Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub və dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq onunla söhbət ediblər.
Bir tələbə Prezidentlə maraqlı mövzuda danışıb və istəyini dilə gətirib: “Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalarındakı məcburi köçkünlərin köçürülməsini və biz tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”.
Prezident İlham Əliyev cavabında “Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır” deyib.