənistana əlverişli deyil”. Onun fikrincə, Suriyaya erməni hərbi qrupunun göndərilməsi düşmənçilik fəaliyyəti kimi nəzərdən keçirilir. Belə ki, erməni hərbi heyəti orada Rusiya Federasiyasının xahişi ilə yerləşdirilib: “Əgər əvvəllər terrorçular üçün erməni icması neytral zonada qalırdısa, indi hərbi heyət peyda olduqdan sonra hökumət qüvvələrinə yardım edən tərəf kimi nəzərdən keçiriləcək. Ermənistandan göndərilən 83 nəfərlik qrupun yerləşdirildiyi Hələb şəhərinə böyük hücum, o cümlədən, hücum zamanı kimyəvi silahların tətbiq ediləcəyi gözlənir. Biz bundan çox əziyyət çəkəcəyik. ABŞ-ın bundan sonra Qarabağ məsələsində Azərbaycana daha çox dəstək verməsini gözləmək lazımdır”.

Ermənistanın “lragir.am”  portalı isə qeyd edir ki, əslində, İrəvanın addımlarına baxmayaraq, elə Rusiya da Qarabağ məsələsində Nikol Paşinyan iqtidarına təzyiqlərini artıracaq. Bunun isə çoxsaylı səbəbləri mövcuddur: “Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə hələ ötən il Qriboyedov klubunu əvəzləməli olan Lazarev klubu yaradılıb. Klubun yaradılması Ermənistan-Rusiya münasibətlərinə yeni nəfəs verilməsi və iki cəmiyyət arasında əlaqələrin genişləndirilməsinin gərəkliyi ilə şərtlənib. Klubun Rusiya hissəsinə məşhur adamlar, o cümlədən “erməniyönlü” sayılan politoloq və analitiklər daxil olub. Amma Ermənistan tərəfdən dəyişiklik baş verməyib, elə Qriboyedov klubundakı adamlardır. Hər şeyə əsasən, ruslar Ermənistandan yeni adamlar cəlb etmək istəməyib və ya bacarmayıblar.

Bununla bağlı Rusiya politoloqu Sergey Kurqinyanın Rusiya agenturası haqda qəzəbli, coşqun çıxışını yada salmaq olar. O hiddətini gizlətmirdi ki, Rusiya hökumətinin başqa ölkələrdə həlledici məqamda onlardan gözləniləni yerinə yetirməyən tör-töküntülərə güvənməkdə nadir bacarığı var. Yəqin hörmətli politoloqun sual verməyinə dəyərdi ki, niyə məhz belə adamlar əməkdaşlıq etməyə razılaşır. Amma bu, başqa bir söhbətin mövzusudur. Lazarev klubunun “Ermənistanyönlü” bəyanatlarına və Ermənistan-Rusiya münasibətləri haqda xoş niyyətlərinə baxmayaraq, biz onda da güman edirdik ki, bu klubun missiyası Qriboyedov klubunun buraxdığı xoşagəlməz ağır təəssüratı dağıtmaq və Ermənistanda məxməri inqilabdan sonra Kremlin elan edilmiş yeni müstəmləkəçilik siyasəti çərçivəsində Ermənistan-diaspora ikiliyinin gerçək birliyini aradan qaldırmaqdan ibarətdir. Bu, bir hədəfi də Ermənistanın subyektliyini aradan qaldırmaq olan və uzağa gedən bir proqramdır.

Sonrakı hadisələr bizim gümanlarımızı təsdiqlədi. Bu klubun təmsilçiləri son zamanlar Rusiyanın erməni icmasının üstünlüyü (təbii, bu icmanın subyektliyini tanımadan), Ermənsitan inqilabında Qərb izləri, Rusiyaya inqilab ixracı və sair barədə qızğın piara başlayıblar. Erməni soyadlı politoloqlar və ictimai-siyasi xadimlər özəlliklə buna fəal cəlb olunur – bunun sübutu Marqarita Simonyanın ifasında qalmaqaldır. Zatulinin özü də Rusiya televiziyasında antiermənistan nitqilə çıxış edib.

Paralel olaraq qapalı görüşlər keçirən baş nazir Karen Karapetyanın Ermənistana qayıtdığı haqda Ermənistan KİV-ində məlumatlar gedib. Habelə danışırlar ki, bu günlərdə Moskvada Lazarev klubunun Ermənistandan əxlaqca və ideologiyaca əldən düşmüş xadimlərin qatıldığı qapalı toplantısı baş tutub. Dağlıq Qarabağ problemi üzrə hansısa variantlar və təhlükələr haqda diskurs formalaşdırılır. Diqqətçəkəndir ki, bu proses Ermənistanın Suriyaya humanitar missiya göndərməsinə paralel başlanıb. Suriya missiyasından narazı erməni politoloqlarının niyəsi barədə düşünməyinə dəyərdi. Və niyə missiya göndəriləndən sonra Bakıda hərbi ritorikanı yenidən yada salıblar? Hər şeyə əsasən, Lazarev klubu Ermənistan istiqamətində təkcə informasiya deyil, həm də hərbi-informativ dəstək kimi gərəkdir”. O da vurğulanır ki, bu vəziyyət Rusiyanın Ermənistanda vəziyyəti qarışdırmaqda maraqlı olduğunu göstərir. Bütün bunlar həm də onun təsdiqi sayılır ki, Ermənistan real vəziyyətdə həm ABŞ-ın, həm də Rusiyanın ciddi təzyiqləri ilə üzləşir. Bu təzyiqlərin ən mühüm vasitələrindən biri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Məhz Qarabağ kartı ilə ABŞ-la Rusiyanın İrəvana təzyiqlərinin artması Ermənistanın konfliktin çözümünə Azərbaycanın istədiyi şərtlər əsasında razılıq verməsini sürətləndirə biləcək hal sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ