Bazar günü günü, 08 noyabr 2026
     

Gürcüstanda SOCAR-a təzyiqlərin arxasında erməni barmağı və Makron - Zurabişvili sövdələşməsi...

Image


Əli Orucov: “Belə olmasaydı, o zaman bu amil nəzərə alınardı və Gürcüstan bu dərəcədə...”

 

Fransada işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emanuel Makronla görüşüb. Son vaxtlar bu iki ölkə arasında qeyri-adi yaxınlaşma müşahidə olunur. Belə ki, Zurabişvili ilə görüşdə Makron Mərkəzi Afrikada gürcü ordusuna fransız ordusu ilə yaxından əməkdaşlıq etdiyinə görə Gürcüstan Prezidentinə təşəkkür edib.

İki ölkə prezidenti müxtəlif sahələrdə, o cümlədən müdafiə məsələləri ilə bağlı əməkdaşlığı nəzərdə tutan "Dmitri Amilahvari adlı Fransa-Gürcüstan dialoqu" əsasında əməkdaşlıq bəyannaməsini imzalayıblar. Gürcüstan Prezidenti fransalı həmkarını ölkəsinə dəvət edib və Makron bunu böyük məmnuniyyətlə qəbul edib: “Hörmətli Prezident, məni Gürcüstana dəvət etdiniz və mən, əlbəttə, sizin dəvətinizə cavab verməkdən və Gürcüstana gəlməkdən çox xoşbəxtəm”.

Makron, həmçinin, Fransanın bundan sonra da Rusiya-Gürcüstan danışıqlarının aparılmasında vasitəçilik edəcəyini bildirib. Zurabişvili bildirib ki, Fransa təkcə bəyanatlar vermir: “Həmişə suverenliyimizi və ərazi bütövlüyümüzü tanıyır”.

Onu da qeyd edək ki, hər iki prezident bu və ya digər formada anti-Azərbaycan mövqeyi sərgiləyib. Bu, müxtəlif formalarda özünü göstərib. Məsələ ondadır ki, Azərbaycanın Cənubi Qafqazda lider mövqeyinə malik olmasına rəğmən, Makron Ermənistana səfər etdi, Frankofoniya tədbirinə qatıldı. Ancaq Azərbaycana səfər etmədi. Makron Ermənistana ötən ilin oktyabrında səfər etməsinə baxmayaraq, bu il yenidən İrəvana səfər edəcək. Bundan başqa, Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Artıq bununla bağlı bir sıra işlər görülür.

Zurabişviliyə gəldikdə isə, bu şəxs seçki kampaniyası dövründə Axalkalakidə erməni əsilli seçicilərlə görüşündə azərbaycanlıların ünvanına xoşagəlməz ifadə işlətmişdi. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların narazılığına səbəb olmuşdu. Diqqətçəkən məqam ondan ibarətdir ki, Zurabişvili ikinci turda prezident seçiləndən və fəaliyyətə başlayandan sonra Gürcüstanda Dağlıq Qarabağda vuruşmuş erməni cəlladına abidə ucaldıldı. Özü də abidənin açılışının məhz 20 yanvar günü olması heç də təsadüfi deyildi.

Bu arada məlum olub ki, Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirdiyi kimi, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq. Belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. Onun sözlərinə görə, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: “Biz istəmirik ki, bazarda inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.

Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tiflisi Moskvanın orbitinə çəkir.

Keçmiş prezidenti Mixeil Saakaşvili də sözügedən məsələdə hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib: “Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”.

Bütün bu deyilənlərin fonunda, Gürcüstanın qazla bağlı son addımı Makronla Zurabişvilinin görüşündən qaynaqlana bilərmi?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bu ehtimalı və bunlar arasında hansısa əlaqənin olmasını istisna etmədi: “Çünki son vaxtlar Gürcüstan hökumətinin Azərbaycana yönəlik siyasətində bir sıra anlaşılmaz məqamlar var. Bu bir sıra məsələlərdə özünü göstərməkdədir. Gürcüstanın ən çətin günlərində Azərbaycan bu ölkəyə kömək edib. 2006-2007-ci illərdə Rusiya bu ölkəyə qaz verilməsini dayandırdı. Çox çətin vəziyyətdə qalmışdılar. Azərbaycan bu ölkəyə təbii qaz verməklə onları çətin vəziyyətdən çıxardı. Bundan başqa, 2008-ci ilin avqust müharibəsi zamanı Rusiya bu ölkəni blokadaya salmışdı. Gürcüstanı o zaman hərtərəfli blokadadan Azərbaycan çıxardı. Lakin bu gün biz görürük ki, Zurabişvili prezident seçiləndən sonra Gürcüstanın yeni hakimiyyətinin Azərbaycanla bağlı mövqeyi fərqlidir və biz bunu açıq şəkildə görürük. Avakyana abidə ucaltdılar. Baxmayaraq ki, Gürcüstanın özü də separatizmdən əziyyət çəkir, ərazisinin 20 faizinə nəzarət edə bilmir. Gürcüstan qazla bağlı addımını guya Azərbaycanın qiymətləri artırması ilə əlaqələndirir. Fikrimcə, bu bəhanədir. Çünki qiymət artımı larinin dəyərdən düşməsi fonunda çox aşağıdır. Bundan başqa, inanmıram ki, “Qazprom” Azərbaycan qədər sərfəli qiymətə Gürcüstana qaz ixrac etsin. Görünən odur ki, bütün bunlar təsadüfə oxşamır. Fransa Gürcüstana təsir etmək imkanına malikdir və bu ölkələr arasında sıx əlaqələr mövcuddur. 2008-ci ilin avqust müharibəsində o vaxtkı Fransa Prezidenti Sarkozinin vasitəçiliyilə müharibə dayandı. Fransanın da Azərbaycana münasibəti bəllidir. Bu ölkə ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olsa da, hər zaman işğalçı Ermənistanın mənafeyini nəzərə alıb. Prinsipcə, Makron Rusiyanın Cənubi Qafqazda təsir vasitələrinin azaldılması üçün səylər göstərməlidir. Çünki Qərb regionun, ən başlıcası, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını istəyir. Ancaq son proseslər deyilənlərlə uzlaşmır. Fransanın bu məsələdə sərgilədiyi susqunluq müəyyən əsaslı şübhələrə yol açır. Ola bilsin ki, Makron Azərbaycanın Cənubi Qafqazda artan mövqeyindən narahatdır. O üzdən, sözügedən məsələdə Gürcüstana hansısa formada dəstək verir. Belə olmasaydı, o zaman bu amil nəzərə alınardı və Gürcüstan bu dərəcədə kardinal addım atmazdı”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ