Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan diplomatının Türkiyədə “arzuolunmaz şəxs” elan edilməsi xəbəri rəsmən tam aydınlaşdı

Image


Günün birinci yarısında Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulduğu barədə xəbər yayıldı. Türkiyənin “Ensonhaber” adlı portalına istinadən tirajlanan həmin məlumatda bildirilirdi ki, Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır.

“İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin iştirak etdiyi toplantıda Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub” - xəbərdə belə deyilir.

Məlumata görə, həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmiləri “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o, “persona non qrata” elan edilib.

Elşad İsgəndərov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə keçirilib.

Bir sıra yerli KİV-lərdə E.İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb və onun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.

Məlumatın yayılmasından bir neçə saat sonra Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfir Elşad İsgəndərovun "iki ölkə arasında münasibətlərə xələl gətirdiyinə görə" Türkiyəyə girişinin qadağan olunduğu haqda bu ölkə mediasının yaydığı xəbərlərə reaksiya verib və bu məlumatları "tamamilə yalan", "qərəzli" adlandırıb.

Məlumatda deyilir: "Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi, Sosial və Mədəni Məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri E.İsgəndərov həmin iclasda iştirak etməyib.

Eyni zamanda, bildirilməlidir ki, sözügedən iclasda çoxsaylı məsələ çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-in Avrasiya Regional Mərkəzinə evsahibliyi edən Azərbaycan Mərkəzinin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib. Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilib.

Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib.

Belə bir iddia olmadığı üçün, Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İsgəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

E.İsgəndərov uzun illər İƏGF-ə səmərəli şəkildə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırımı kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyəti nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin, qlobal mədəniyyətlərarası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib. Eyni zamanda, mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İsgəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin, o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib.

Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək, qərəzli xarakter daşıdığından, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq".

Azərbaycan XİN-in bəyanatı bu sözlərlə bitir.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ