Cümə günü, 23 oktyabr 2026
     

Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

Image


Ermənistanın faşizmə qarşı mübarizəyə ən böyük töhfəsi Drastamat Kanayan və Qaregin Njdenin izinin ölkədən silinməsi olardı

Belarusun paytaxtı Minskdə “Belaya Rus” partiyasının təşkilatçılığı ilə “Nasizm ideologiyasının gücləndirilməsi: səbəbləri, təhdidləri və mübarizə yolları” mövzusunda beynəlxalq konfrans keçirilib. İştirakçılar arasında Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri Arman Abovyan və İveta Tonoyan da var.

Abovyan çıxışında deyib: “Mən əminəm ki, faşizmə hər hansı bəraət qazandırmaq və Böyük Vətən müharibəsi tarixinin təhrif edilməsi bizim üçün həyati əhəmiyyətli təhlükəli nəticələrə gətirib çıxarır”. O qeyd edib ki, bu cür hərəkətlər beynəlxalq təhlükəsizlik və sabitliyə ciddi təhdiddir.

Bu erməni bir tərəfdən Belarusda çıxış edərək deyir ki, faşizmə hər hansı bəraət qazandırmaq həyati əhəmiyyətli təhlükəli nəticələrə gətirib çıxarır - bunu hamı bilir. Lakin digər tərəfdən, Ermənistanda faşizm nökərləri Qaregin Njdeyə heykəl ucaldılıb, Drastamat Kanayana (General Dro) qəbirüstü xatirə abidəsi - piramida qoyulub.

Dronun qalıqlarının Ermənistana gətirilməsi üçün bir milyon dollar xərc çəkiblər. Erməni cəmiyyəti və hökuməti faşizmə nifrət edirsə, faşist ermənilərin xatirəsi nədən belə əziz tutulur, xatırlanir?

Bu yerdə erməni faşistlərinin iki nümayəndəsi barədə xatırlamadan keçmək mümkün deyil.

Birinci Dünya müharibəsindən sonra Qafqazdan qaçan Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-yə köçür, burada o Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ-də Njde "Tseqakron" hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalidən bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazandırmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir. Özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir. Müstəqillik dönəmində isə İrəvanda Njdeyə "erməni qəhrəmanı" kimi abidə ucaldılıb.

İkinci Dünya müharibəsi zamanı Drastamat Kanayan və Qareqin Njde birlikdə faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət qruplar yaratmışdı. Onlar Simferopolda yerləşən "Dromedar" təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə həyata keçirirdilər.

1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qaregin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır:

"Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim".

Faşist Almaniyası müharibədə məğlub olduqdan sonra "Dro" (Drastamat Kanayan) Avropanı tərk edir. SSRİ onu amansız vətən xaini hesab edirdi. O, KQB-nin hazırladığı siyahıda ən önəmli hərbi canilər arasında yer alırdı. Bu səbəbdən Ermənistana gedə bilmədi. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna başladığından, "Dro" yaxalanmamaq üçün Beyruta gedib orada gizlənir. Bir müddət sonra livanlı erməni diasporunun yardımları sayəsində "mühacir" statusunda ABŞ-yə qayıdır. O, özü ilə bütün ömrü boyu rahat yaşamağa bəs edəcək qədər sərvət də götürərək Massaçusets ştatının Boston şəhərində yaşamağa başlayır. ABŞ-də yaşadığı dövrdə yəhudi agentləri bir dəfə də olsun onu narahat etmir. 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.

Nəhayət, 1990-cı illərdə Ermənistanda "Dro"nun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsi qalxır. Onun qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir. Qısa müddət ərzində - iki günə diaspor bu işə 1 milyon dollar toplayır və İrəvana göndərir. 2000-ci ildə prezident Robert Köçəryan "Dro"nun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edir.

Budur, Ermənistanın "faşizmin hər cür təzahürünə qarşı münarizəsi"... Ermənistanın faşizmə qarşı mübarizəyə ən böyük töhfəsi Drastamat Kanayan və Qaregin Njdenin izinin ölkədən silinməsi olardı. Amma bütün erməni siyasi hakimiyyəti onları "milli qəhrəman" sayir və Putin də buna dözür.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ