Bazar ertəsi günü, 09 noyabr 2026
     

Kreml İrəvana son xəbərdarlığını edib açıq fəaliyyətə keçir...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin daha böyük sürətlə gərginləşməsi müşahidə olunmaqdadır. Artıq rəsmi səviyyədə verilən açıqlamalardan belə bəlli olur ki, Moskva Ermənistanda ABŞ diqtəsilə hərəkət edən hakimiyyətin mövcudluğuna dözmək niyyətində deyil.

Hər halda, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin açıqlaması və İrəvanı açıq şəkildə hədələməsi də təsdiq edir. Karasin bildirib ki, bu il Ermənistandakı köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz forma alır: “Məsələ Moskvanın Ermənistan parlamentinin ABŞ-a doğru yön alacağından qorxmasında deyil. Vaçinqtonun baş verən radikal dəyişikliklər fonunda bu ölkənin daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.

Biz artıq ABŞ-ın İrəvandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh verməli olmuşuq. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılması ilə bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-lərdən hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Oktyabr ayında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton İrəvana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. Con Bolton əslində erməni xalqının tarixi təcrübəsini təhqiramiz formada "tarixi klişe" adlandırdı, həmçinin Ermənistana Amerika silahları almağı və antiiran sanksiyalarına qoşulmağı məsləhət gördü. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, pərdəarxası necə “qolburma” etdiklərini təsəvvür etmək olar”.

Karasin Ermənistan üçün Ukrayna və Gürcüstanı misal göstərib və Ukraynanın taleyinin faciəvi olduğunu xatırladıb: "Kiyevin milli maraqlarının əksinə olaraq, onu öz qlobal strategiyasının reallaşdırılmasında itaətkar vasitəyə çevirmək üçün Qərb burada dövlət çevrilişi etdi. Bəs Gürcüstan? Axı məhz NATO üzvlüyü ilə bağlı vədlər Mixeil Saakaşvilini Cənubi Osetiyada 2008-ci il avqust hərbi avantürasını yaratmağa gətirib çıxardı. Bu isə onun ölkəsinin ərazi itkisinə səbəb oldu. Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun müstəqil qərar verəcək”. Erməni mediası bu açıqlamalar fonunda yazır ki, Moskva artıq İrəvana qarşı açıq hədələrə keçib və ölkə hakimiyyətinin konkret seçim etməsini istəyir. Eyni zamanda, İrəvan Rusiyanın bu xəbərdarlığıını da qulaqardına vurur, ABŞ-la münasibətlərini davam etdirmək niyyətini ortaya qoyur. Xarici İşlər Nazirlyinin sözçüsü Anna Nağdalyan bu xüsusda bildirir: "Ermənistan bir dövlətlə münasibətlərini digərlərinin ziyanına qurmur. Biz artıq neçənci dəfədir vurğulayırıq ki, Ermənistan başqa ölkələrlə münasibətlərini suveren bərabərlik prinsipi üzərində qurur. Biz bir dövlətlə əlaqələrimizi digər ölkələrlə münasibətlərimizin ziyanına qurmuruq. Bu mövqe gələcəkdə də bizim xarici siyasətimizin əsasını təşkil edəcək”.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə Rusiyanın ABŞ tərəfindən İrəvana hansı təzyiqlərin edildiyini nəzərdə tutduğunu anlamadığını bildirir: “Düzünü desəm, məndə sual yarandı ki, hansı təzyiq və şantajdan söhbət gedir. Mən rusiyalı həmkarlarımdan öyrənməyə çalışacam ki, bu informasiya nəyə əsaslanır. Ermənistan müstəqil siyasət aparır və belə də davam edəcək”. Paşinyanın bu açıqlaması göstərir ki, İrəvan Moskvanın xəbərdarlığını nəzərə almayaraq, ABŞ-la işbirliyini davam etdirmək niyyətindədir. Rusiyalı politoloq Oleq Kuznetsov bu durumda Ermənistanla Rusiya arasında münasibətlərin daha da kəskinləşəcəyini vurğulayır. Politoloq deyib ki, ABŞ-ın Bağdaddakı səfirlikdən sonra böyüklüyünə və işçi sayına görə ikinci ən böyük səfirliyi İrəvandadır: “Orada bir neçə diplomat var, qalanları isə diplomat adı altında fəaliyyət göstərən kəşfiyyat heyətidir. Bütün dünya bunu bilir, lakin hamı susur”. Kuznetsovun sözlərinə görə, Moskva yaranmış vəziyyətdə Ermənistanla artıq başqa dildə danışmağa məcbur olacaq. Məsələn, Kreml İrəvana təbii qazı daha baha qiymətlə satacaq. “Jamanak” qəzeti də yazır ki, Ermənistanda təbii qazın qiyməti bahalaşacaq. Bildirilib ki, Rusiya ilə təbii qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqlar aparılmır: “Bu isə o deməkdir ki, 2019-cu il yanvarın 1-dən Rusiya qazı Ermənistana daha baha qiymətə satacaq. Bu da istehlakçılara baha qiymətə başa gələcək”. Qeyd edək ki, Nikol Paşinyanın dekabrda Rusiya prezidenti Vladimir Putinlə təbii qazın qiymətini yenidən müzakirə etmək niyyətində olması barədə məlumat yayılmışdı. Ancaq bu müzakirə baş tutmayıb. Bu da o deməkdir ki, Rusiya qazın qiymətini qaldırmağa hazırlaşır. Eyni zamanda digər istiqamətlər, o cümlədən Qarabağ məsələsi ilə də bağlı Rusiyanın Ermənistan üzərində təzyiqlərini artrıması gözlənir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ