Cümə günü, 18 iyul 2025
     

"Qarabağ müharibəsi iyunun sonunda başlanacaq"

Image

Karnegi Fondunun ehtimalları nələrə söykənir...

Dağlıq Qarabağ münaqişəsi ətrafında ötən ayın əvvəllərindən sonra yaranan yeni vəziyyətin nə ilə nəticələnəcəyi beynəlxalq dairələrdə də xüsusi diqqət mərkəzində yer alır. Cənubi Qafqazda əsas böyük oyunçular sayılan ABŞ və Rusiya da məsələni xüsusi nəzarətdə saxlamaqdadır. Bunu ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı növbəti müzakirələri də təsdiq edir.
Bir maraqlı məqamı da qeyd edək ki, aprelin əvvəllərində baş vermiş dörgünlük müharibədən sonra bu, Kerri və Lavrov arasında Qarabağ münaqişəsi ilə bağlı baş tutan 6-cı telefon danışığıdır.
Lavrov və Kerri arasında birinci telefon danışığı elə müharibə gedərkən, yəni aprelin 4-də baş tutub. Söhbət zamanı hər iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Qarabağda gərginliyin artmasından ciddi narahat olduğunu bildirib və tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. Bu danışıqdan sonra aprelin 5-də Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpası barədə razılıq əldə olunub. Ümumiyyətlə, 4 günlük müharibədən sonra Birləşmiş Ştatlar münaqişənin həlli ilə bağlı səylərini artırıb. Kerri Lavrova zəng etməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon əlaqəsi saxlayır. Moskva da məsələni xüsusi diqqətdə saxlayır. Yeri gəlmişkən qeyd edək ki, mediada artıq bir neçə gündür Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Qarabağ məsələsinə görə Bakıya səfər edəcəyinə dair məlumatlar yayılıb. Məlumata deyilir ki, Putinin təyyarəsi Bakıya uçmaq üçün hazırlanır, ancaq səfərin dəqiq vaxtı Azərbaycan rəhbərliyi ilə aparılan məsləhətləşmələrdən sonra bilinəcək. Məlumatda Rusiya prezidentinin səfərinin Qarabağ məsələsi ilə bağlı olduğu və bu səbəbdən Ermənistanla da məsləhətləşmələrin aparıldığı bildirilir.
Daha sonra Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupundakı mənbələr Putinin Bakıya səfərinə hazırlıq getdiyini təsdiqləyib. Qeyd olunur ki, səfər yaxın günlərdə gözlənirdi, ancaq bir qədər təxirə salınıb. Məsələ ilə bağlı "İnterfaks"a məlumat verən mənbə də Putinin səfərinin mayın sonlarından gec olmayaraq baş tutacağını, Rusiya prezidentinin İrəvana da səfər edəcəyini bildirib. Bir daha xatırladaq ki, aprelin əvvəllərində Qarabağda gedən döyüşlərin dayandırılmasından sonra Rusiya prezidenti Ermənistan və Azərbaycan rəhbərləri arasında danışıqların bərpa edilməsi üçün şəxsən təşəbbüs göstərib, bu məqsədlə Kreml bütün diplomatik rıçaqları işə salıb. Lakin Azərbaycan rəhbərliyi danışıqların bərpasına hazır olsa da, Ermənistan prezidenti Serj Sarkisyan nümayişkaranə şəkildə danışıqlardan imtina edib. Ermənistanın bu davranışı Rusiya prezidentinin sülhməramlı missiyasının iflasa uğramasına səbəb olub və belə görünür ki, Putin bu vəziyyətlə hesablaşmaq niyyətində deyil. Ermənistan Rusiyanın təşəbbüsü ilə yola gəlməsə, müharibənin qaçılmaz olacağı da heç kimə sirr deyil.
"The Kiev Times" nəşri yazır ki, real addımlar atılmasa, gələn ay Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalı kifayət qədər yüksəkdir: "Qarabağda bir neçə gün ərzində baş verən eskalasiya münaqişənin təkcə tərəfləri deyil, bütün regionu vura biləcəyini göstərdi. Ehtimal ki, hərbi hərəkətlər bununla bitməyəcək və iyunun sonunda Qarabağda müharibə yenidən aktivləşə bilər". Qeyd edək ki, "Karnegi" fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vaal da "Politico Europe" nəşrində dərc olunan məqaləsində Qarabağda yeni müharibənin iyunun sonunda başlaya biləcəyini iddia edib. Onun sözlərinə görə, atəşkəs haqda saziş son bir neçə il ərzində yüksək gərginlik altında idi: "Apreldə bu partladı və döyüş nəticəsində Azərbaycan ordusu itirilmiş ərazisinin müəyyən hissəsini azad etdi. "Dördgünlük müharibə" azərbaycanlıların həm də qürurunu bərpa etdi, hansı ki, onlar indiyə qədər özlərini məğlub hiss edirdilər. Ölkədə böyük vətənpərvərlik dalğası ortaya çıxdı". Ekspertə görə, Azərbaycan yeni danışıqlar istəyir və bunun üçün əlindəki vasitələrlə təzyiq edir: "Ermənistan isə boyun qaçırır. Burada biz Rusiya faktorunu görürük. Halbuki, Rusiya münaqişəni həll etmək və yeni müharibənin qarşısını almaq iqtidarında görünmür. Bakı kimi İrəvanda da Rusiyanın təşəbbüslərinə şübhə ilə yanaşırlar. Rusiya regiona sülhməramlılarını yerləşdirməklə hər iki tərəf üzərində nəzarəti ələ ala və öz təsirini gücləndirə bilər. Hesab etsək ki, vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya bunun öhdəsindən gələcək, o zaman səhv edərik. Burada Birləşmiş Ştatlar və Fransa nəsə etməlidir. Təəssüf ki, indiyə qədər heç bir tarazlaşdırılmış beynəlxalq plan təklif edilməyib". T. Vaal iddia edir ki, münaqişənin həllində tezliklə irəliləyiş olmayacaqsa, müharibə yenidən başlayacaq: "Ehtimal ki, yeni müharibə iyunun sonunda başlayacaq".
"The Kiev Times" nəşri isə yazır ki, hazırda yaranmış vəziyyətin praktiki proqnozunu təyin etmək çətindir: "Münaqişə tərəflərinin heç biri toqquşma mərhələsindən danışıqlar prosesinə adlaya bilmir. Ermənistan təmas xəttində monitorinq sisteminin yaradılmasını, Azərbaycan işğal olunmuş rayonların qaytarılmasını tələb edir". Nəşr qeyd edir ki, indiki situasiyada ən yaxşı variant regiondakı status-kvonun ləğvi ola bilər: "Görünən budur ki, siyasi-diplomatik texnologiyalarla münaqişənin həllinə nail olmaq çətin olacaq.
Bundan başqa, Cənubi Qafqazdakı problemlərin Avropa üçün ikinci planda olması vəziyyəti daha da qəlizləşdirir".
Hər halda, münaqişənin yenidən alovlanma ehtimalı daha çox Ermənistanın mövqeyindən asılı olacaq. Düşmən tərəf danışıqlara getməsə, ərazilərin işğaldan azad olunması prosesinə başlamasa, müharibə qaçılmaz olacaq.
Nahid SALAYEV
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

18.07.2025 / 14:03
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTO

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910