Bazar ertəsi günü, 09 noyabr 2026
     

Prezident İlham Əliyev Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etdi - FOTO

Image


Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilən və tikintisi aparılan müasir məhkəmə bina və kompleksləri barədə məlumat verdi.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə ölkəmizdə 16 yeni müasir məhkəmə binası tikilib, beşinin inşası isə davam etdirilir. İndiyədək Prezident İlham Əliyev paytaxtın Sabunçu, Yasamal, Nərimanov, habelə Şəki, Oğuz rayon məhkəmələri binalarının açılışında iştirak edib, İmişli rayon məhkəməsində yaradılan şəraitlə tanış olub.

Dövlət büdcəsinin vəsaiti hesabına tikilən Binəqədi Rayon Məhkəməsinin yeni binasının inşası da müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var. Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir. Burada 80 nəfərdən çox, o cümlədən 19 hakim, 60 nəfər məhkəmə aparatı işçisi çalışacaq. Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılır. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.

Binəqədi Rayon Məhkəməsi də inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçündür. İctimai zonada vəkillər, dövlət ittihamçıları, icra məmurları və Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları üçün otaqlar var. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və onların məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Bununla yanaşı, binada arxiv, maddi sübutların saxlanılması, vətəndaşların qəbulu, təqsirləndirilən şəxslərin vəkillə görüşü, dövlət ittihamçıları üçün otaqlar və tibb məntəqəsi mövcuddur. Konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Həmçinin hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, eləcə də Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Zalda tədris kurslarının keçirilməsi üçün də zəruri infrastruktur var. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətlərini əks etdirən kitablarla zəngindir.

Ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan Prezident İlham Əliyevə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verildi. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində qüvvəyə minən "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olundu.

Sonra səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu nümayiş etdirildi.

Bildirildi ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta hazırlanıb. Notariuslar həmin çantalarla hər hansı məkana bağlı olmadan fiziki və hüquqi şəxslərə bütün növ notariat hərəkətləri üzrə səyyar xidmət göstərə bilərlər. Eyni zamanda, yeni qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü də yaradılıb. Belə ki, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılacaq həmin köşklər notariuslarla videoəlaqə vasitəsi ilə notariat hərəkətinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər. Dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan mobil notariat qovluğunun tətbiqi nəticəsində istənilən şəxs ətrafında olan bütün notariat ofisləri və notariuslar, həmçinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli rüsum və haqqın məbləğləri, tələb olunan sənədlər və notariat hərəkətinin aparılmasında iştirak etməli şəxslər barədə məlumat alacaq. Funksiyanın əsas özəlliyi isə şəxsin iştirakçısı olduğu bütün notariat hərəkətləri ilə bağlı sənədlərin vahid mənbədə - mobil telefonda saxlanılması, istənilən vaxt elektron versiyadan istifadə etməsi, eləcə də sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal almasıdır.

Dövlətimizin başçısına cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il fevralın 10-da imzalanan Sərəncamın icrası üzrə görülən işlər barədə də məlumat verildi, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında tətbiq olunan elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar nümayiş etdirildi. Hazırda bütün ölkə üzrə 460-dan çox məhkuma elektron nəzarət olunur. Sərəncama əsasən ictimai işlərin formal icrasının qarşısının alınması, bu sahədə fəaliyyətin səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir.

Son illərdə Azərbaycanda məhkəmə sistemində tətbiq edilən yeniliklər beynəlxalq aləmdə təqdir olunur. Bununla əlaqədar ötən il Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb. Bu il isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb və Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.

Qurumun yeni rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşdü.

Qeyd edək ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlətimizin başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ