Azərbaycanla mədəni sahədə də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Bu baxımdan Şimali Kiprin Girne şəhərində Azərbaycan evinin açılması planlaşdırılır .
Trend xəbər verir ki, bu sözləri Bakıda media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar deyib. O əlvə edib ki, Şimali Kiprdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək.