Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda radikal müxalifətin fəaliyyətinə dünya mediasından bir baxış və Çin faktoru...

Image


Radikal müxalifət düşərgəsində yer alan partiyaların bu gün xalq tərəfindən hansısa dəstək görməməsi birmənalı həqiqətdir. Bunu həmin düşərgəyə daxil olanların son dövrlərdə keçirdikləri aksiyalar da təsdiq etdi. Belə ki, həmin aksiyalara gələnlərin sayı heç iki mini ötmür. Burada nəzərə alaq ki, belə aksiyaları radikalların birləşdiyi qurumlar təşkil edir. Hətta bir neçə partiyanın belə birlikdə bu qədər az sayda insanı toplaması isə sözügedən düşərgəyə cəmiyyətin münasibətini bir daha aydın göstərir.

Bütün bunlara rəğmən, radikal müxalifət yenə aksiyalar niyyətindən əl çəkmir. Amma bu zaman pozucu fəaliyyət göstərilməsi və ölkədə hansısa xaos yaratmaq cəhdləri də ön planda yer alır. Ekspertlərə görə, fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, ölkə daxilində dağıdıcılıqla məşğul olan bu düşərgə, əslində, mitinqlərlə özlərinə təsəlli verməyə çalışır. Araşdırmalar da göstərir ki,  cəmiyyətdə heç bir sosial dayağı, nüfuzu olmayan radikallar  hər dəfə mitinq keçirmək adı ilə, əslində, daha çox xarici havadarlarının, belə demək olarsa, verdiyi tezislər əsasında şüarlar səsləndirir. Əsas məqsəd də xaricdən pul axınını təmin etməkdir. Üstəlik, onların demək olar 25 ildir dəyişməyən şüarları, çıxışları, yalan vədlərı cəmiyyətdə ümumiyyətlə diqqətə alınmır. Belə görünür ki, onlar xaricdən aldıqları sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya, Liviya və digər vətəndaş qarşıdurması olan ölkələrin gününə salmağa hazırdırlar. Məhz bu səbəbdəndir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi və xalq bu çirkin niyyətin baş tutmasına qəti olaraq imkan vermir. Radikalların belə çirkin niyyəti ölkə sərhədlərindən kənarda da yaxşı sezilir. Bu xüsusda Rusiyanın "regnum.ru" portalında dərc edilən yazı xüsusi diqqət cəlb edir. Yazıda qeyd olunur: "Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçiliyin missiyası və Azərbaycanın milli maraqları” başlıqlı replikanı sosial şəbəkələrdəki səfihəsində yerləşdirib.  Ehtimal ki, Azərbaycan hökuməti bu qayda ilə yanvarın 19-da Bakıda baş tutmuş, müxalif “Demokratik Qüvvələrin Milli Şurası”nın təşkil etdiyi, Müsavat Partiyası və başqalarının dəstəklədiyi icazəli mitinqə reaksiya vermək qərarına gəlib. Biz bu materiala sıradakı səbəblərə görə diqqət ayırmışıq.

Həsənov Azərbaycanın ən səriştəli və məlumatlı siyasətçilərindən biridir. O özü haqda deyir ki, 1988-ci ildən bəri “Azərbaycanın aktiv siyasi həyatındayam”, 1993-cü ildən isə “Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları – QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram”. Onun sözlərinə görə, “cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı, ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir”.

Üstəlik, Həsənov Azərbaycanda, fikrimizcə, olduqca özünəməxsus şəkildə strukturlaşdırdığı müxalifətin varlığı faktını etiraf edir.

Birincisi: bir vaxt özünü “milli demokratlar” adlandırmış, amma sonradan Avropa Lliberal Demokrat İttifaqına qatılan sağçılar. İkincisi: Həsənovun sözlərinə görə, “özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular”. Üçüncüsü: “dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar”. Dördüncüsü: “bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar”.

Lakin rəsmi Bakı üçün kim hamıdan daha təhlükəlidir? Birinci duruşdan – Qərb Liberal Demokrat İttifaqına qoşulan qrupdan başlayaq. Belə müxalifət ideologiyaca ölkədə fəaliyyətdə olan hakimiyyətdən geniş mənada fərqlənmir. Axı həm bu, həm də o biri tərəfin ideoloji yönü Qərb və dünyəvilikdir. Düzdür, Azərbaycan liberallarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə rəsmi yanaşmadan fərqli yanaşmaya malik olduqlarını hesab etməyə ciddi əsaslar var. Azərbaycanda belə baxışların tərəfdarları Qərbdən dəstək alan və onun tərəfindən gərəkli anda Bakıya basqı üçün alət kimi yararlandığı “məhdud azlıq”dır. Amma bax, sağçı qüvvələrin respublikada həm ən yaxın, həm də uzunmüddətli perspektivdə, Ermənistanda bu yaxınlarda baş verdiyi kimi, hətta Qərb tərəfdən Azərbaycana maliyyə, siyasi və başqa dəstəyi şərtilə Azərbaycanda etiraz təşəbbüsləri, “rəngli inqilab” həyata keçirmək şansları yoxdur. Lakin, bəli, Qərb onlardan konkret xarici siyasət hədəflərinin əldə edilməsində hökumətə basqı aləti kimi istifadə edir. Azərbaycan “liberallar”ının Rusiyanınkılarla alyansı halında durum başqa cür görünə bilərdi. Amma sonuncular təkcə Rusiyada siyasi məğlubiyyətə uğramayıb.

“Gah şimalda, gah da cənubda siyasi himayədar axtaran” solçulara keçək. Azərbaycanda ənənə üzrə kommunistlər belə hesab olunur. Onlar parçalanıb və indiyə kimi sol cinahdakı boşluğu doldura bilməyib, çağdaş şərait üçün yeni ideologiya hazırlamayıblar. Solçular buna görə də daxili-siyasi meydanda duyulacaq rol oynamır, onların Azərbaycanda siyasət, iqtisadiyyat, hüquq və ruhsal sahələrdə sosialist metodunun bərpası üçün islahatların keçirilməsi haqda şüarları havadan asılı qalıb. Düzdür, ekspertlərin fikrincə, Azərbaycanda “solçu” hərəkatın obyektiv spektri müəyyən daxili sosial-iqtisadi səbəblərdən genişlənə bilər, amma mütəşəkkil fəhlə və kəndli sinfinin tənəzzülü göz qabağındadır.Azərbaycan solçuları Rusiyadakı RFKP kimi yaranmış durum və şəraitdə mötədil siyasi şüarlarla çıxış edərək yalnız hakimiyyyətlə əməkdaşlıqda sistemli müxalifət ola bilərlər. Solçulara Həsənovun barəsində yazdığı “cənubdan” mümkün dəstəyə gəlincə, bu bizim üçün tapmacadır. Doğrudanmı, Çin nəzərdə tutulur?

“Dünyəvi konstitusion quruluşu dövlətin həqiqi dayağı kimi müdafiə etməyə” hazır olan sekulyarlar haqda daha az məlumdur. Yalnız ümumi tipli təsvir mövcuddur, buna əsasən, respublikada “sekulyarizm anlayışı və müsəlman eyniyyəti bir-birinə zidd deyil”.

 Biz beləcə, “bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar”a – dördüncü duruşa çıxırıq. Əlbəttə, söhbət Azərbaycanda ideoloji təsiri çoxalan şiə İranından gedir ki, bu, az qala rəsmi səviyyədə etiraf olunur. Axı Azərbaycan müsəlmanlarının 70%-ə yaxını şiədir. Buna görə də Bakı üçün potensial təhlükə həm də Yaxın Şərqin qonşu ölkələrində “rəngli inqilablar”a düyünlənən məhz bu və ya başqa şəkilli islam amilidir. Problem onda deyil ki, Tehran qonşu Azərbaycana ideoloji ekspansiya etmək niyyətindədir, bundadır ki, ABŞ İranda durumu “qızışdıraraq”, Liviyada olduğu kimi, səhnəyə özünü “müxalifət” kimi göstərən yeni siyasi güclər çıxara bilər. Bununla yanaşı, müxalif fəallığı Yaxın Şərq hadisələrinə bağlamaq imkanını da istisna etmək olmaz. İstənilən başqa dövlətdəki kimi, Azərbaycanda da cari sosial-iqtisadi durumdan narazılıq var ki, bu da cəmiyyətdə etiraz əhvali-ruhiyyəsinin artmasına aparır. Amma bu gün Azərbaycanda müxalifət deyilən kəsim bu təyinə meyl etmir, Bakıda indiki hakimiyyətə alternativ yoxdur. Etiraz aksiyaları əhalinin ona açıq indifferent münasibətilə fraqmental xarakter daşıyır. Lakin bu gün düşünmək gərəkdir ki, Qərbdən qida alan müəyyən güclər yeni geopolitik kapitallaşmanın artırılması üçün ciddi səylər göstərəcəklər. Həsənovun məqaləsi məhz bu məcrada qavranılır".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ