Prezident İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-xeber.com-un president.az saytından aldığı məlumata görə, dövlət başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyətini qəbul etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirərək, Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.