Bazar günü günü, 08 noyabr 2026
     

Əvvəlcə XİN başçıları, ardınca ABŞ-da Əliyev-Paşinyan görüşü – Ermənistan çıxışı olmayan küncə sıxıldı

Image


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin məhz bundan sonra normallaşmasının mümkünlüyü barədə rəsmi Bakı mövqeyini kifayət qədər aydın şəkildə meydana qoyub.

Azərbaycan onu da bəyan edir ki, Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə, davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir. O da açıq şəkildə vurğulanır ki, münaqişənin həllində inkişaf, regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanda tərəqqi üçün imkanlar açır.

Ötən dövr ərzində Ermənistanda bu reallığa uyğun hərəkət edən qüvvələr olmayıb. Ölkənin yeni rəhbərliyinin mövqeyi isə hələ də ziddiyyət doğurmaqda davam edir. Məhz belə vəziyyətdə bütün diqqətlər Münhenə yönəlib. Qeyd edək ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında görüş baş tutacaq.
Ermənistanın “Qraparak” qəzeti yazır ki, bu danışıqlardan sonra Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər. Qəzetə danışan mənbə Rusiya və ABŞ-ın Qarabağın həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmədiyini bildirib. Hesab olunur ki, Məmmədyarovla Mnatsakanyan arasında danışıqlarda müəyyən razılıqlar əldə edilməsi gözlənilir. Əks təqdirdə Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ-da bir araya gəlməsi mümkünsüz sayılır. Burada onu da xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton əvvəlcə Nikol Paşinyanla, ardınca İlham Əliyevlə telefon danışığı aparıb. Məhz burada Qarabağ daqnışıqlarının müzakirə olunduğu vurğulanır. Politoloq Aleksandr İsgəndəryan mümkün Əliyev-Paşinyan danışıqları haqda bildirib ki, Qarabağ nizamlanmasında Minsk Prosesini yenidən başlatmaq üçün cəhdlər edilir: “Çünki bu proses faktiki olaraq ölüb, ən azından 2016-cı ildə dəqiq ölüb. Hazırda onu diriltmək istəyirlər”. Onun fikrincə, proses hökmən dövlət başçılarının rəsmi görüşünə gətirib çıxaracaq: “Açıq-aydındır ki, bu görüş hazırlanır”.

Tərəflər arasında yeni görüşlə bağlı müəyyən razılıqların ola biləcəyini Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da istisna etmir. O, qeyri-müəyyən vəziyyətdə qalan Paşinyanın Qarabağ məsələsində güzəştə getməkdən başqa çarəsinin olmadığını da vurğulayır. Ekspertə görə, məhz bu səbəbdən Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakına nail olmaqla Nikol Paşinyan kompromis çərçivəsində güzəştlər barədə məsuliyyəti Qarabağla bölməyə çalışır: “Görünür, Paşinyan necə güzəşt edəcəyini anlamır. O bir tərəfdən kompromis və güzəştlərə hazırdır, ancaq bütün məsuliyyəti üzərinə götürməyə qorxur. Hətta “Qarabağ klanı“nın nümayəndələri Serj Sarkisyan və Robert Köçəryan da belə güzəştlər üçün siyasi məsuliyyəti öz üzərlərinə götürməkdən qorxurdular. Qarabağlılar üçün yad olan və aylardır torpaqları qaytarmağa hazırlaşmaqda ittham olunan Nikol Paşinyan həm də “Qarabağ klanı“nın siyasi rəqibidir”.

Markovun fikrincə, Paşinyanın bəyanatlarında müəyyən mənada müsbət siqnallar görmək olar: “Bu, münaqişə tərəfləri arasında müzakirələrin getdiyi anlamına gəlir. Mənim də dediyim kimi, Paşinyan vaxt qazanmağa çalışır, çətinləşmiş şəraitdə daha qazanclı mövqe qazanmağa cəhd edir. Ermənistan Dağlıq Qarabağın erməni icmasını danışıqlara cəlb etmək, azərbaycanlı icmasını isə bloklamaq istəyir. Bu isə qəbuledilməzdir. Paşinyan Qarabağın azərbaycanlı icmasının danışıqlarda niyə iştirak etməməsinə qəribə izahlar gətirmək istəyir. Bu cür yanaşmanı nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət onsuz da qəbul etməyəcək”.

Ekspert Paşinyanın danışıqlarda “Ermənistan+Dağlıq Qarabağın erməni icması Azərbaycana qarşı” formatından istifadə etmək istədiyini qeyd edib: “Bu heç bir məntiqə əsaslanmır. Dağlıq Qarabağın azərbaycanlıları işğal edilmiş bu ərazidən hərb yolu ilə qovulub. Buna görə də erməni icması cəlb olunacaqsa, təbii ki, azərbaycanlı icması da danışıqlara qoşulmalıdır. Bakının razılığı olmadan mövcud “Ermənistan+Azərbaycan” formatından başqa heç bir formatdan söhbət belə gedə bilməz. Ermənistanda siyasi turbulentlik və seçki dövrü başa çatdı. Bunlarla İrəvan danışıqlar prosesini dondurmağına haqq qazandıra bilirdi. Artıq bu cür şərait yoxdur. Vəziyyət dəyişməsə, hərbi əməliyyatların bərpa olunması ehtimalı güclüdür”.

Rusiyalı politoloq Qriqori Trofimçuk da məsələnin bu tərəfinə nəzər salaraq vurğulayır ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində hansısa bir irəliləyişin olmasının qarşısını alması müharibə risqini artırır. Onun sözlərinə görə, Nikol Paşinyanın da mövcud status-kvonun qalmasına çalışması indiki halda Ermənistanın özü üçün təhdiddir: “Paşinyan bir tərəfdən danışıqlarda iştirak etmək marağında olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan mövqe sərgiləyir. Buna görə də Ermənistan sərt xəttini dəyişməlidir. Əks halda təcrid vəziyyətində qalmaqda davam edəcək. Ən pisi isə odur ki, Qarabağ konfliktini yenidən alovlandıra bilər. Bu isə Ermənistana heç də qələbə gətirməyəcək”.

Beləliklə, bu fikirlərdən çox aydın görünür ki, Ermənistanın özünü qeyri-konstruktiv aparmaqda davam etməsi müharibəni körükləyən amildir. Halbuki, mümkün müharibədə Ermənistanı çox böyük zərbələr gözləyir. Bunu erməni ekspert Janna Aleksanyan da etiraf edir. Onun sözlərinə görə, Azərbaycan hərbi cəhətdən gücləndiyi bir vaxtda erməni ordusunda tamam əks proses müşahidə olunur, itkilərin sayı isə, hətta genişmiqyaslı hərbi əməliyyat olmadan belə artır. Qeyd edək ki, əslində Dağlıq Qarabağda mümkün savaşın Ermənistan üçün nə ilə nəticələnəcəyinə dair indiyə qədər İrəvana çoxsaylı xəbərdarlıqlar olunub. Amma görünür, İrəvan hələ də bundan lazımi nəticələr çıxarmaqda çətinlik çəkir.

“Politekonomiya” araşdırma institutunun direktoru Andranik Tevanyan özünün “Facebook” səhifəsində bildirir ki, əslində, lazımi nəticələr çıxarılması İrəvana, xüsusən də baş nazir Nikol Paşinyana çox lazımdır: “Dağılmış iqtisadiyyat və bunun nəticəsi olaraq zəifləmiş ordu şəraitində günahkarlıq prezumpsiyasının nəticəsi olaraq nəinki Dağlıq Qarabağ Azərbaycanın tərkibinə geri qayıdacaq, Ermənistan özü də “Qərbi Azərbaycan”a çevriləcək”.

Rusiyalı ekspert Dmitri Verxoturov isə vurğulayır ki, İrəvanın mövqesizliyi üzündən Qarabağ savaşı yenilənərsə, Azərbaycan bir-iki günə Ermənistan Silahlı Qüvvələrini tam məhv edəcək. O bunu bütün mühüm parametrlər üzrə Azərbaycanın öndə olması ilə izah edir. Ekspert diqqəti ilk növbədə buna yönəldir ki, Ermənistanda demoqrafik böhran getdikcə sürətlənir. İşğalçı ölkə həm miqrasiya, həm də doğuş sayının azalması nəticəsində ciddi təhlükə ilə üz-üzədir. Ekspert Ermənistanla müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə gücləndiyinə diqqət çəkir. Rusiyalı ekspert bundan sonra da Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini hesab edir: “Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə, Qarabağda müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin sayına görə Azərbaycanın öndə olduğu aşkardır, ikincisi, Azərbaycanın iqtisadi göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir, amma bu da qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü. Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanın artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək”.

Elə “İravnuk” qəzeti də yazır ki, orduda ildən-ilə pisləşən vəziyyət fonunda Azərbaycanla yeni savaş Ermənistan üçün sözün həqiqi mənasında fəlakət olacaq. Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan isə diqqəti ona yönəldir ki, hələ genişmiqyaslı savaş olmadan Dağlıq Qarabağda ölən erməni əsgərlərin sayı kifayət qədərdir. Erməni gəncliyinin məhvə getdiyini deyən Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarının ölkədə son hakimiyyət dəyişiklyindən sonra da azalmadığını qeyd edib. O bildirib ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir və Paşinyan bunları nəzərə almalıdır.

Hələlik əsas gözləntilər bundan ibarətdir ki, Ermənistanda mövcud iqtidar ölkənin dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol olmadığını qəbul edərək sülhə doğru real addımlar atacaq. Çünki İrəvana da yaxşı bəllidir ki,  Azərbaycan istənilən halda, özü də qeyd-şərtsiz öz torpaqlarını geri qaytaracaq. Sülh yolu nəticə verməsə, Azərbaycan, hərb variantından istifadə etmək bahasına da olsa, ərazi bütövlüyünü bərpa edəcək. Bu fonda ermənilərdən məsələnin hələlik dinc istiqamətdə çözümü üçün konstruktiv addım gözlənir. Ermənistan bununla bağlı artıq qısa zaman ərzində dəqiq seçim etməlidir. Məhz bu seçim ya Ermənistanın tam sonunu gətirəcək, ya da onun işğala son qoyub Azərbaycanla əməkdaşlıq şəraitində inkişafına gətirib çıxaracaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ