Bazar günü günü, 08 noyabr 2026
     

Putin Əliyevin "Tiflis formatı" təşəbbüsünə reaksiya verdi… Regional geosiyasətdə 2 nəhəng dəyişiklik…

Image


Hesab etmək olar ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri Qaribaşvili ilə görüşdən sonra Prezident İlham Əliyevin Tiflisdə Ermənistanla üçtərəfli, ya ikitərəfli görüşün mümkünlüyü barədə bəyanatına Moskvadan rəsmi reaksiya artıq var. Belə ki, Rusiya prezidenti Putin Bişkekdə MDB dövlət başçılarının görüşündən sonra bildirib ki, Rusiya Moskvada Azərbaycan və Ermənistan normallaşması üçün istənilən formatda müzakirələri və sülh sazişinin imzalanması üçün görüşləri təşkil edə bilər.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Hər şey aydın və konkret deyilib. Təzə bir şey yoxdur. Zatən Rusiya Azərbaycan və Ermənistan normallaşmasının ikitərəfli, ya üçtərəfli formatda yalnız Moskvanın patronajlığı altında keçirilməsini illərdir təşfiq edir, bunu çəkinmədən açıq şəkildə bəyan edir. Təkcə bunu xatırladım ki, bu il iyulun 16-da - Brüsseldə XİN başçılarının görüşündən dərhal sonra Rusiya XİN göstərilən məzmunda bəyanat yaydı: "Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması 10 noyabr 2020-ci il bəyanatının imzalanma şərtlərini köklü dəyişib. Dağlıq Qarabağın təhlükəsizliyini daha üçüncü tərəflərin üstünə atmaq lazım deyil. Rusiya Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini əks etdirən ayrıca maddənin olduğu sülh sazişinin hazırlanması üçün Moskvada ikitərəfli görüşü təşkil edə bilər"… Rusiyanın o zamankı bu təklifi əslində onun diplomatik dildə ifadə olunmuş istəyi və tələbi idi...

Putin bu günlərdə Bişkekdə əslində 16 iyul bəyanatının məzmununu yenidən aktuallaşdırıb, sadəcə burada ermənilərin hüquq və təhlükəsizliyi deyilən məsələ məlum səbəblərdən kənara qoyulur.

Putinin təkrar etdiyi Bişkek bəyanatında diqqət çəkən məqam onun Qaribaşvili ilə görüşdə İlham Əliyevin səsləndirdiyi Tiflisdə Ermənistanla üç, ya ikitərəfli görüş təklifindən az sonraya təsadüf etməsidir. Əslində təsadüf deyil, Putinin fakta diplomatik reaksiyasıdır. Görünən budur ki, Rusiya lideri Azərbaycan-Ermənistan normallaşmasının Tiflis formatından məmnun deyil. Daha doğrusu, normallaşmanın ən üstün formatı olaraq Moskvanı görür. Həmişə olduğu kimi...

Mütləq qeyd etmək lazımdır ki, ikitərəfli, ya üçtərəfli Tiflis formatı barədə məlum təşəbbüsü irəli sürərkən İlham Əliyevin buna Moskvanın mümkün reaksiyasını nəzərə almadığını düşünmək sadəlövhlük olardı. İlham Əliyev əla bilirdi ki, hazırda Gürcüstanla münasibətlərin səviyyəsi Rusiyanın Tiflis formatına məqbul yanaşmasına imkan verməz. Buna görə Əliyevin Tiflis formatı barədə təşəbbüsü bir neçə nöqtəyə hədəflənmək baxımından təsadüfi xarakter daşımır.

Əvvəla, Azərbaycanın sülhü bütün hədəflərdən yaxın hesab etdiyini nümayiş etdirir.

İkinci, Ermənistanla normallaşma danışıqlarının hansı meydanda aparılmasının önəmli olmadığını ifadə edir, "təki nəticə olsun" prinsipini vacib sayır...

Üçüncü, həm normallaşma danışıqlarının, həm də sazişin imzalanmasının ikitərəfli formatına daha çox üstünlük verdiyini göstərir.

Dərindən diqqət edilsə, Əliyevin təklifinin ardınca Putin də Moskva formatında ikitərəfli danışıqları istisna etmir. Demək, Azərbaycan Prezidenti burada da düz yoldadır. Yaxşı bilir ki, Ermənistanın "sağdış-solduşlarının" belə cövlan etdikləri dövrdə sülh sazişində üçüncü ölkələrin də imzası olsun-olmasın müzakirələri başlana bilər ki, bu da sazişin imzalanmasını illərlə yenidən gecikdirə bilər. Digər tərəfdən, Paşinyan Ermənistanda antirusiya ovqatını həm də ona görə qızışdırır ki, saziş imzalananda "erməni xalqının Rusiyaya etimadı tam olmadığı üçün sazişdə vasitəçi və ya qarantyor kimi tək Rusiyanın yox, Fransanın, ABŞ-ın da imzalarının olmasını daha vacib sayır" kimi tələbi ortaya ata bilsin. Bu halda təbii ki, Azərbaycan da qardaş Türkiyənin saziş qarantyorlarından biri kimi qəbul edilməsini tələb edəcək və etməlidir. Bütün bu mülahizələrdən sonra normallaşma prosesinin saziş sonluğuna yetişməsi üçün neçə il lazım olacağını düşünmək gərəkdir. Bax bütün bu "uzundurma" gedişlərdən yaxa qurtarmağın yolu sazişin ikitərəfli qaydada imzalanmasıdır. Buna görə dedim ki, Əliyev bu məsələdə də düzgün taktika üstündədir.

Bişkek görüşündə Putinin Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti MDB-də "bir nömrəli məsələlər" sırasında vurğulaması onun prinsipcə İlham Əliyevlə razılaşmasının ifadəsi kimi başa düşülə bilər. Yəni Moskvada danışıqlardan sonra Azərbaycan-Ermənistan sazişinin ikitərəfli formatda imzalanması Kreml üçün də məqbul ola bilər. Bunun baş verib-verməyəcəyini qətiyyətlə indidən iddia etmək çətindir. Hər şey ola bilər. Ancaq bu baş versə, o demək olacaq ki, İlham Əliyev son üç əsrin regional geosiyasət düzənində iki nəhəng dəyişiklik etdi:

1. Rusiya ilə daha ağıllı, səmimi və praqmatik siyasət aparmaqla Azərbaycan-Rusiya münasibətlərini Rusiya-Ermənistan əməkdaşlığından daha üstün nöqtələrə çıxara bildi. Bir vaxtlar üçün xarakterik olan Rusiya-Ermənistan münasibətlərindəki strateji müttəfiqlik və dini həmrəylik faktoru artıq Azərbaycanın üzərində üstün təsirə malik deyil, bəlkə də artıq təsiri yoxdur. Rusiyanın indi Azərbaycana Ermənistandan daha çox güvəndiyi təkzibolunmaz faktdır. Ermənistana heç güvən yoxdur. Hakimiyyət bir gözünü Qərbə dikib, erməni cəmiyyəti isə ən yaxşı halda "rusafoblar və rusafillərdən" ibarət olmaqla iki hissəyə bölünüb. Erməni cəmiyyətinin Rusiyaya bu münasibəti o halda dəyişə bilər ki, Qarabağı alıb ermənilərə versinlər, bu isə absurddur...

2. Regional dövlətlərarası münasibətləri geosiyasi mərkəzlərin təsirindən çıxararaq sırf ikitərəfli münasibətlərə çevirmək... Bunu asan vəzifə kimi təsəvvür etmək doğru deyil. Dərindən təhlil aparılsa, İlham Əliyevin "peşində" olduğu bu hədəf Rusiyanın da strateji mənafelərinə çox uyğundur. Çünki Qərbin bölgəmizə nüfuz etməsi imkanlarını xeyli məhdudlaşdırır.

Moskvanın iştirakı ilə üçtərəfli sazişdən daha çox ikitərəfli Azərbaycan-Ermənistan sazişi həm mümkünlük baxımından daha perspektivlidir, həm də təhlükəsizlik baxımından bölgənin maraqlarına cavab verir...

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ