Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq niyyətləri və Elşad İsgəndərov məsələsi faktorlardan biri kimi...

Image


Fərəc Quliyev: “Hətta belə hadisə olsaydı belə, bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsiri olmazdı”
Elşən Mustafayev: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsində maraqlı olan ən başlıca qüvvə ermənilərdir” 

 

Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yalnız  yaxın qonşuluq səviyyəsində dəyərləndirilmir. Bu iki ölkə həm də bir-birilə qardaş dövlətlərdir. Münasibətlərin həddən artıq yaxın olması yalnız sözdə ifadə olunmur, eyni zamanda, iki ölkə arsındakı əlaqələrin düzgün qurulması və hadisələrə münasibətdə də özünü aydın şəkildə göstərir. 

Məsələn, Türkiyə ilə Ermənistan arasındakı sərhədləri açmağa nə qədər cəhd etsələr də, bu alınmadı. Çünki bu məsələdə Türkiyənin mövqeyi sərt və konkretdir. Qardaş ölkənin şərti belədir ki, Ermənistan nə qədər ki, işğaldan əl çəkməyib, sərhədlər də açılmayacaq.

Ancaq qardaş ölkələr arasındakı münasibətləri korlamağa çalışan kifayət qədər qüvvə mövcuddur. Proseslərin gedişi isə göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdi heç zaman baş tuta bilməz. Biz bu cür cəhdlərə hazır olmalıyıq. Çünki sözügedən birliyi sevməyən qüvvələr az deyil və onlar bu cür yalanlar uydurmaqla iki qardaş ölkə arasında problemlər yaratmaq istəyirlər. Bu məsələdə hər iki ölkənin mediasının üzərinə də ağır yük düşür.

Fevral ayının 20-də Türkiyə mediasında yayılan və sonra Azərbaycan XİN tərəfindən təkzib edilən məlumatı da bu cəhdlər sırasına aid edə bilərik. Həmin məlumatda qeyd edilirdi ki, guya Azərbaycanın xüsusi statuslu səfiri Elşad İsgəndərovu Türkiyə tərəfi “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıb. Lakin bizim XİN məlumatın məhz təxribat xarakterli olduğuna işarə etdi: “Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək, qərəzli xarakter daşıdığından, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq".

Göründüyü kimi, rəsmi qurum da bunu iki ölkə arasındakı münasibətlərə xələl gətirmək məqsədilə atılan təxribat xarakterli addım kimi dəyərləndirir. Bu cəhdlərin arxasında kimlər və hansı məqsədlər dura bilər?

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək, aranı vurmaq istəyən kifayət qədər  qüvvə var: “Bunların da başında ermənilər və onların təsiri altında olan qüvvələr  durur.  Dediyiniz son hadisə ilə də bağlı Xarici İşlər Nazirliyinin mövqeyi var. Çox əhatəli şəkildə izah edilib. Bunu yetərli saymaq olar.  Çünki istənilən dövlətdə olan məsələyə rəsmi münasibət daha əsas sayılmalıdır. Hətta belə hadisə olsaydı belə, bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsiri olmazdı. Son günlər çeçenlərlə baş verən hadisəni də bu qəbildən saymaq olar. Orada da erməni barmağı çıxdı. İstək bu idi ki, azərbaycanlılar daha bir millətlə düşmən olsunlar. Mən təşəkkür edirəm ki, siz də bir KİV olaraq belə hallara ayıq-sayıq baxırsınız. Xüsusilə də bu qəbildən olan məlumatlar dəqiqləşdirilməlidir. Çünki iki qardaş ölkə arsındakı münasibətləri pozmaq üçün ən ideal vasitə KİV-lər sayıla bilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev də hesab edir ki, bu cür təxribatların arxasında yalnız iki ölkənin yaxınlığını istəməyən qüvvələr dura bilər: “Son hadisədə texniki xətadan çox, siyasi təxribat izləri gördüm. Türkiyədə çoxlu sayda erməni əsilli şəxs yaşayır. Onların KİV-lərdə də dayaqları möhkəmdir. Hesab edirəm ki, bu məsələnin  araşdırılmasında daha çox Türkiyə maraql olmalıdır. Çünki informasiyanın ilkin mənbəyi məhz həmin ölkədəki KİV-lərdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsində maraqlı olan ən başlıca qüvvə ermənilərdir. Yalnız  son hadisəyə köklənməməliyik. Biz bütün istiqamətlərdən belə təxribatları gözləyə bilərik. Ona görə də hər iki ölkənin rəsmi qurumları, xüsusilə də KİV-ləri ayıq-sayıq olmalıdırlar. İnanmıram ki, belə xırda tərpənişlərlə qardaş ölkənin dostluğunu sarsıtmaq mümkün olsun”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ